- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Ağalarovun qohumu polis rəisini döyüb

BayBək, Azərbaycan | Sunday, 24th August , 2008 , 15:43 [pm] | İç Xəbərlər

. polis rəisini dövlət başçısı Ilham Əliyevin qudası Araz Ağalarovun yaxın qohumu döyüb. Mənbə polis rəisinin döyülməsinin səbəbini belə izah edib: “Qəribə də olsa polis rəisinin döyülməsinin səbəbi Ilham Əliyevin göstərişini yerinə yetirməsidir. Söhbət ondan gedir ki, bir müddət əvvəl dövlət başçısı portretlərinin yığışdırılması barədə göstəriş vermişdi. Polis rəisi də Ilham Əliyevin həmin rayonun ərazisində yerləşən şadlıq evlərindən


Rəisin döyülməsinin səbəbi Ilham Əliyevin göstərişini yerinə yetirməsi olub Bakının şadlıq evlərilə zəngin olan rayonlarından birinin polis rəisi döyülüb.

“Azadlıq”a məlumat verən mənbənin sözlərinə görə, polis rəisini dövlət başçısı Ilham Əliyevin qudası Araz Ağalarovun yaxın qohumu döyüb. Mənbə polis rəisinin döyülməsinin səbəbini belə izah edib: “Qəribə də olsa polis rəisinin döyülməsinin səbəbi Ilham Əliyevin göstərişini yerinə yetirməsidir. Söhbət ondan gedir ki, bir müddət əvvəl dövlət başçısı portretlərinin yığışdırılması barədə göstəriş vermişdi. Polis rəisi də Ilham Əliyevin həmin rayonun ərazisində yerləşən şadlıq evlərindən birinin qarşısında vurulan portretini yığışdırmaq göstərişi verib. Amma rəisin göstərişini yerinə yetirməyə gedən polislərlə şadlıq evinin müdiri arasında mübahisə düşüb. Müdir bildirib ki, buranın sahibi Araz Ağalarovun qohumudur.

Əgər o eşitsə ki, polislər onun obyektinin qarşısında hay-küy salıblar, yaxşı olmayacaq. Bu sözdən sonra təşvişə düşən polislər geri qayıdaraq baş verənləri rəisin diqqətinə çatdırıblar. Polis rəisi isə bildirib ki, bu, Ilham Əliyevin göstərişi olduğu üçün yerinə yetirilməlidir. Növbəti dəfə artıq rəis özü şadlıq evinə gəlib. O, Ilham Əliyevin portretilə yanaşı müğənni Aygün Kazımovanın şadlıq evinin qarşısında vurulan şəklini də yığışdırıb. Polis rəisi deyib ki, əgər Ilham Əliyevin portretini yığışdırırıqsa, nə üçün Aygün Kazımovanın şəkli burada qalmalıdır”. Mənbənin sözlərinə görə, bu söhbət şadlıq evinin sahibinə, yəni, Araz Ağalarovun qohumuna çatıb. O da baş verənlərdən bərk hiddətlənib.

Birbaşa polis idarəsinə gedib. Hay-küylə rəisin kabinetinə daxil olaraq “sən kimsən ki, mənim obyektimin qarşısındakı şəkilləri yığışdırırsan” deyərək rəisə yağlı bir şillə ilişdirib. Idarənin əməkdaşları qorxudan səslərini belə çıxarmayıblar. Araz Ağalarovun qohumu isə rəisə dişinin dibindən çıxanı deyib və onu növbəti şilləyə qonaq edəndən sonra kabineti tərk edib. Biz həmin rayonun, şadlıq evinin, polis rəisinin və onu döyən şəxsin adını da bilirik. Sadəcə ona görə ad çəkmirik ki, döyən də döyülən də baş verənləri boynuna almayacaq.azadliq

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_3034.azr
azeribaybak[at]gmail.com