- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Moskvada Azərbaycanlılarla ermənilər arasında silahlı toqquşma olub, ölən və yaralananlar var
BayBək, Azərbaycan | Monday, 25th August , 2008 , 20:25 [pm] | İç Xəbərlər
![]() |
. | Ermənilər kifayət qədər gəlir gətirən kafeni zorla soydaşlarımızdan almaq istəsələr də, azərbaycanlılar buna razı olmayıblar. Moskva şəhər daxili işlər idarəsinin mətbuat xidmətindən bildiriblər ki, münaqişənin əsl səbəbkarını müəyyənləşdirmək mümkün olmayıb. Davada konkret nə qədər şəxsin iştirak |
Moskvanın “Çerkizovskaya” bazarı yaxınlığında Azərbaycanlılarla ermənilər arasında silahlı insident baş verib. APA-nın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, insidentə səbəb ermənilərin azərbaycanlılara məxsus “Saxara” kafesinə sahib çıxmaq istəyi olub.
Ermənilər kifayət qədər gəlir gətirən kafeni zorla soydaşlarımızdan almaq istəsələr də, azərbaycanlılar buna razı olmayıblar. Moskva şəhər daxili işlər idarəsinin mətbuat xidmətindən bildiriblər ki, münaqişənin əsl səbəbkarını müəyyənləşdirmək mümkün olmayıb. Davada konkret nə qədər şəxsin iştirak etdiyi bilinmir, hüquq-mühafizə orqanlarının əməkdaşları insidentin iştirakçılarından heç kimi həbs edə bilməyiblər. Dava zamanı iştirakçılardan biri silahdan atəş açaraq bir nəfəri öldürüb, iki nəfəri isə yaralayıb. Ölən şəxsin üzərində sənədləri olmadığından onun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Faktla bağlı qətl maddəsi üzrə cinayət işi başlanıb.apa
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir