- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

«Azadlıq»ın müxbirləri döyülüb

BayBək, Azərbaycan | Wednesday, 27th August , 2008 , 13:57 [pm] | İç Xəbərlər

. «Azadlıq» radiosunun Naxçıvan müxbirləri Məlahət Nəsibova və onun həyat yoldaşı İlqar Nəsibov təzyiqlərə məruz qalıb.

Avqustun 27-də Naxçıvanın Nehrəm kəndində yerli sakinlərlə polis arasında qarşıdurmanı işıqlandıran müxbirlər mülki geyimli şəxslər tərəfindən döyülüblər.

Məlahət Nəsibova: «Bizi bura kənd ağsaqqalları problemlərə görə çağırmışdılar. Bu gün səhər Babək rayon polisinin nümayəndələri Nehrəmdə olub və sakinlərə



«Azadlıq» radiosunun Naxçıvan müxbirləri Məlahət Nəsibova və onun həyat yoldaşı İlqar Nəsibov təzyiqlərə məruz qalıb.

Avqustun 27-də Naxçıvanın Nehrəm kəndində yerli sakinlərlə polis arasında qarşıdurmanı işıqlandıran müxbirlər mülki geyimli şəxslər tərəfindən döyülüblər.

Məlahət Nəsibova: «Bizi bura kənd ağsaqqalları problemlərə görə çağırmışdılar. Bu gün səhər Babək rayon polisinin nümayəndələri Nehrəmdə olub və sakinlərə deyiblər ki, kəndin mərkəzindən kənara çıxmasınlar. Camaatla görüşdük, şəkillərini çəkdik, səslərini yazdıq. Bundan sonra əllərində press-kart tutmuş mülki geyimli şəxslər üstümüzə hücum edib mikrafonları əlimizdən aldılar və sındırdılar. Polis də bu hadisələrə seyrçi qaldı».

Məlahət Nəsibova deyir ki, İlqar Nəsibov sifətindən xəsarət alıb:

«Bizi təhqir etdilər, dedilər ki, kənddəki problemləri işıqlandırmayın. Vəziyyət çox ağırdı, sabah nə olacağını bilmirik».

M.Nəsibova deyir ki, polislə sakinlərin qarşıdurmasına səbəb kənd sakinlərinin 2-2, 3-3 gəzmək qadağasını pozması olub.

Nehrəm sakinləri isə «Azadlıq» radiosuna bildiriblər ki, kənd sakinləri həmişəki kimi, Cin bazarına toplaşıblar. Polis isə onları dağıdıb, deyib ki, evlərində otursalar yaxşıdır.azadliqradiosu

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_3064.azr
azeribaybak[at]gmail.com