- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Vəhabi icmasının fəaliyyəti qadağan ediləcək

BayBək, Azərbaycan | Wednesday, 27th August , 2008 , 01:06 [am] | İç Xəbərlər

. “Əbu-Bəkr” məscidində baş vermiş partlayışla bağlı istintaq prosesi davam edir.

Artıq partlayışda şübhəli bilinən bir neçə şəxs həbs edilib. Həbs edilənlər arasında hüquq-mühafizə orqanlarının yüksək rütbəli əməkdaşı da var. Partlayışdan



“Əbu-Bəkr” məscidində baş vermiş partlayışla bağlı istintaq prosesi davam edir.

Artıq partlayışda şübhəli bilinən bir neçə şəxs həbs edilib. Həbs edilənlər arasında hüquq-mühafizə orqanlarının yüksək rütbəli əməkdaşı da var. Partlayışdan sonra məscid təmirə dayanıb. Məlumata görə, təmir bir müddət davam edəcək. “Əbu-Bəkr” icmasının harada toplaşacağı hələ bəlli deyil.

Partlayışın törədilməsi ilə bağlı versiyalardan biri də vəhabilərin öz aralarında olan mübahisələrdir. Qeyd edək ki, bu yaxınlarda vəhabilər arasında parçalanma yaranmış, “xəvaricilər” adlanan qanad Hacı Qamət Süleymanı lider kimi qəbul edən “qamətilər”dən ayrılmışdı. Ehtimala görə, Hacı Qamətin qarşısına düşən qumbaranı da məscidə qamətilərdən ayrılan qrup atıb.

Mötəbər mənbənin verdiyi məlumata görə, artıq aralarındakı mübahisələri silahla həll etməyə başlamış təriqətin fəaliyyəti qadağan oluna bilər. İcmanın fəaliyyətinin qadağan olunmasını gündəliyə çıxaran səbəblərdən biri də vəhabilərin hüquq-mühafizə orqanlarına, orduya və dövlət orqanlarına nüfuz etməsidir.olaylar

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_3061.azr
azeribaybak[at]gmail.com