- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Qıssa olaraq, Azərbaycan fəlsəfəsi – Təbrizli Baybək
BayBək, Azərbaycan | Tuesday, 26th August , 2008 , 10:30 [am] | Məqalə-Yazi
![]() |
. | Bu ideala əl tapmağ üçün, yuxarıda deiylən fəlsəfənin gəlişməsi və düşüncələrə daşınmasi gərəklidir. Təbidir ki Azərbaycanın bütüvləşməsindən narazi olanlar, buna izin verməyəcəklər. Ama, Azərbaycan fəlsəfəsinin güclü və yayqın olmasi, təmam xarici güclərin çabasın boşa çıxardıb və Bütöv Azərbaycan millətinə aydın gələcək qaranti edəcəkdir. |
Hər yaranışın bir nədəni var, çökülüşlərdə nədənsiz dəiyllər, o zaman, Azərbaycan fəlsəfəsi necə yaranmalıdır?
Geniş bir varlığın anlamında, onu oluşduran incələrdən başlamağ, ancaq bütövlügü unutmamağ gərəklidir. Türk bilimadami Xarəzmlinin açdığı yol ilə, qarmaşıq və çətin oluşumların incə oluşduranların anlamaqla, o geniş oluşumun nə olduğuna varmağ olar. Batılıların qullandıği “Algorithm” sözcügü isə, bu adlım bilim adamının adından alınıbdır. “Əl-Xarəzmi” ({Xarəzmli [Türkcə]- {Iibni-Musa Al-Khwarizmi [Ərəbcələşmiş] - {Algorithm [Batılılaşmış]}) adıila tanınan bu bilimadami, matamatik dünyasında öndə gedən dahilərdən olubdur.
Demək, Azərbaycan fəlsəfəsinə başlamadan öncə, onu oluşduran təməllər ilə tanış olmağ, habelə onlari anlamağ vacib olacaqdır.
Azərbaycan fəlsəfəsinin oluşduran incəlikləri, söykəndigi təməllər və yaratdıği ətkilər nə dir?
İlk öncə, Azərbaycan sözcügünə baxmalıyıq:
- Azərbaycan nədir?
- Azərbaycan haradır?
- Azərbaycan nə olmalıdır?
Azərbaycan termini qullanırıq ama, onun nə olduğunu bilənlərimiz bəlki çox çox az olsun. Çünkü, çox qullanılan termin, artıq bir adətə çevrilir və doğru-yanlış olaraq, beyınlərdə yer alır. Ondan sonra, daha onun necə yarandığıyla maraxlanan olmur.
Azərbaycan sözcüyü, Az+Ər+Bəy+Xan birləşimidir. Tək tək anlamlarına baxanda, “Az” bir millətin bit tayfasi, “Ər” güclü savaşcı, “Bəy” yücə insan və “Xan” öndər deməkdir.
Sözcügü açıqlamaqla, “Az” tayfasının, güclü və öndər olduğun ifadə etmək gərəkir. Demək o millətin (Türk) bir tayfasi, inkişaf edərək, özünə özəl kimlik yarataraq, öz adına layıqı oluşum yaratmışdır və bu oluşum artıq bir adətə çevrilmişdir.
Günümüzdə bu tayfa nəqədr ilərləmiş ya geri qalmış olsada, o ad artıq onunla bağlı qalmış. Azərbaycan dedigimizdə, həmən özəllikləri qəsd etməsəkdə, bəlirli dərəcədə onlara bağlı olanlari qəsd etməkdəiyk.
Azərbaycana başqa millətlər öz dillərinə uyqun söyləmlər yaratmışlar. Ama, bu arada bir qurupun bilərək təhrifləri, Azərbaycanın gərçəkliginə kölgə salmağdadır. Farslar, illərdir ki çalışırla türlü yollardan girərək, danılmaz gərçəkləri təhrif edərək, Azərbaycana və onun Türk mahiyətinə saldırsınlar, onu əzərək, Fars kimligi ilə dəiyşsinlər. Ama, elə illər boyu, millətçi idealar, Türklərə aiyd olan dözüm ilə yanyana, Farsların ətkisin yox etməsədə, azaldıbdır.
Azərbaycan tarıxində isə, “Bəy”lərimiz, “Xan”larımız olubdur. “Xanat”larımız olubdur. Demək Azərbaycan, adının oluşumuyla birlikdə, coğrafiya sahəsindədə dərin ayağ izi buraxıbdır.
Zaman zaman genişlənən ya balacalaşan coğrafiyada, mədəniyətlər yaradaraq, imparatorluqlar qurmuş. Zaman zaman saldırı sonucu torpağ itirərək, saldırılarıylada torpağ qazanmışdır. Ama, burda bir gərçək gizlidir, oda budur ki Azərbaycanın binövrəsi, Azərbaycanın çəkirdəgi əl dəiylməmiş qalıbdır.
Bu binövrə nədir? Çəkirdək nədir?
Bu sorulara cavab vermək uçun, tarixdə bir gəzi yapmaq yararlı olacaqdır.
Tarixin unutulmayan səhifələrində, Azərbaycan adi yazılıbdır. Azərbaycan sınırlari danılmaz şəkildə bəlləndirilibdir. Çeşitli tarix yazarlardan oxuyanda, indi iki parçalanmış Azərbaycan və son yüz illərdə ətrafından kəsilən parçalar, çəkirdək kimi nəzərə gəlir. Yəni, torpağlar hər nə qədərdə alınıb-verilibsə, çəkirdək və binövrənin adi və kimligi dəiyşməiyb.
Azərbaycana başqa mahiyət vermək olmaz. Tarixdən dərs almayanlarsa, ona yeni ad, yeni kimlik və yeni sınır tərif etməgə qalxışırlar. Hər nə amacla olursa olsun, Azərbaycan bir bütöv olaraq, danılmaz şəkildə varlığın sürdürür. Torpağ parçalansada, kimlik parçalanmayıb.
Azərbaycanlı kimdir?
Bu soruya iki yöndən baxmağ lazimdir. Birincisində, soy və tarixi varlıqlara önəm vermək, ikincisisə, Azərbaycanda yaşamağa önəm verilməlidir.
Bəlki ilk baxışda, soydan danışmağ doğru alınmasın. Demokrasi düşüncəsində yanlışlıqla, soy qonusuna inananlara ırqçı (Racism) denilir! Bu demokrasi nədir və necədir qonusuna başqa zaman toxunulacaq ama, onun Azərbaycan fəlsəfəsində buraxdığı yanlış və dağıtıcı ətkilərdən danışmağ, hər zaman yararlı olacaqdır.
Azərbaycan yeni yaranan ülkələr kimi, işqaldan yaranmayıb. Bu özəllikdir ki Azərbaycanın durumun özünə özəl yapır. Azərbaycanda yaşayanlar, onu yaradanlardırlar. Azərbaycanlılarsa, Azərbaycanı qoruyanlar olmalıdırlar.
Dünyanın modern düzənində, millət-dövlət anlamlarında dəiyşiklər verildi. Dünyani modern etməkdə rol oynayan ülkələrsə, özlərinə yarayan terminləri yaradaraq, geri qalmış ülkələri öz ətkiləri altına aldılar.
Misal üçün, 1492-ci miladi ilində, Amerika qarrəsi tanındi. Bəzən kəşf olundu deiylir ama, əslində o bölgə, özlərin modernlik yaradıcısı bilən güclərin tərəfindən tanındı. Çünkü min illər öncədən orda insanlar yaşamaqdaydılar.
Amerikaya düzənlənən axın, güc və sərvət qazanmağ amacıyla, orda yaşayan yerlilərin məhvinə nədən oldu. Amerikada baş verən soyqırım, bəlki tarix boyu baş verməmiş insani cinayətlərdən adlana bilsin.
İndi Amerikani bir ülkə tanımaq, ona milli kimlik vermək və onun ideallarıyla yürümək, tarixə yalan demək olacaqdır.
Elə ona görədir ki, Amerikalı tanıdığımız, ancaq Amerika yerlisi olmayanların yazdığı qanunlar və terminlərə verdikləri anlamlar, diqqət ilə incələnməlidirlər.
Bəllidir ki onlar özlərinə haq qazandırmağ üçün, “güclü haqlıdır” gərçəgin gizləmək üçün, çeşitli terminlər yaradacaqlar. Aldıqlari torpağa ülkə statusu vermək üçün, millət-devlət terminlərin dəiyşdirəcəklər.
Burda bəlli olur ki onların verdikləri şuarlar, Azərbaycan kimi tarixən Azərbaycanlıların olduğu bölgəyə uyqulanmamalıdır. Yoxsa, içdən çöküşə nədən olacaqdır.
Azərbaycani Azərbaycan yapan, Azərbaycanlıdır. Ancaq, modern dünyadan vaz geçmək olmadılğına görə, soy anlamına toxunmadan, başqa bir terminlə, torpağ qorunmalıdır. Bu termin “vətəndaşlıq” olmalıdır.
Əgər Azərbaycanda yaşayan biri vardırsa, ona Azərbaycan vətəndaşi demək olur. Ancaq, Azərbaycanlı demək üçün, soy məsələsinə dayanmağ lazim gələcəkdir. Yəni, Azərbaycanda yaşayan Türk, Azərbaycanda kök sahibi olan və Azərbaycan varlıqlarından pay aparan insanlar, sonradan gələn başqa soyların öyələrilə fərqli olmalıdılar.
Bu fərq insan haqlarıa qarşi durmadan qoyulmalıdır. Bəllidir ki bu ifadəyə qarşı, bir sıra təpkilər olacaqdır. Ama, bir yurdu qorumağ üçün, o yurdun yaradanlarına dəyər vermək lazim olacaqdır.
Səhv olaraq, bir sıra Azərbaycanlı, başqa güclərin yaratdığı tavlayıcı “Soy savaşları”na qapılaraq, əslində Azərbaycan kökünə balta vurmağa yardımcı olurlar. Diqqətli olmamız lazimdir ki belə düzaxlara düşmədən, yurd, soy və gələcək qorunsun.
Azərbaycanlı və Azərbaycan vətəndaşi ilk növbədə insandırlar. İnsan olduqlarına görədə, bir sıra umumi və xususi haqlara sahibdirlər. Bu haqların umumi ya özəlliginə qərar vermək üçün, Azərbaycan fəlsəfəsi gözə alınmalıdır.
Azərbaycan fəlsəfəsində, Azərbaycan varlığı onun geçmişdən günümüzə gətirdikləridir. Bu varlıqlardır ki Azərbaycani yaşadır. Onlardan ikisi, sınır və soydurlar. Azərbaycan Türkü öz doğma yurdunda “Ər”, “Bəy” və “Xan” olmalıdır.
Irqçılığa gəlincə, democrat adına tanınan ülkələrdə, bu ayırım yapılmaqdadır. Yuxarıda deiylən kimin, örnəiyn, Amerikaya ilk daxil olan ağ dərililər, yerli qızıl dərililəri və başqa insanlari, qaralari ya sarılari, ikinci sıra vətəndaş kimin qarşılırlar. Bu bir gərçəkdir və bilinməlidir ki bir iki nəfərin fərqli alın yazısıyla, kütlənin davranışın tocih etmək olmaz.
Demokrat ülkələrin gündəlik yaşamında, ən aşağa işlər, ən az gəlir və ən bərbad əiytim “Ağ” olmayanlarındır. Filimlərində bilə, ki əslində kütləni yaradan əbzarlardırlar, açıqcasına bu fərqi görmək olur. Bir filimdə, “Qara” nəqədərdə yüksək məqamda olsada, əmir aldığı bir “Ağ” kəsinliklə mevcuddur.
Toplumu yönətmək üçün ən yararli əbzarlardan biri mediadır. Mediadandır ki yeni adətlər yayılır, pis yaxci göstərilir və yaxci məhv edilir. Kütlənin görüşün dəiyşərək bəsləiyr v.s.
Bura qədər, Azərbaycan haradır sorusu cavablandi, Azərbaycanlı kimdir bəlli oldu və Azərbaycan fəlsəfəsinin özəl olduğu bir gərək olaraq vurqulandi.
Ama, kütlə olaraq, bir sıra alıntılardanda söz etmək gərəklidir. Misal üçün, din və mənəvi inanc!
Bu dəyərlərə toxunmağ bəlki daha uyqun bir fırsatda yararli ola bilər. Ama bunu demədən geçmək istəmirəm ki din və mənəvi inanclar bir ülkənin yaranışı və yaşamasi üçün, ikinci önəmli sayıla bilərlər. Nədən ki bu inanclar dəiyşə bilərlər.
Azərbaycan İsrail ya Ermənistan kimi inanc üzərində qurulmayıbdır. Bu iki ülkənin yaranış fəlsəfəsi sırf din və mənəvi inanclar olubdur. Elə ona görədir ki hər iki ülkənın uluslararasi inteqrasiya olmalarında sorun yaşanır.
Azərbaycan fəlsəfəsində, Türkçülük, Çağdaşlıq və Müsəlmanlıq diyə bir bölüm açılıb. Bu bölümün ömründən o qədər də çox geçmir. Ancaq, ondan yararlanaraq bir sıra başariyə naiyl olan öndərlərin çabasından demədən olmaz. M.Ə. Rəsulzadə kimi öndərlər, Azərbaycan fəlsəfəsində yaranan bu daldan yararlanaraq, müstəqil devlətçilik qurmaği başarmışdır.
Modern çağda isə, dini inanclarla insanlari ayırmağ qəbul olunan dəiyldir.
Yuxarıda sayılan özəlliklərdə, sonradan alına biləcək bir varlığ tərif olunmayıb. Soy sonradan alına bilməz, torpağ sonradan alına bilməz, ama, din sonradan alına bilər!
Torpağ işqal olunarda, azad olunarda və hətta satılarda! Alaskanın satılmasın tarixdən öyrənmək olar, ya bir çoxlu Türk torpaği sayılan yerılərin satılmasın qolaycasına tapmağ olar. Ama, bir torpağa ad qazandıran soydan olmayanlar, o torpağın əsl sahibi ola bilməyəcəklərində kimsənin şübhəsi yocdur.
Qlobal şuarlari verən siyasətçilərsə, “Dünya Yurd”dan danışaraq, bir sıra geniş qazanclarına uyqun olaraq hərəkət etməkdələr. Yoxsa kimsə ağzından çörəgin atıbda, uzaqlardaki olub-olmadığı bəlli olmayan yəməklərə doğru, bərəhut bir çölə girməz!
Demək Azərbaycan fəlsəfəsində, təməl olanlardan ikisi bəlli oldu : “Torpağ və soy”. İndi gələk bu iki təməli qorumağ bölümünə!
Bir sıra gərçəklər vardır ki onlara göz yummağ olmaz. Günümüzdə, Azərbaycanın parçalanmış durumda olduğu bir gərçəkdir. Ancaq, bu o demək dəiyldir ki elə durum belədə qalmalıdır.
Azərbaycan fəlsəfəsində, birləşmək və güclənmək kimi əsas gərəklər var. Birləşmək üçünsə, özəl yollar gedilməlidir.
Siyasi durumdan gücsüz halimizi gizləməklə, birləşmək prosesin dayandırmali olacayıq. Zəflərimizi düşməndən öncə özümüz tapmalıyıq. İlk zəfimizsə, siyasi durum ilə mənəvi durumlari birbirinə qarışdırmağdır.
Çeşitli parçalari birləşdirmək üçün, çeşitli siyasi planlarımız olmalıdır. Bu yolda, birləşməmizin bizdən başqa hamıya zərər, və hətta təhlükə olduğunda inanmalıyıq. Ona görə, bu birləşmədən narazi olanların ən narazısın taparaq, yaradacağımız düzaxlarla devrədən çıxarmamız lazımdir. Yoxsa sorunlarımızı içəridə tutmağla, birləşməyə başlamadan, aradn gedəcəiyk.
Əsgərlik zamanında, bir gecə devriydəidik. Bir yoldaşım varıdı ki çox qaramcil düşüncəsi varidi. O yoldaş hər 50-60 adımdan bir, aldığı düdügi (fışqa) çalaraq milləti əziyət etməgə qalxışırdı! Mənim etirazımdasa, deiyrdi ki nədən onlar yatsınlar, ama mən küçələrdə avara gəzim!
Olaydan bu sonucu almağ istirəm ki, yatanların haqqıdır ki yatsınlar, və bir əsgərin görəvidir ki onların təhlükəsizligin sağlasın. Bu əsgər əgər bu gərçəgi bilməzsə, yatanlara əziyət edəcəkdir. Bizim əsgərlərimiz olmağa aday olanlarsa, hələ bu fəlsəfənin nə olduğun anlamayıblar. Suç onlarda dəiyldir, illərdir onların susuz qalmış beiynlərinə doğru kanallardan su yetişməiyb. Aydınlarımızı qusuru bu barədə tüm olmasada, ağır olubdur.
Kütlədən intizarda olmaq ki, hamısı millətçi olacaqlar, boş bir ruyadır. Kütləni güclü siyasətçilər qoruyar və o siyasətçilərin düşüncəsin, güclü fəlsəfə idarə edər. Azərbaycan fəlsəfəsi gərəkdir ki siyasətçilərimizin düşüncəsin yaratsın.
Fəlsəfəmiz oluşmadan, siyasi yollar və yorumlar ortaya sürənlərin sayısı az dəiyldir. Öncə yurdumuzu qurtarıbda yönətimin tartışmağ yerinə, yurdumuzu buraxmışıq və yönətim davasında başlamışıq! Azərbaycan fəlsəfəsi bu olmalıdır ki, parçalanmış yurdumuz birləşsin.
Birləşmək prosesi isə bu gün sabahın olacaği dəiyldir. Hər bir parçada özəl siyasət gəlişdirməlidir ta o bölgənin müstəqilligin əldə etsin. Ama, bu siyasi hərəkət, Azərbaycan fəlsəfəsi çərçəvəsində olmalıdır.
Parçalnmış yurdumuza bir xəstə kimi yanaşsağ əgər, ufunətə tutulmuş üzvlərin toxdamasından öncə, heç bir tədavi etmək olmayacaqdır. Parçalarımızın ufunət nədənisə dəiyşikdir. Hər bir parçanın özünə özəl ilac qullanılmalıdır ki bir üzv olaraq sağalsın, daha sonra bir bütün olaraq yaşamına davam versin.
Pəs demək olar ki, Azərbaycan bir bütöv olaraq, Azərbaycanlınındır və Azərbaycan vətəndaşlarının qatqısıyla, modern bir yaşama başlamalıdır.
Bu ideala əl tapmağ üçün, yuxarıda deiylən fəlsəfənin gəlişməsi və düşüncələrə daşınmasi gərəklidir. Təbidir ki Azərbaycanın bütüvləşməsindən narazi olanlar, buna izin verməyəcəklər. Ama, Azərbaycan fəlsəfəsinin güclü və yayqın olmasi, təmam xarici güclərin çabasın boşa çıxardıb və Bütöv Azərbaycan millətinə aydın gələcək qaranti edəcəkdir.
Birləşmək üçün, milli fəlsəfəmizi anlayaq
Təbrizli Baybək
25/08/2008
Croydon
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir