- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

29-cu Olimpiya oyunları başa çatdı

BayBək, Azərbaycan | Sunday, 24th August , 2008 , 22:46 [pm] | İç Xəbərlər

. BayBak artırır ki Azərbaycan Respoblikasi bu oyunlarda 7 medal qazanaraq 27-ci yeri qazandi. Bir sıra Azərbaycanli fəal Türk oğlu olan Hadi Saıi-nində İran adlanan ölkəyə qazandığı medalın bu sayılara artıraraq, toplam medallarımızın 8 olduğun bildirirlər.


2008-ci il Olimpiada oyunlarına bu gün təntənəli sürətdə Pekinin Quş Yuvası stadionunda yekun vuruldu.

Axşam səması heyrətamiz atəşfişəngliklə işıqlanmışdı. Stadion meydançasında isə gümüşü libasda yüzlərlə rəqqas və rəqqasələr təbilçilərin qurduğu çevrədə tamaşa göstərirdi. Stadiondan 200-dən artıq ölkənin dövlət bayraqlarını ucaldan idmançılar keçdilər.

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roq təntənəli mərasimdə çıxış edərkən Pekin Olimpiya oyunalarını möhtəşəm və heyrətamiz müstəsna bir idman hadisəsi kimi səciyyələndirdi.

J.Roq dedi: “204 Milli Olimpiya komitələrinin təmsil edən idmançılar bu gözqamaşdırıcı yarışlarda biz’ öz istedadlarını nümayiş etdirdilər. Yeni idman ulduzlarını gördük, əvvəlki ulduzların çıxışları bizi heyran etdi. Biz onların sevincini də, göz yaşlarını da bölüşdük, və onların bacarıqlarını alqışladıq. Biz burada gördüklərimizi hələ uzun illər unutmayacağıq”.

Bundan sonra Jak Roq Olimipya oyunlarının başa çatdığını rəsmən bəyan etdi və Olimpiya bayrağını 4 ildən sonra növbəti Olimipiya oyunlarının sahibi olacaq London şəhərinin merinə təqdim etdi.

Finaldan əvvəl Beynəlxalq Olimpiya komitəsinin prezidenti Jak Roq Olimpiya oyunlarının keçirilməsi və təşkilini yüksək qiymətləndirdi. Təhlükəsizlik və ölkədə insan hüquqlarının vəziyyətinin pis olması, havanın çirklənməsi və səslənən digər narahatlıqlara rəğmən Çin bu Olimpiadanın baş tutmasına nail oldu. Jak Roq dedi ki, Olimpiya oyunlarının əsas nəticəsi odur ki, dünya Çin barədə, Çin də dünya barədə daha geniş təsəvvürlərə malik oldu: “Bu oyunların sayəsində Dünya Çini daha yaxından tanıdı, Çin dünyaya daha da açıq oldu. Dünya Çini, Çin isə dünyanı bir daha kəşf etdi. Bütün bunların hələ uzun illər müsbət bəhrəsi olacaq”.

Olimpiadada ən çox qızıl medal qazanan öılə Çindir. Qızıl medalların sayına görə ikinci və üçüncü yerdə isə ABŞ və Rusiya gedir. Böyük Britaniya 4-cü pillə ilə kifayətlənməli oldu.bbc

BayBak artırır ki Azərbaycan Respoblikasi bu oyunlarda 7 medal qazanaraq 27-ci yeri qazandi. Bir sıra Azərbaycanli fəal Türk oğlu olan Hadi Saıi-nində İran adlanan ölkəyə qazandığı medalın bu sayılara artıraraq, toplam medallarımızın 8 olduğun bildirirlər.

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_3041.azr
azeribaybak[at]gmail.com