- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

NATO Rusiyaya ultimatum verdi

BayBək, Azərbaycan | Friday, 29th August , 2008 , 03:16 [am] | İç Xəbərlər

. Qurum Rusiyadan separatçı qurumların müstəqilliyini tanımaq barədə qərarını dəyişməyi tələb edir Rusiyanın separatçı rejimləri tanıması bütün dünyanı hərəkətə gətirib.

Dünən yenə də dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının və mətbuat orqanlarının gündəminin əsas mövzusu Rusiyanın son addımları olub. Rusiyanın



Qurum Rusiyadan separatçı qurumların müstəqilliyini tanımaq barədə qərarını dəyişməyi tələb edir Rusiyanın separatçı rejimləri tanıması bütün dünyanı hərəkətə gətirib.

Dünən yenə də dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının və mətbuat orqanlarının gündəminin əsas mövzusu Rusiyanın son addımları olub. Rusiyanın addımlarına ən sərt təpki isə Şimali Atlantika alyansından-NATO-dan gəlib. Belə ki, qurum Rusiyadan Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımaq barədə qərarını dəyişməyi tələb edib.

Hərbi blokun bəyanatında bildirilir ki, NATO üzvləri Rusiyanın bu addımını pisləyir və Kremli Gürcüstanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırırlar:”Rusiyanın hərəkətləri bu ölkənin Qafqazda sülh və stabillik niyyətlərini şübhə altına qoyur. Gürcüstanda sülh və stabillik olması NATO üçün çox vacibdir”. Böyük Britaniya Rusiyaya qarşı koalisiya yaradır Növbəti sərt bəyanat isə Böyük Britaniyanın xarici işlər naziri Devid Milibenddən gəlib.

O bildirib ki, Medvedyevin Cənubi Osetiya və Abxaziyanın tanınması haqda bəyanatı əsassız və qəbuledilməzdir: “Biz Gürcüstanın müstəqilliyini, ərazi bütövlüyünü dəstəkləyirik, bu ərazi bütövlüyünü Moskvanın fərmanı ilə dəyişmək olmaz. Biz bir daha Rusiyanı bu böhranın həlli üçün əsas kimi beynəlxalq hüquqa baxmağa və təcili və tam şəkildə qoşunları avqustun 7-nə qədər olduğu mövqeyə qaytarmaqla bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq”.

Milibend əlavə edib ki, çərşənbə günü “Rusiyanın Gürcüstana təcavüzünə qarşı maksimum geniş koalisiya yaratmaq üçün” Ukraynaya yola düşəcək. Fransadan və Türkiyədən sərt etiraz Fransa məsələyə biganə qalmayıb. Bu ölkənin XIN rəhbəri Bernar Kuşner Moskvanı beynəlxalq hüququ pozmaqda ittiham edib. Onun sözlərinə görə, Avropa Ittifaqı Rusiyanın Abxaziya və Cənubi Osetiyada özünü belə aparması ilə barışa bilməz. Bundan başqa, Kuşner Rusiyanın Ukrayna və Moldovaya qarşı yeni təcavüz həyata keçirməsi mümkünlüyünü istisna etməyib.

Türkiyə Xarici Işlər Nazirliyi yaydığı bəyanatda Gürcüstanın bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəklədiyini bəyan edib. Bəyanatda bildirilir ki, Türkiyə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə xüsusi önəm verir. Rəsmi Ankara həmçinin münaqişələrin istisnasız olaraq sülh yolu ilə həllinə tərəfdar olduğunu vurğulayıb.

Yaponiya Rusiyanı məsuliyyətli olmağa çağırıb ABŞ dövlət katibi Kondaliza Rays da bildirib ki, Rusiyanın Gürcüstanın sərhədlərini pozmasına imkan vermək olmaz. “Abxaziya və Cənubi Osetiya Gürcüstanın beynəlxalq aləmdə tanınmış sərhədləri daxilindədir və belə də qalacaq. Sadəcə olaraq, bu, o deməkdir ki, Rusiya prezidenti rusların imzaladığı öhdəliklərə riayət etməməkdə davam edir”, deyə Rays bildirib. Neytral Isveçin xarici işlər naziri Kal Bildt öz bloqunda yazıb ki, Rusiyanın qərarı yalnız Avropanın qalan hissəsi ilə deyil, bütün dünya ictimaiyyəti ilə qarşıdurma siyasəti xeyrinə seçimi əks etdirir”.

Yaponiya ciddi narahatlığını və Rusiyanın regionun sabitliyi naminə məsuliyyətli hərəkət edəcəyinə ümid etdiyini bildirib. Çin, Qərb ölkələrindən fərqli olaraq, reaksiya verməyə tələsməyib. Çərşənbə axşamı Çin diplomatları bildiriblər ki, Gürcüstanda vəziyyət haqqında cümə axşamı Düşənbədə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində məsələ qaldırmaq planlaşdırılır. Buş Medvedyevi məsuliyyətsiz adlandırdı Məsələyə növbəti dəfə qayıdan ABŞ prezidenti isə Rusiya prezidentinin separatçı bölgələri tanımaq barədə fərmanını məsuliyyətsiz addım kimi qiymətləndirib.

Onun sözlərinə görə, çıxarılan qərar münaqişə tərəflərinin imzaladığı atəşkəs haqqında sazişlə ziddiyyət təşkil edir: “Biz Rusiyanın üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirəcəyini, öz məsuliyyətsiz qərarına yenidən baxacağını, altı maddəlik atəşkəs haqqında sazişin müddəalarına əməl edəcəyini gözləyirik. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən Abxaziya və Cənubi Osetiya Gürcüstanın tərkib hissəsidir və bu, belə olaraq qalmalıdır”. Beynəlxalq təşkilatlardan etiraz yağışı Dünən beynəlxalq təşkilatlar da Rusiyanın son addımına etiraz ediblər. BMT-nin baş katibi Pan Gi Mun, Avropa Şurası Nazirlər Komitəsinin sədri Karl Bildt, Avropa Şurası Parlament Assambleyasının prezidenti Luis Maria de Puç Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması qərarını pisləyiblər.

Pan Gi Mun bəyan edib ki, hadisələrin bu istiqamətdə inkişafı Qafqazda təhlükəsizlik və stabillik üçün təhlükə törədir. Avropa Şurası Nazirlər Komitəsinin sədri Karl Bildt hesab edir ki, Medvedyevin qərarı münaqişələrin beynəlxalq hüquq əsasında həll olunmasına təhlükədir: “Bu qərar Avropa Şurasının prinsiplərinə, Rusiyanın təşkilat qarşısında götürdüyü öhdəliklərə və bu ölkə rəhbərlərinin Gürcüstanın ərazi bütövlüyü və suverenitetinə hörmət etdikləri bəyanatlara ziddir”.

AŞ PA prezidenti Luis Maria de Puç öz bəyanatında bildirib ki, Rusiyanın qonşu ölkələrin suverenitet və ərazi bütövlüyünə hörmət edəcəyi barədə öhdəliyi var. “Medvedyevin verdiyi bəyanat bu vədi darmadağın edir. Bu qərar insanların xilas edilməsinə xidmət etməyəcək, yalnız vəziyyəti daha da gərginləşdirəcək və münaqişənin dinc yolla həllinə əlavə maneələr yaradacaq”. Obama Rusiyanın təcrid olunmasını istəyir ABŞ Demokrat Partiyasının prezidentliyə namizədi Barak Obama da Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması ilə bağlı Rusiyanın qərarını pisləyib və dünyanı Rusiyanın addımlarını dəstəkləməməyə çağırıb:”ABŞ BMT Təhlükəsizlik Şurasının iclasının çağırılması təşəbbüsü ilə çıxış etməlidir ki, Rusiyanın qərarını pisləməklə bağlı mövqeyimizi avropalı müttəfiqlərimizlə koordinasiya edə bilək.

Vaşinqton həmçinin Rusiyanın beynəlxalq təcridini genişləndirmək istiqamətində səyləri gücləndirməlidir. Əgər Rusiya hökuməti beynəlxalq hüquq norma və prinsiplərini pozmaqda davam edərsə, biz və müttəfiqlərimiz bu ölkə ilə münasibətlərimizin bütün aspektlərinə yenidən qiymət verməliyik”. Medvedyevin məktubu BMT rəhbərinə verilib Bu arada məlum olub ki, Rusiyanın BMT-də daimi nümayəndələyinin rəhbəri, səfir Vitali Çurkin prezident Dmitri Medvedyevin məktubunu baş katib Pan Gi Muna çatdırıb.

APA-nın “Novosti Qruziya” saytına istinadən yaydığı məlumata görə, məktubda Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini rəsmən tanıdığı bildirilir. Vitali Çurkin məktubun bir surətinin hələ dünən səhər saatlarında BMT baş katibinə çatdırıldığını bildirib. BMT-də keçirdiyi mətbuat konfransında səfir ölkəsinin xarici siyasət idarəsinin bu faktla bağlı rəsmi mövqeyini də jurnalistlərə çatdırıb. Rusiya Gürcüstanın yeni planlarını açıqladı Dünən, həmçinin Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Anatoli Noqovitsın növbəti bəyanatla çıxış edib: O bildirib ki, Gürcüstan əməliyyatlara doqquz min nəfərdən ibarət üç briqada cəlb etməklə Abxaziyanı iki gün ərzində ələ keçirmək istəyirdi.

Onun sözlərinə görə, gürcülər Abxaziyaya üç istiqamətdən daxil olmağı planlaşdırıb:”Gürcü qoşunları Suxumini ələ keçirdikdən sonra bölgəyə yardımçı qüvvələr cəlb etməklə Rusiya dövlət sərhədi istiqamətində hərəkət etməyi düşünürdü”. Noqovitsın baş tutmayan əməliyyatın “Qaya” adı daşıdığını bildirib və sözlərini isbatlamaq üçün Abxaziya istiqamətində hərəkət edəcək “Qərb” regional qruplaşmasına məxsus qənimət xəritəni jurnalistlərə nümayiş etdirib. Lavrovdan növbəti bəyanat “Biz Abxaziya və Cənubi Osetiyaya bitişik rayonlardan öz sülhməramlı qüvvələrimizi çıxarmağa hazırıq”.

APA-nın “Interfaks”a istinadən yaydığı məlumata görə, bu bəyanatla Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib. O bildirib ki, Rusiyanın öz sülhməramlı qüvvələrini Gürcüstan ərazisində əbədi olaraq saxlamaq niyyəti yoxdur: “Bu respublikaların müstəqilliyini tanıdığımıza görə sülhməramlı qüvvələrin Abxaziya və Cənubi Osetiyanın hüdudlarından kənarda saxlamaq niyyətimiz yoxdur. Biz tələb edirik ki, həm Abxaziya, həm də Cənubi Osetiya ilə həmsərhəd Gürcüstan əraziləri beynəlxalq nəzarətə götürülsün. Bununla da bu respublikalara qarşı yeni hərbi avantüralara yol verilməsinin qarşısı alına bilər”.

Gürcüstan Rusiyadakı diplomatlarını geri çağırıb Rəsmi Tiflis iki diplomatdan başqa Gürcüstanın Rusiyadakı səfirliyində çalışan bütün əməkdaşları geri çağıracaq. Xarici işlər naziri Eka Tkeşelaşvili Rusiya ilə diplomatik münasibətlərin minimuma endiriləcəyini bildirib: “Bizim bundan sonra Rusiyada səfirimiz fəaliyyət göstərməyəcək”. Xatırladaq ki, Gürcüstan Moskvadakı səfirini hələ ötən ay geri çağırıb. Bu addım Rusiya təyyarələrinin Gürcüstanın hava sərhədlərini pozmasına cavab olaraq atılıb. Kreml isə Gürcüstandakı səfirini ötən ilin sentyabrında bu ölkədə dörd rus hərbçisinin casusluq fəaliyyəti ilə məşğul olmaq ittihamı ilə həbsindən sonra geri çağırıb.

Səfir Vyaçeslav Kovalenko yalnız bu ilin yanvarında Tiflisə qayıtmışdı. Saakaşvili xalqa müraciət etdi Gürcüstanın hazırkı vəzifəsi ölkənin NATO və Avropa Ittifaqına sürətli inteqrasiyasıdır. Bu barədə Gürcüstan prezidenti Mixail Saakaşvili xalqa müraciətində bildirib, xəbəri “Novosti-Qruziya” agentliyi yayıb:”Vəzifəmiz baş verənlər təkrarlanmasın deyə Gürcüstanın NATO-ya, Avropa Ittifaqına və Avropaya sürətli inteqrasiyasıdır. Biz demokratik dünyanın bir hissəsiyik, demokratik dünya Gürcüstanı, gürcü cəmiyyətini tam qəbul etməlidir”. Prezident deyib ki, dövlət qarşısında duran əsas məqsədlər dövlətçiliyin, birliyin, sakitliyin, qəhrəmancasına müqavimət göstərməyin və inkişaf tempinin saxlanmasıdır ki, Gürcüstan ayaq üstə qalxsın: “Rusiyanın təcavüzünə cavabımız sakitlik, birlik, ölkənin inkişaf etdirilməsi və gücləndirilməsi olacaq”.azadliq

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_3071.azr
azeribaybak[at]gmail.com