- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Əmi dərdi, yoxsa zəmi dərdi? – Təbrizli Baybək

BayBək, Azərbaycan | Sunday, 24th August , 2008 , 02:25 [am] | Məqalə-Yazi

. Son günlərdə baş verən olaylar və milli fəalları bir birinə şübhəli duruma salmağ üçün yürüdülən siyasətlərin önü alınmalıdır. Ətəgində daş olanlar bəllidilər, hayların qabağa atanlar bəllidilər və milli düşüncəmizin yaranmasi və güclənməsi üçün çalışanlarda ortadadılar. Ama, reklam gücünə malik olan satqınların çabasi bəlki soydaşlari caydırsın və ya tavlasın, ancaq, hamımız çalışmalıyıq ki yaranan qarmaşali və iftira xarakterli durumu sakinləşdirək və milli maraxlarımıza üstünlük verməgi bir gərək olaraq qoruyaq.


Amac oyanmağdırsa, onunda şərayıtləri olmalıdır. Ama, hər danışana ayılmış demək olmaz.

İllərdir ki Azərbaycanın Güneyında oyanış hərəkati gedir. İllərdir bu hərəkatın başsız qaldığı, yetərsiz və qaynağsız olduğu və güclü düşüncə sisteminin olmadığın deiyb və genədə deiyrəm.

Mələsəf, elə illərdir ki adlari bizdən olanların saldırısına uğrayıram. Olsun, atalar demişkən, səssiz qalana etiraz edilməz! Ya sadə desəm əgər, yatan təhlükəsizlikdə olar, ya ölər!

Maraxli olan budur ki, içimdə hislərim deiyr ki, saldırılar nəqədər güclü olsada, demək sənin və düşüncəvin ətkisi var. Ətkili olsada, bu ətki musbətdir ya mənfi, onada gələcək qərar verəcək.

Azərbaycani Güney və hətta onun Quzey ilə birlşməsinin xulasə etməkdən acığım gələr. Azərbaycan sınırlari daha genişdir, bunu bilməyən və ya bilərək saymayan, bizim milli hərəkatımıza lazim dəiyldir.

Torpağ bizimdirsə, yurd Azərbaycan Türkünündürsə, demək nə Rusiyasi, nə Fars rejimi, nə Gürcüstan, nə İraq və nə Türkiyəsi bu torpağlari mənimsəməməlidir. Türkiyəyə olan yanlış umudlardan yola çıxan fanatik abtalların təpkisi nə olursada, açıqca deiyrəm ki adi gedən ülkələrin hamısıila lazimi tartışmalar getməlidir.

Hər zaman demişəm ki, oturub və torpağımızın əldən getməsin gözləməkdənsə, biz başqalarına torpağ təhlükəsi yaratmalıyıq. Yoxsa yüz illərdə olduğu kimin, genə bizim torpağlar dağılacaq və get-gedə Azərbaycan Türkü məhv ediləcək.

Üzü yola, mədəni, qonağsevər ya belənçi tavlayıci ləqəblərlə bizi qandırıblar! Qonağ sevdikdə yurdumuzun işqalçısına bədəl olsa, buna qonağsevərlik mi deiylər? Bizi öldürüb qanımızı içənlərə yoldaşlıq işarətləri vermək, sizcə ağılli və məntiqli bir təpkimidir?

Bunlar bizim gücümüzün göstərgəsi yox, ki qorxumuzun və siyasi dünyadan geri qaldığımızın göstərgəsidir.

Bu gün Mehran Baharlı-dan bir məqalə oxudum. Son günlərdə yenidən gündəmə çıxan Bayrağ məsələsinə toxunaraq, o məsələnin yaratdıği tartışmalardan müsbət qazanclar əldə olunduğun sayaraq, belənçi olaylardan dahada yararli qazanmağ üçün çağrıda bulunubdur.

Sözü gedən yazıda olanlar gərçək olsada, sayın Baharlı səhv olaraq onların ortaya çıxmasın bayrağ məsələsindən zamanlayıblar. Ancaq, illərdir ki bu önəmli məsələləri dönə dönə hər yazımda tikrar edərək, inanılmaz iftiralara və təhditlərə uğramışam.

Cənab Baharlı-nın yazısında incələdigi qonulardan, daha öncə TABO (barəsində danəşmağ ya etiraz etmək yasaq olan) olanlara işarə edib:
- Güneyın Quzeydən ayri və özəl siyasi kimligə malik olmasi,
- Güney və Quzeyın birbirinin məsələlərinə nə zaman və necə mudaxilə etmələri,
- Güney Azərbaycanın necə oluşacaği (müstıqilligin necə əldə olunmasi),
- Elçibəyın Güneylə bağlı görüşləri, doğru və yanlışların incələnməyə alınmasi,
- Mənimsəmək və diktatorçuluğun, özəlliklə GAMOH formasında olanların dışlanmasi,
- Fedralçıların iri sorunların kiçik göstərmə çabalari və milləti çaş-baş salmalari, İran mərkəzli düşüncə və çabalari, simbola qarşi olub və ondan qorxmalari və bu davranışlarıyla sanki İrançıdılar kimi göstərişləri,
- Siyasi adlanan fəallarımızın tarixi və siyasi bilgilərinin yox və ya çox az olduğu, əski tarix və devlətçiliklərimizlə tanış olmadıqlari v.s.

Sıralanan gərçəklər doğru olsalarda, bayrağ məsələsinin tartışılmağa çıxarılmasıyla ortaya çıxmamışlar və illərdir ki ən azi mənim öz yazılarımda yer alıblar.

İlginc olan tərəf budur ki, cənab Baharlının yazdığı məqalə, məncə illər öncə yazılmalıidi ama, genədə yerli və yararlıdır. Arzu edirəm ki, bəlki qələmin dəiyşməsilə baxışlari dəiyşən, ama genə adlari milli fəal olanlarında marağın özünə cəlb etsin.

Mehran Baharlı;

Məndə sizin sözlərinizi demişəm ama, Güney ilə Quzeyın ayri ayri statuslari var və elə siyasətləridə bu sürəc içində ayri olmalıdır dedim! Mənə dedilər bölücü, dedilər vətən xayıni və ən əldə olan ləqəbsə İttilaat məmuru oldu!

Məndə dedim ki hər məsələdə Güney və Quzey birbizinə girməməli və yanlış ətki buraxmamalıdılar, hələ dedim ki xaricdəkilər özlərin ağılli və haqli bilərək, içəridəkilərə başlığ etməməlidilər və anlamadıqlari durumlara nüsxə yazmamalıdılar, mənə genə iftiralar vuruldi!

Dedim ki Güneyın müstəqil olmasi üçün, öncə özəl və milli bir düşüncə yaranmalıdır, dedim bu düşüncədə olan özəlliklərdir ki bizim milli hərəkatımıza yön verir, dedim ki milli düşüncədə ruhanilərdə olmalıdılar, komonistlərdə v.s ama, məni tərs anlayanlar din savaşi yaradır diyə saldırdılar!

Dedim Elçibəy hər nəqədrdə dahi və alim olsaydı, Azərbaycanı qoracağ ya qoruya biləcək siyasətçi dəiyldir, sözümün isbati ortada, yanlış siyasətlər sonucu öz hakimiyəti devrildi! Dedim ki Elçibəyın Bütöv Azərbaycan idiasıdır ki bizə qutsaldır, onun şəxsi davranışlari və siyasi fəaliyəti bizlərə qutsal olmamalıdır! Qutsallıqda səhv olmamalıdır, ama görürük ki hami öz dilində deiyr ki Bəy shvsiz dəiyldir! Ama, mənim sözlərimi anlamayan və ya anlamamaya çalışan şəxslər dedilər amandır Elçybəyə tövhin edildi!

GAMOH və onda baş verən səhvlərə illər öncə toxundum, dağılmasına qarşi olaraq, ona liderlik formasi və siyasi baxışının dəiyşməsini önərdim, hətta Dr. Mahmudəli Çöhrəqanlıya açıq məktub yazdım və önərdim ki GAMOH-un gələcəgin qaralatmayın! O zaman GAMOH muxalifləri mənim əlimi öpməgə qalxdılar, onlar sandılar ki məndə öz şəxsi qazanclarım üçündür ki GAMOH-u tənqid edirəm, GAMOH-çularsa olaylardan qaçmağ üçün saldırıya geçdilər, indi, dağılmış bir GAMOH, otanan GAMOH-çular, üzdən getməyən bir sıra GAMOH fanatiki, qara geçmiş və sevinən GAMOH muxalifləri ortada qalıb! Mən genə deiyrəm ki GAMOH və ya hər bir təşkilatımız indi bizə lazimdilər, ama, milli düşüncəyə üstünlük verdikləri sürəcə!

İlk olaraq açıqladım ki federalism və ona inananlar bizim milli hərəkatımız üçün təhlükədirlər. Ama, bu düşüncəyə inananların peşman olduqların gözə alaraq, onların aydınlanmasi üçün danışıqların yaranmasın önərdim. Hətta, boş yerə rəklam edilən Dr. Ziya Sədrüləşrafinin şişirdilməsinə qarşı çıxdım, İran bayraği altında qurulan toplantılara qoşulmayın dedim, İran çərçəvəsin qoruyan toplumlara öyə olmayın, ama, qatıldılar və öyə oldular, sonuc nə oldu? Milli hərəkatın dahada gücsüz olduğuna nədən oldular və parçalanmalar yaratdılar!

Dedim ki sünnəti şəkildə ad çıxartmış, yaş və ya sabiqəsinə baxaraq söz sahibi olan fəalların bilgisi güncəl dəiyldir. Dedim ki ağ saqqallar adına toplum yaratmağ gərəkli dəiyldir, önərdim ki genc fəalların güncəl bilimlərdə əytım almalari bir əsldir. Dedim ki Azərbaycan üçün və indi özəlliklə Güney üçün hər sahədə bilim adami və üzman yetişdirmək gərəklidir! Mənə dedilər sayqısızlıq edir və şovonismin siyasətin uyqulayır!

Mehran Baharlı;

Arzu edirəm sizin bu gün yazdığınız yazıda olan gərçəklər bir çox soydaşın əlinə və sonrada beyninə çatsın. Çox önəmlidir ki bu düşüncələr bəslənsin. Bizim gələcəgimizi yapan gərçəkləri bu düşüncələrlə yaratmalıyıq.

Ama, cənab Baharlı;

Bilginizə çatdırmalıyam ki bu düşüncə, istədigimiz kimi qolay yaranmayacaq. Nədənlərinə toxunmağ həm siz və həm mənim görəvimdir. Maneani tanımadan, onu aşmağ üçün heç nə etmək olmaz. Maneanın mahiyətini tanımadan, o maneani aradan aparmağ olmaz.

Məncə, Bütöv Azərbaycan, Güney və Quzey Azərbaycan və ya özəlliklə Güney üçün özəl siyasət yaratmağ üçün, güclü siyasətçilərimiz olmalıdır. Bu siyasətçilərin ilk olaraq, güemiş və günümüzdəki olaylardan doğru bilgiyə sahib olmalari şərtdir. Sizcə, belə siyasətçilərimiz var mı dır?

Mələsəf ortada oynayan şəxslər bilgisiz olsalarda, özlərin alim bilib və inandıqlarıni tənqid etməgə bilə razılıq vermirlər. Bu şəxslər iki bölümdələr, ya Amerika və Bati yanlısıdılar, yada ki onalara muxalifətdə olan çeşitli düşüncələr sahibləridilər. Bu bölmələr umumi şəkildə bizim durumu anlatan gərçəklərdilər.

Dünyani ya qara və ya ağ görən siyasətçidən heç nə qazanmağ olmaz. Dünyanın gərçəkləri ap-açıq olsada, belənçi adamların davranışın dəiyşməyəcəkdir. Elə ona görədir ki bizim taleiymiz qara yazılır və hər zaman utuzan bizlər oluruq.

Amerika ya bati yanlıları əskilərdən qalan söyləmin tam eynisini haq edirlər. Deiyşlərdə vardır ki, Moskovsda yel əsəndə, bizim komonistlərə soyuq dəiyr! İndisə mən belə bir söz artırmağ istirəm ki, Amerikanın qarnı ağrıyanda, bizimkilər mavaldan çıxmır!

Bu iki düşüncənin savaşına qapılan, özlərin milli fəal adlandıran şəxsləri necə milli düşüncəyə geri gətirmək olar?

İndi durum çox ağırdır, dünya siyasəti hızla ilərləiyr, hər devlət öz milli mənafeiyn qorumağ üçün can atır, yadların qazanci oğrunda insanlar öldürülür və bizimkilər bundan xəbəri yoxmuş sanki, genə əski şuarlari verməklə özlərin tavlayırlar!

Bir dəfə bu fəallara anlatmağ lazimdir ki dünyanın siyasəti “Əmi dərdi yox, zəmi dərdidir”. Artıq bunu bizdən üstün olanlar etiraf edirlər, ama, həmən üstün olanlar bizə demokrasidən danışırlar.

Mən belə inanıram ki bizimkilər deyıləndə, gərək iki qurupdan ad aparıla, birinci qurup bilmədən inananlardılar, ikincisisə bilərək caydıranlardılar.

Birinci bölümdə yer alanlari bəlki oyaltmağ olur, ama, ikinci qurupda yer alanlar bizə potansiyel təhlükə, və hətta tanınmış düşmənlərdən daha qorxunc itki gətirəcəklərində şübhəmiz olmamalıdır.

Misal üçün, Amerika ya Rusiya iki düşüncə qaynağı olaraq, iki super güc (biri yarım super güc) olsalarda, öz qazanclari üçün hər tür cinayətə əl vururlar. Özəlliklədə son əsrlərdə baş verən soyqırımlar, qətliamlar və itkilərin başında elə bu iki ülkə gedir. Artırım ki bunların arxasında və yanlarında olan bir çoxlu balaca təhlükəli ülkədə yer almaqdadır, ama əsl rəqib olan bunlardılar. Bizə isə, ortada yararlanacaq olan düşüncə sistem lazimdir.

Bu iki düşüncənin hər hançısınə inanmaq və onu qorumağ bizim milli mənfətlərimizlə ziddiyətdə olacaqdır. Nədən? Çünkü milli mənfətlərimizi qorumağ üçün, bunların ikisilədə savaşmali olacayıq! Olan işmidir? Bəli, bu iki düşüncənin tam ortasında sömürgəçılığ və güc artımı yatıbdır. Yani ki onların hər bir adımi, başqalarına aiyd olan varlıqlari mənimsəmək olacaqdır.

Bilməliyik ki bu düşüncələrin heç birində insan və insanlığa dəyər verilməiyb və verilməyəcəkdirdə. Gözümüzün önündə, birinin işqal adlandırdıği o birisinin qurtuluş savaşi olur, bu birisinin demokrasisi o birisinin soyqırımi olur! Belə bir qarmaşıq və yalan dolu düşüncəyə inanaraq, onlari qorumada nə yarar olacaqdır? Təbiki elə o düşüncənin sahibləri yararlanacaqlar. Bu arada unutulansa, başqa millətlərin insani və milli varlıqlari olacaqdır.

Mən hər zaman demişəm ki Azərbaycan üçün gərək Azərbaycana özəl düşüncə sistemi yaransın. İngiltərənin siyasətçisinin dediginə görə, “bizim daiymi dostumuz yox, ki daiymi maraxlar”ımız olmalıdır.

Aya sizcə bu maraxları tərif edə biləcək gücə sahib olmuşuq mu? Mən deiyrəm ki yox, çükü hələ bizim adımıza danışanlar ya o tərəf yada bu tərəf düşüncəsinə qapılıblar və milli maraxlarımızi onlara fəda edirlər.

Mən heç qəbul edə bilmirəm bir insanın, gözü görə görə, vaxti olanda oxuya oxuya və başardıqca incələyə incələyə, iki qəddar, qan tökən və yurd dağıdan düşüncə arxasına düşsün və öz kimligi, öz milli varlıqların və millətinin gələcəgin onlara satsın!

Sonunda deiym ki, daha zamanımız yoxdur ki oturağ və yatmış fəallarımızın oyanıb və milli fəall olduqlarıni gözləyək! və ya xarici güclərin qulluğunda olan satqınların üzlərinin qara olmasın gözləyək! Zaman soğuşur və itkilər çoxalır!

Arzu etməkdən yoruldum, ama arzu edirəm ki Azərbaycan üçün milli bir düşüncə sisteminin yaranmasına şahid olam!

İllər öncə mənim Urmudan mudafiə etmək üçün silahlanmamızı terror akti adlandıranların bu günkü mudafiə çağrışlarına, oyanış mı deiym ya çevriliş mi?

Oyanəş onda olur ki birisi bilgilənir və ya səhvlərin anlayaraq doğru yola gəlir!
Çevriliş odur ki geçici maraxlari üçün özün yelin gedişiə buraxır!

İndi bizim hərəkatımıza oyananlar lazimdirlər ta çevrilərnləri dışlasınlar! Çevrilənlərin mələsəf həm sayılari, həm pullari və həm gücləri çoxdur. Çünkü o yuxarıda dedigim düşüncələrin qulluğundalar ta Azərbaycan mərkəzli düşüncə sisteminin yaranmasın əngəlləsinlər! Bunların şəxsi qazanclari bizim milli maraxlarımızın yox olmasına bağlıdır, milli maraxlarımızı yox etmək istəmiriksə, bu satqınların maskəsin çıxarıb və hərəkatımızdan dışlamalıyıq!

Son günlərdə baş verən olaylar və milli fəalları bir birinə şübhəli duruma salmağ üçün yürüdülən siyasətlərin önü alınmalıdır. Ətəgində daş olanlar bəllidilər, hayların qabağa atanlar bəllidilər və milli düşüncəmizin yaranmasi və güclənməsi üçün çalışanlarda ortadadılar. Ama, reklam gücünə malik olan satqınların çabasi bəlki soydaşlari caydırsın və ya tavlasın, ancaq, hamımız çalışmalıyıq ki yaranan qarmaşali və iftira xarakterli durumu sakinləşdirək və milli maraxlarımıza üstünlük verməgi bir gərək olaraq qoruyaq.

Cənab Baharlıya başari arzulayıb və istəiyrəm ki verilən təpkilər daha məntiqli və daha yaradıcı olsun.

Öyrənməlıyık ki sözün nə olduğuna düşünək, onu kim dediginə yox!

Təbrizli Baybək
23/08/2008
Croydon

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_3030.azr
azeribaybak[at]gmail.com