- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
İLƏTİŞMƏ 2: CƏLİL QƏNİLU BƏYƏ QARŞI ÖZ-XOŞUNA MƏHKƏMƏ HÖKMÜ
BayBək, Azərbaycan | Monday, 25th August , 2008 , 19:51 [pm] | İç Xəbərlər
![]() |
. | Öhdənizdə olan mandatlar İran yetkililərinin salışdırmaq (qızışdırmaq və yürütmək) istədikləri qadaqda saxlamaq düzəninə qarşı təkcə qalan vasitələrdirlər. Bu düzən indicə Qənilu bəyə və genəllik ilə Güney Azərbaycanın çalışanlarına qarşı yürüdülür. Diqqətinizi Qənilu bəyin dosyesinə tuşlamaq üçün sizə müraciət edirik ki, kampaniyanız ilə İran yetkililərinin planlarının bednamlığı aşkara çıxsın. |
Say: 507/2008
Tarix: 25 Avqust 2008
BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cenevrə
Lütfən bu ilətişməni Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrupa çatdırın; habelə aşağıdakı qruplara da dəxli var:
• Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raporter
• Bəyan və Fikir Sərbəstliyinin İrəliləyişi və Qorunması üzrə Özəl Raporter
• Çağdaş irqçilik, İrqi Ayrı-səçkilik və Yadellilərə Qarşı Qatlaşmazlıq üzrə Özəl Raporter
• Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis
Üzü: Dyke bəy, Xanım Harrison, Amnesty International, London
Habelə: İnsan Haqlarını Gözətən və İnsan Haqlarına Qulluqçu
Sayın cənablar;
İLƏTİŞMƏ 2: CƏLİL QƏNİLU BƏYƏ QARŞI ÖZ-XOŞUNA MƏHKƏMƏ HÖKMÜ
Cəlil Qənilu bəyin insan haqlarını qorumaq üçün Son Durum 2-ni hüzurlarınıza sunuruq ki, İlətişmə 1 (Say: 457/2007; Tarix: 4 İyul 2007) və Son Durum 1 (Say: 482/2008; Tarix: 24 Yanvar 2008) üzərlərinə əlavədir. O Güney Azərbaycanlı bir jurnalistdir ki, İran yetkililəri tərəfindən yaxalanandan sonra ona işgəncə qıyılmış; və sərbəstliyindən öz-xoşuna yoxsun edilmişdi.
Qənilu bəy 2007-də Güney Azərbaycanın mədəni mənliyi uğrunda apardığı kampaniyalar üçün üç dəfə İran yetkililəri tərəfindən tutuqlanmış idi. Lakin onun üçüncü dəfə tutuqlanması, 27 İyun 2007-də idi ki, May 2006 Kütlə Etirazları və İllik Babək Qurultayı ilə əlaqədar idi.
Aşağıdakı olaylar ilə son yazılaşmadan bəri indiyə dək sizi gedən cərəyanlar ilə yığcam olaraq tanış etmək istəyirik:
• 27 Fevral 2008: 100 milyon Tümən zəmanət qarşılığında sərbəst buraxıldı;
• 11 May 2008: Tehranın Şöbə 115, İnqilab Məhkəməsində qapalı olaraq mühakimə olundu.
• 10 İyun 2008: kəsilən hökm buraxıldı ki, buna əsasən “İslam Respublikasına qarşı təbliğat aparmaq” suçlanmasına görə ona bir illik həbs hökmü kəsildi ([1] haqqimiz1.blog…). Bu suçlamanı biz birinci dəfə olaraq öyrəndik. Baxmayaraq ki, hökm beş illik üçün asılğan olmuş, lakin bu hökm əməldə onu qadaqda saxlamaq üçün layihələnmiş kimi göründü.
Öhdənizdə olan mandatlar İran yetkililərinin salışdırmaq (qızışdırmaq və yürütmək) istədikləri qadaqda saxlamaq düzəninə qarşı təkcə qalan vasitələrdirlər. Bu düzən indicə Qənilu bəyə və genəllik ilə Güney Azərbaycanın çalışanlarına qarşı yürüdülür. Diqqətinizi Qənilu bəyin dosyesinə tuşlamaq üçün sizə müraciət edirik ki, kampaniyanız ilə İran yetkililərinin planlarının bednamlığı aşkara çıxsın.
Qayğınız üçün qabaqcadan təşəkkür edirik.
Hörmət ilə;
Əli Taşkənt
Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədri
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir