- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Azərbaycan şirkətləri Ermənilərin xidmətində, “LUKOİL” düşmənə qulluğ edir!

BayBək, Azərbaycan | Friday, 29th August , 2008 , 16:31 [pm] | İç Xəbərlər

. Azərbaycanlı milyarder Vahid Ələkbərovun şirkəti düşmən ölkənin iqtisadi xilaskarı missiyasını yerinə yetirir!

“Rusiya-Gürcüstan müharibəsi təkcə Gürcüstana yox, müəyyən dərəcədə Ermənistana da zərər vurub. Kreml Gürcüstanın istənilən an onun yaxın tərəfdaşına



“LUKOİL” ERMƏNİSTAN ORDUSUNU YANACAQLA TƏMİN EDİR

Azərbaycanlı milyarder Vahid Ələkbərovun şirkəti düşmən ölkənin iqtisadi xilaskarı missiyasını yerinə yetirir!

“Rusiya-Gürcüstan müharibəsi təkcə Gürcüstana yox, müəyyən dərəcədə Ermənistana da zərər vurub. Kreml Gürcüstanın istənilən an onun yaxın tərəfdaşına qarşı iqtisadi təzyiq rıçaqlarını işə sala biləcəyini hesablamayıb”. Bu fikirlər “The Georgian Times” qəzetinin dünənki sayında dərc olunmuş “LUKoil” və “Rompetrol” Ermənistanı blokadadan xilas edib” adlı məqalədə öz əksini tapıb.

“Rusiya mənbələrinə inansaq, dinc əhalini bombardman edən təyyarələr məhz Gümrüdəki hərbi bazadan havaya qalxıb. Deməli, Gürcüstanın Ermənistanı blokadaya almaq üçün əsası olub. Gürcüstan bir daha sübut etdi ki, tolerant ölkədir, əks təqdirdə Ermənistanın vəziyyəti çox acınacaqlı olardı. Xüsusilə ona görə ki, bizim əlimizdə təzyiq rıçaqlarımız var. Ermənistan Gürcüstan ərazisindən daşınaraq bu ölkəyə gətirilən benzindən istifadə edir. Bundan əlavə, Ermənistana buğda və digər zəruri ərzaq məhsulları Gürcüstanın dəmiryolu xəttindən istifadə edilməklə daşınır”.

Qəzetin məqaləsində xüsusilə diqqəti çəkən məqam isə Ermənistanın benzinə olan tələbatı ödəməsində “LUKoil” və “Rompetrol” şirkətləri ilə bağlı yazılanlardır. Qəzet yazır ki, Ermənistan benzinə olan tələbatını iki istiqamətdə ödəyir. Birinci istiqamət yanacağın Bolqarıstandan Batumi limanına, digəri Rumıniyadan Poti limanına gətirilməsidir. “NefteXimBurqas” şirkəti yanacağı məhz “LUKoil Corciya” vasitəsilə “Qorpetrolservis” şirkətinə çatdırır. Maraqlıdır ki, bu yanacağın əsas alıcısı da Ermənistan Müdafiə Nazirliyidir. İkinci yanacaq marşrutu Rumıniya-Batumi limanı marşrutudur. Bu yanacaq isə “Rompetrolcorciya” vasitəsilə gətirilir və Ermənistana ötürücü “Fleş” şirkəti vasitəsilə çatdırılır (APA).

Xatırladaq ki, “LUKoil” şirkətinin prezidenti Rusiya vətəndaşı olan azərbaycanlı milyarder Vahid Ələkbərovdur.musavat

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_3078.azr
azeribaybak[at]gmail.com