- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Rusiya parlamenti Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdı
BayBək, Azərbaycan | Monday, 25th August , 2008 , 16:50 [pm] | İç Xəbərlər
![]() |
. | Rusiya parlamenti Prezident Dmitri Medvedyevə müraciət edərək Gürcüstanın Abxaziya və Osetiya regionlarının müstəqilliyini tanımasını xahiş edib.
Parlamentin aşağı palatası Duma, yuxarı palatanın - Federasiya Şurasının bu regionların müstəqilliyini dəstəkləməsindən sonra eyni addımı atıb. |
Rusiya parlamenti Prezident Dmitri Medvedyevə müraciət edərək Gürcüstanın Abxaziya və Osetiya regionlarının müstəqilliyini tanımasını xahiş edib.
Parlamentin aşağı palatası Duma, yuxarı palatanın - Federasiya Şurasının bu regionların müstəqilliyini dəstəkləməsindən sonra eyni addımı atıb.
Abxaziyanın separatçı lideri Sergey Baqapş və Cənubi Osetiya lideri Eduard Kokotiy parlametdə çıxış ediblər.
Gürcüstan səsverməni ruslar tərəfindən daha bir provokasiya addımı kimi qiymətləndirib.
Səsvermənin Kremlə aidiyyatı olmasa da, analitiklər hesab edir ki, Qərblə danışıqlarda Dmitri Medvedyev üçün yararlı olacaq.
Rusiya bu ay Gürcüstanla Cənubi Osetiya uğrunda müharibə apardı.
Həm Cənubi Osetiya, həm də Abxaziya 1990-cı illərin əvvəllərində Gürcüstandan de fakto müstəqillik istəyiblər.
Abxaz lideri Sergey Bagapş deyib ki, bu Abxaziya və Cənubi Osetiya üçün tarixi gündür.
Hər iki region Rusiyanın iqtisadi və diplomatik dəstəyindən və hrbi müdafiəsindən faydalansa da, heç bir xarici ölkə onları müstəqil dövlət olaraq tanımayıb.
Ötən həftə Cənubi Osetiya və Abxaziyada minlərlə insan nümayişə çıxıb və Rusiyanı onların müstəqilliyni tanımağa çağırıb.
Abxaziyanın paytaxtı Suxumiyə minlərlə insan toplaşıb, Cənubi Osetiyanın paytaxtı Tsxinvalidə də böyük izdiham müşahidə olunub.bbc
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir