- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
RƏSMİ BAKI ÇAŞQINLIQ İÇİNDƏDİR
BayBək, Azərbaycan | Tuesday, 26th August , 2008 , 21:56 [pm] | İç Xəbərlər
![]() |
. | Görünür, Azərbaycan hakimiyyəti Rusiya prezidentinin Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasından əsl şok yaşayıb. Belə ki, Turan agentliyinin DİN, Prezident Aparatı və hətta hakim “Yeni Azərbaycan” partiyasının üzvləri ilə əlaqə saxlamaq cəhdləri nəticəsiz qalıb. Görünür, rəsmi Bakı hadisələrin belə dönməsinə hazır deyildi və ya dəqiq mövqe seçməyib, baxmayaraq ki, indiyə qədər hakimiyyət Gürcüstanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini bildirib. |
Medvedyevin qərarı rəsmi Bakı üçün şok effekti verib!
Görünür, Azərbaycan hakimiyyəti Rusiya prezidentinin Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasından əsl şok yaşayıb. Belə ki, Turan agentliyinin DİN, Prezident Aparatı və hətta hakim “Yeni Azərbaycan” partiyasının üzvləri ilə əlaqə saxlamaq cəhdləri nəticəsiz qalıb. Görünür, rəsmi Bakı hadisələrin belə dönməsinə hazır deyildi və ya dəqiq mövqe seçməyib, baxmayaraq ki, indiyə qədər hakimiyyət Gürcüstanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini bildirib.
Eyni zamanda, müstəqil politoloqlar və ekspertlər Medvedevin hərəkətlərini çox mənfi qiymətləndirirlər. “Rusiya prezidenti Dmitri Medvedyevin Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması ilə bağlı qərarını çox narahatçılıqla qarşılayıram. Bu həm Rusiya, həm region, həm də dünyada sülhə və inkişafa böyük zərbədir”. Bu sözlərlə Azərbaycanın Rusiyadakı keşmiş səfiri, politoloq Hikmət Hacızadə Rusiya prezidentinin Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması ilə bağlı qərarına münasibət bildirib.
Politoloq Rasim Musabəyov hesab edir ki, Abxaziya və Cənubu Osetiyanın müstəqilliyinin Rusiya tərəfindən tanınması hələ məsələnin qapanması demək deyil. “Bununla məsələ gündəlikdən çıxmayacaq. Ancaq bu qərar problemin həllinin uzadılmasına xidmət edir. Belə ki, Türkiyə Şimali Kiprin müstəqilliyini çoxdan tanıyıb. Ancaq məsələ BMT-nin gündəliyindən hələ də çıxmayıb. Problemin həlli ilə bağlı müzakirələr indi də davam edir. Hətta Kiprin birləşdirilməsi ideyası da gündəmdə qalır”.
Politoloqun fikrincə, Rusiya bu qərarı ilə dünyanı fakt qarşısında qoymaq istəyir. “Rusiya istəyir ki, yeni situasiya yaratmaqla qərblə, dünya ilə və Gürcüstanla siyasi alverə getsin”.turan
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir