- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Daha bir Amerika gəmisi Gürcüstana yardım gətirir
BayBək, Azərbaycan | Tuesday, 26th August , 2008 , 22:22 [pm] | İç Xəbərlər
![]() |
. | Gürcüstanın Poti liman şəhərinə Amerika dəniz donanmasının daha bir gəmisi yollanıb.
Potidə, limana gələn yükləri yoxlamaq üçün rus əsgərləri yerləşdirib. |
Gürcüstanın Poti liman şəhərinə Amerika dəniz donanmasının daha bir gəmisi yollanıb.
Potidə, limana gələn yükləri yoxlamaq üçün rus əsgərləri yerləşdirib.
Amerikanın Gürcüstan paytaxtı Tbilisidəki səfirliyinin sözçüsü deyib ki, Amerika gəmisinin göyərtəsindəki Tbilisi hökumətinin xahişi ilə çatdırılan humanitar yardım təchizatlarıdır.
Amerika nümayəndəsinin dediyinə görə, Potiyə doğru irəliləyən gəmini, ola bilsin ki, Amerikanın USS McFaul adlı hərbi gəmisi müşaiyyət etsin.
USS McFaul ötən bazar günü Batumiyə gəlib. Bu arada Rusiyanın Təhlükəsizlik Şurası Qara dənizdəki Soçi şəhərində görüş keçirməyə hazırlaşır.
Gündəlikdə duran başlıca məsələ Rusiya parlamentinin Abxaziya ilə Cənubi Osetiyanın müstəqilliyini tanımaq barədə çağırışlarının müzakirəsi olacaqdır.bbc
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir