- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Ruslar Poti limanına gələn yükləri yoxlayacaq

BayBək, Azərbaycan | Monday, 25th August , 2008 , 22:01 [pm] | İç Xəbərlər

. Qazaxıstan Gürcüstan və Cənubi Osetiya arasında münaqişəni tənizmləmək üçün ATƏT vasitəsilə göstərilən səylərdə iştirak etməyə könüllü olduğunu bildirib.

Prezident Nursultan Nazarbayev Asiya təhlükəsizlik təşkilatı CİCA xarici işlər nazirlərilə görüşündə bildirib ki, o, münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayının və rolunun artmasını dəstəkləyir.



Qazaxıstan Gürcüstan və Cənubi Osetiya arasında münaqişəni tənizmləmək üçün ATƏT vasitəsilə göstərilən səylərdə iştirak etməyə könüllü olduğunu bildirib.

Prezident Nursultan Nazarbayev Asiya təhlükəsizlik təşkilatı CİCA xarici işlər nazirlərilə görüşündə bildirib ki, o, münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayının və rolunun artmasını dəstəkləyir.

O, əlavə edib ki, Qazaxıstan vəziyyətin normallaşdırılması üçün səylərdə iştirak etməyə hazırdır.

Bu arada isə, Gürcüstanla bağlı mövqeyini daha da kəskinləşdirən Rusiya bildirib ki, Abxaziya və Cənubi Osetiya münaqişə zonasında beynəlxalq sülhməramlı qüvvələrin artırılmasına yol verməyəcək.

Fransa Prezidenti Nikola Sarkozinin ofisi həftə sonu bildirib ki, Gürcüstan və Rusiya arasında imzalanmış atəşkəs müqaviləsi çərçivəsində ATƏT müşahidəçiləri iki separatçı respublika arasındakı bufer zonaya yerləşdiriləcək.

Amma Rusiya Silahlı Qüvvələri baş qərargah rəisinin müavini general Nikolay Noqovitsın mətbuat konfransında bildirib ki, Moskva bununla heç vaxt razılaşmayacaq.

O, həmçinin əlavə edib ki, rus əsgərləri Gürcüstanın Poti limanına gələn karqo yüklərini yoxlayacaq.

Cənab Noqovitsın xəbərdar edib ki, Rusiya öz sülhməramlılarının nəzarətində olan zaonlarda ərazi kəşfiyyatına imkan verməyəcək.

BBC müxbiri bildirir ki, Rusiya bu bəyanatlarla Qərbin nə cavab verəcəyini yoxlayır.bbc

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_3050.azr
azeribaybak[at]gmail.com