- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Azərbaycan yığması ilə görüşə, İngiltərə və İspaniyada oynayan iranlı futbolçular dəvət alıblar

BayBək, Azərbaycan | Monday, 25th August , 2008 , 22:31 [pm] | İç Xəbərlər

. Futbol üzrə Azərbaycan milli komandasının növbəti yoldaşlıq görüşündəki rəqibi İranın heyəti açıqlanıb. “APA-SPORT” agentliyinin məlumatına görə, İran yığmasının azərbaycanlı baş məşqçisi Əli Daei avqustun 27-də Tehranın “Azadi” stadionunda keçiriləcək qarşılaşmaya 26 futbolçu dəvət edib.


Futbol üzrə Azərbaycan milli komandasının növbəti yoldaşlıq görüşündəki rəqibi İranın heyəti açıqlanıb. “APA-SPORT” agentliyinin məlumatına görə, İran yığmasının azərbaycanlı baş məşqçisi Əli Daei avqustun 27-də Tehranın “Azadi” stadionunda keçiriləcək qarşılaşmaya 26 futbolçu dəvət edib.

Milli komandamızla oyuna İspaniya Primerosunda forma geyinən iki və İngiltərə Premyer Liqasında çıxış edən bir futbolçu da çağırılıb. “Osasuna”nın üzvləri Cavad Nekunam, Məsud Süleymani, eləcə də “Fulhem”in yarımmüdafiəçisi Andranik Teymurian yığmamıza qarşı mübarizə aparmaq şansına malikdirlər.

Qapıçılar: Mehdi Rahmati (“Mis-Kerman”), Vahid Taleblu (“İstiqlal”), Rəhman Əhmədi (“Sepahan”).

Müdafiəçilər: Cəlal Hosseyni (“Saypa”), Məhəmməd Nasrati (“Əl-Nəsr”, BƏƏ), Hadi Aqili, Mohsen Benqar (hər ikisi “Sepahan”), Hosseyn Kaebi (“Saypa”), Səttar Zare (“Bərq”), Müjtəba Şiri (“Persepolis”), Məcid Qulamnejad (“Pas”), Əhməd Alenemeh (“Fulad”).

Yarımmüdafiəçilər: Müjtəba Cabari (“İstiqlal”), Ehsan Hacsafi (“Sepahan”), Cavad Nekunam, Məsud Süleymani (hər ikisi “Osasuna”, İspaniya), Andranik Teymurian (“Fulhem”, İngiltərə), Firudin Zəndi (“Alki”, Kipr), İbrahim Sadiqi, Kianuş Rahmati (hər ikisi “Saypa”).

Hücumçular: Vahid Haşimian (“Bohum”, Almaniya), Qulamreza Rezai (“Səba”), Milad Meydavudi (“İstiqlal”), Rasul Xatibi (“Əl-Cəfrə”, BƏƏ), Mehrzad Madançi (“Əl-Nəsr”, BƏƏ), Cəlal Rafaei (“Malavan”).apa

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_3051.azr
azeribaybak[at]gmail.com