- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
QUSARDA VƏHABİLƏRLƏ ATIŞMA OLUB
BayBək, Azərbaycan | Saturday, 30th August , 2008 , 17:47 [pm] | İç Xəbərlər
![]() |
. | Azərbaycanın şimal bölgəsində yerləşən Qusar rayonu ərazisində sələfilərə (vəhhabilər) qarşı rayonun hüquq-mühafizə orqanları əməliyyat keçirib.
Belə ki, Qusarın Dağıstanla həmsərhəd Həzrə kəndi yaxınlığında Azərbaycana qanunsuz keçmək istəyən sələfilərlə (vəhabilər) sərhədçilər arasında silahlı insident |
Dağıstandan Azərbaycana keçmək istəyən vəhabilərlə silahlı toqquşma olub
Atışmamada bir əsgərimiz şəhid olub, biri yaralanıb!
Azərbaycanın şimal bölgəsində yerləşən Qusar rayonu ərazisində sələfilərə (vəhhabilər) qarşı rayonun hüquq-mühafizə orqanları əməliyyat keçirib.
Belə ki, Qusarın Dağıstanla həmsərhəd Həzrə kəndi yaxınlığında Azərbaycana qanunsuz keçmək istəyən sələfilərlə (vəhabilər) sərhədçilər arasında silahlı insident olub.
Hadisə zamanı Azərbaycan Dövlət Sərhəd Xidmətinin bir əsgəri həlak olub, biri isə yaralanıb.
Məlumatı Qusar rayon prokurorluğundan təsdiq ediblər. Hazırda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri hadisə yerindədirlər.
Məlumata görə, kəndə giriş - çıxış bağlanıb. Qarşı tərəfdə itkilərin olması barədə məlumat yoxdur.trend
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir