- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Zəngan-da qaz şirkəti tərəfindən qaz qullanımı barədə Türkcə bilgiləndirmə CD-ləri yayılır

BayBək, Azərbaycan | Sunday, 24th August , 2008 , 03:58 [am] | İç Xəbərlər

. Azərbaycanda Fars dilində məcburi əytim quralları getdikcə iflasa uğrayır. Son illərdə bir neçə bölgədə ana dilin qullanmağa məcbur olan Fars hakimiyəti, yeni hilələr ilə meydana gəlib, indi Fars siyasətlərin Türkcə təhmil etməgə başlayıblar!


Azərbaycanda Fars dilində məcburi əytim quralları getdikcə iflasa uğrayır. Son illərdə bir neçə bölgədə ana dilin qullanmağa məcbur olan Fars hakimiyəti, yeni hilələr ilə meydana gəlib, indi Fars siyasətlərin Türkcə təhmil etməgə başlayıblar!

Ama Zəngandaki olay bir az olsada fərqlidir. O şəhərin qaz şirkəti tərəfindən hazırlanan CD-lərdə, qazdan uyqun qullanma qoşullari anadilimizdə, yani Türkcədə hazırlanıb.*

BayBak-ə gələn bilgilərə görə, qaz qıtlığı və umumi olaraq qazla ilgili təhlükələri önləmək üçün, qaz şirkəti bilgiləndirmə CD-ləri hazırlayıb. Umumi radio televiziyada Türkcənin yasaq olduğu halda, belə CD-ləri yararli yönündən qarşılamaq lazimdir. Bu CD-lər Fars şovonistlərinə açıq uyarı verməkdədir ta bilsinlər ki millətləri basq altında saxlasalarda, kimsə qolayca öz kimligindən vaz geçəməyəcək.

Bəllidir ki bu CD-lərdə qullanılan dil tam olaraq ədəbi dilimiz olmayacaq və bir çoxlu yerdə olduğu kimi, Fazəri dilinə bənzəyəcək. Ama bu olay milli fəallara bildirir ki belənchi yollardan millətimizə ulaşa bilirlər. Yani ədəbi dildə hazırlanmış CD ya kitabların içəridə dağılmasi, Fars asimilasiya maşınının önün almaqda böyük rol oynaya bilər.

Ama, CD-ləri yayan şirkətin istər istəməz böyük səhvo vardır. Türkcənin adın dəiyşib və ona Azəri adi verən Fars siyasətçiləri, bu dili Fars ləhcəsi olaraq tanıtmağa cəhd göstərirlər. Şirkətsə, CD-lərin tanıtımında “Bölgəsəl Ləhcə” qullanaraq, iki mənali bilgi verməkdədir. Yani ki, əgər sözü gədən CD-ləri Azərbaycanən ZƏngan bölgəsində və elkə o bölgənin ləhcəsində hazırlayıblarsa, demək yazılan bilgilər doğrudur və qullanılan dil “Bölgəsəl Ləhcə”dir. Ama əgər amac Türkcəni “Bölgəsəl Ləhcə” tanıtmağdırsa, demək şirkətində Fars şovonistlərinin düşüncəsində tutulu qaldıği açıqlanır.

* ([1] www.nigc.ir/Si…)

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_3032.azr
azeribaybak[at]gmail.com
Yazıda qullanılan URL-lər:
[1] www.nigc.ir/Si…: http://www.nigc.ir/Site.aspx?ParTree=111817&LnkIdn=45961