- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Siyasi şahmat oyunu və Türklərin ağıllılığı! – Təbrizli Baybək

BayBək, Azərbaycan | Saturday, 30th August , 2008 , 20:31 [pm] | Məqalə-Yazi

. Bu günlərdə eşitdigimizlər bunlarda ibarətdir ki misal üçün, soyuğ savaş yenidən başladi! Və ya, Rusiya Federasiyasi indiki durumunda Sovetlər Birliginin gücünə malikdir! Və ya, Avrupa Birliginə təhdit sayılan Rus imperiyasi oyanmaqdadır! Və ya, ABŞ-la AB-nın ilişkiləri zəifləməkdədir! Və ya, Ruslar ilə Suriyə, İran və başqa Amerikani sevməyənlər kualisiya yaradırlar! Və ya, Çin iqtisadi təhlükə olaraq, hərbi təhlükəyə çevrilib, Yaponiya və Hindistanda onun ardından oyanmaqdalar, Pakistan və Latin Amerikada durumlar ABŞ-ın ziddinə doğru getməkdədir v.s


Qafqazlarda yeni bir dönəm başladı. Bu dönəmdən necə yararlanmağ olar?

Azərbaycan istər istəməz başqalarının marax qaynağına çevrilibdir. Bu üzücü durumu necə dəiyşmək olar? Yaxud bu üzücü durumu, necə yararlı olmağa, az olsa bilə, çevirmək olar?

Dünyanı yönətən siyasətlərin alt yapısı iqtisadiyyat olubdur. Bu siyasətlərin nəqədər güclü olmasına başqa nədənsə, siyasətçilərin huşlu-başlı olmaları olmaqdadır. Siyasi durumu və dünyanın yönətimini bir şahmata bənzətmək olar. Şahmat oyunundan xəbərzi olanlarsa, oyundan qalib çıxmayacaqlar.

Azərbaycanda siyasətçi adlandırdıqlarımız, devlət yönəticiləri və analistlərimiz nəqədər şahmat oyununda ustalıqlari vardır?

Mənim vurquladığım və hər zaman üstündə durduğum bir inanc vardır, oda budur ki hər bir olayda görünüşə yox, ki kökünə baxmaq lazimdir. Yani ki, olaylara bir buzdağına yapılan muamilə ilə yanaşmağ lazimdir. Buzdağında balaca bölüm su üzərində görünər, ama kök və buzdaöını buzdaöı yapan bölüm su altında gizli qalar!

Qafqazlardaki buzdağını tanıyan siyasətçilərimiz varmıdır? Mələsəf yoxdur, olaylar onu gəstərir ki bizim siyasətçilərimiz və devlət yetkililərimiz bu olayların görünüən bölümünə qapılıblar və yalancil qorxulara giriblər!

Savaşın başlanqıcın Kozovo-dan bilənlərin sayısı az dəiyldir, ama, bəlki daha geri getmək yararli ola bilər. Misal üçün, Sovetlər Birligi-nin dağılmasi və bir çoxlu özgür millətin müstəqilliyə qavuşmasi! Daha doğrusu, soyuğ savaşın bitməsi! Və başqa bir təriflər, dünyanın güc dəngəsi bir tərəfli halə gəlməsi!

Ancaq, o dönəmlər tarixə qarışıb və geçdilər, qalanlarsa, o dönəmlərin ətkiləri olubdur. Yazıqlar olsun ki bizim Azərbaycan elə bu yan ətkilərin dalqalarında dalıb, nə boğulur və nədə sahilə çatır!

Mənim öz durumumuzla bağlı bir deiyşim olubdur. Demişəm ki, super güclər bizim kimi gücsüz və ağılsızlara dondurlmuş yəmək olaraq baxarlar. Yani ki, bizi buzdolabına qoyub və lazim olduğu zaman, həmən ısıtıb və yenəgə başlarlar!

Başqa bir misalda deməliyəm ki, Azərbaycan indiki durumu bövənin (toratan) ovu kimi alınmaqdadır. Bövə öncə bir ov tapar, ona lazimi qədər zəhər tikanın daxil edər və ovu iflic halə gətirər! Daha sonra, o iflic ovun bədəninə öz yumurtasın qoyar, bövənin balasi yumurtadan çıxar çıxmaz, o iflic ovun iflic ama sağlam ətindən yeməgə başlar və yeni bir qatil bövəyə bədəl olar ta anasının yapdığın təkrar etsin!

Bu üzücü bir haldır ki biz, Azərbaycanlı olaraq öz ətimizin yeiylməsinə şahid olaq ama iflic olduğumuza görə, ona bir təpki verməyə gücümüz olmasın! Bəlki super güclərin bövələri bizimdə beynimizə zəhər daxil edərək, bizi canlı ölülərə çeviriblər?

Sovetlər Birligi dağılanda, dünya ülkələri demokratiya diyə sevindilər. Ama, o imperiyanın dağılmasına nədən olanlari bəlki insanların 99% bilməiyr. Bu qədər önəmli bir olaydan xəbərsiz qalan insanlar, necə ona qarşi sevinib ya üzülə bilirlər?

Azərbaycan Respoblikasi isə bu dağılışdan doğulan bir ülkə olaraq, dünyada illər boyu oynanan şahmat oyununa daxil oldu. Ülkəmizin adi müstəqi olduda, aya sizcə özüdə müstəqil oldumu? Yox, təbidir ki olmadi.

İndiki dünyada düzənində millətlərə verilən status, onların super güclərə verdikləri qazanclarla ölçülür. Bu qaznclar, zaman zaman iqtisadi olar, bəzən stratejik olar və bəzəndə sırf super güclərin birbirinə yendirəcək zərbə üçün olar!

Bizim Azərbaycan mələsəf bu üç nədənin hamısına uyqun olmaqdadır. Yəni, super güclər hər bizim qaynağlarımızı istəiyrlər, həm bizim ölkə stratejik duruma sahibdir və həm super güclərin maraxlarının toqquşduğu bölgə olaraq tanınır!

Bu nədənlərdən dolaiydir ki modern dünyada müstəqil bir statusa sahib ola bilməmişik. Siyasətçilərimizin və aydınlarımızında bu bədbəxtçilikdə az rollari olmayıbdır. Başqa bir deiyşlə, başımıza gələn elə özümüzünkü bildiklərimizdən gəlibdir.

Siyasi şahmat dedigimdə, 16X16 xanəli bir səhifədən söz etmirəm, hər haldə oxucu bunu bilmişdir. Siyasi şahmat dünya böyü genişdir və sayısız hesabsız hərəkətlərlə oynanır. Bu sahəyə girmək üçünsə, geniş və güclü anlayış və milli inanm gərəklidir.

Qafqazlarda baş verən Rus-Gürcü savaşı siyasi şahmatın dəngəsini bir daha pozdu. Super güclükdə tək başına olan ABŞ, anidən əski düşməninin oyanmasına şahid oldu. Bəli, Qafqazlarda super güc olmağ qolay iş dəiyldir. Bu olay dünyanın siyasətlərinin dəiyşməsinə nədən olacaq və yaxın gələcəkdə bir çoxlu dəiyşimlərə şahid olacayıq.

Artıq dünya bir qutublu qalmadı və ikinci qutub bir daha özün yuxarıya çəkməgi başardi!

Bu günlərdə eşitdigimizlər bunlarda ibarətdir ki misal üçün, soyuğ savaş yenidən başladi! Və ya, Rusiya Federasiyasi indiki durumunda Sovetlər Birliginin gücünə malikdir! Və ya, Avrupa Birliginə təhdit sayılan Rus imperiyasi oyanmaqdadır! Və ya, ABŞ-la AB-nın ilişkiləri zəifləməkdədir! Və ya, Ruslar ilə Suriyə, İran və başqa Amerikani sevməyənlər kualisiya yaradırlar! Və ya, Çin iqtisadi təhlükə olaraq, hərbi təhlükəyə çevrilib, Yaponiya və Hindistanda onun ardından oyanmaqdalar, Pakistan və Latin Amerikada durumlar ABŞ-ın ziddinə doğru getməkdədir v.s

Bunlara gərçəkcil bir göz ilə baxanda nələr anlamağ olar? Bəlki deiylsin ki, Rus yanlısı olan bir düşüncədən axan boş sözlərdir! Ama, bir az daha məntiqlə baxanda, dünyada və özəlliklədə bizim maraxlarımızda olan Qafqazlarda yeni bir siyasi şahmat oyunu başlamaqdadır. Əslində şahmat oyunu başlayıb və bir neçə xanə oynanıb bilə!

İlk addımı atanlar, Gürcüstan və ondan istifadə edərək, Xəzər nəft yatağlari və Orta Asiya-Avrupa stratejik geçişi, habelə İran adlanan təhlükəli ölkəni, və daha önəmlisi, Rusiya Federasiyasıni mühasirə etmək istəyənlərdən oldu.

Artıq aydındır ki Gürcüstanda işə qoyulan hakimiyət kimə bağlıdır! Mixaiyl Saakaşvili açıqcasına deiyr ki: “Rusiya köləsi olmaqdansa, Bati tabei olmağ daha yaxşıdır!”. Bu söz sizcə ağıll bir siyasətçinin deiyşi ola bilər mi? Ya kölə ola, ya ki tabe ola, fərq bunun harasındadır?

Kölə olmaq elə tabe olmağın mədəni adıdır. Ama, nədən cənab Saakaşvili öz ölkəsinin özgür olmasıni və kimsəyə kölə ya tabe olmamasınin ağzına gətirmədi?

Mənim dedigim budur ki, əgər bir ölkə başçısınən, ki ölkənin yönətici siyasi düşüncəsinin göstərgəsidir, ölkəsini kölə ya tabe etmək istəiyrsə, demək o ölkədə millət və milli maraxlara heç nə sayqı yoxdur.

Görünüşdə Rus-Gürcü savaşına yaxından baxandasa, Amerika, İsraiyl və Rusiya izlərinə rastlamağ olaur. Necə olur ki dünyanın adlım analistləri, son savaşın bu üçlünün tərəfindən yarandığını isbat edirlər, ama bizimkilər incələmədikləri olaya təpki verməkdələr? Nədən gərçəklər təhrif edilir? Savadsızlıq mıdır, ya satqınlıq mi, yoxsa “məndə bir söz demiş olum” sevdası mı?

Başlayan savaş əslində suöer güclərin marax toqquşmasıdır ki bədbəxt Gürcülərin torpağında baş verməkdədir. Ona nədənsə, Gürcüstanın devlət başçısının agent olduğundan qaynağlanır. Yoxsa, kimisə öz gücündən xəbəri ola ola, ölkəsini suöer güclərə yem etməyə qalxışmaz! Demək bu savaş illər öncədən hazırlanmış, oyunculari seçilmiş, ama sonucu qarantiyə alınmamış bir oyundur.

Bu oyunun sunucun təmamilə dəiyşdirənsə, Rusiyanın güc kanalından təpki verməsi olmuşdur. Kisənin ağlınada gəlməmişdir ki Rusiya, bir başqa müstəqil ölkənin daxili adlandırılan savaşına hərbi mudaxilə edəcəkdir.

Bildigimiz kimi, Gürcüstan Qafqaz bölgəsində batı üçün şahdamar halınə gəlmişdir. Batının enerjisini təmin etmək üçün, Rusiya basqısın azaltmağ gərəklidir. Buna gərədə, Rusiyanın bölgədə sahib olduğu gücü azaltmağ lazimdir.

Gürcüstanda baş verən olaylara baxanda, Ossetiya və Abxaziyada baş verənlər, elə məhz yuxarıda vurqulanan enerji təhlükəsizligin qarantiyə almaqdır! Habelə, Qara Dənizdə Nato adına girib və Rusiyanın qulağının yanında hərbi texnika yerləşdirməkdir! Bu o deməkdir ki Rusiya adlanan, indi yarim-super güc kimi baş qaldıran, ama hızla ilərləyən ölkənin əlin, illər boyu millətlərin qətli am etdigi bölgədən kəsməkdir!

Bilirik ki Rusiya dünyada ən çox qətli am törədən devlətlərdən olubdur və özəlliklədə Türk devlət və millətçiligilə əbədi düşmançılıği vardır. Ama, bu o demək dəiyldir ki Rusiyanın düşmani sayılan Bati və Amerika bizə dost olacaqlar!

Bəzən ata sözlərini tərs uyqulayanda, inanılmaz utuzmaqlara şahid oluruq. Atalar deiyblər ki: “Düşmanuvun düşmanı dostundur!”. Ama, bu o zaman doğru olacaqdır ki düşmanuvun istədigi, düşmanuvun dünamının istədigi olmasın! Çünkü əgər hər iki tərəf səndə olanlari almağ niyətində olsalar, demək ikisidə sənə düşnan sayılırlar və təhlükələri bir biri ilə bir olmasada, genədə təhlükəlidirlər.

Mən buna gərə önərmişəm ki bizim ilkin siyasətmiz bu olacaqdır ki hər bir qonuda, hançı düşmanın bizə az təhlükəsi olacaqdırsa, onunla danışığa girək. Yəni ki, al-ver üçün milli maraxlarımıza uyqun tərəfə yönələk! Zaman zaman müşkül olsada, bu siyasət bizim qurtuluşumuzu sağlaya biləcəkdir. Sözün qıssasi, super güclərin gücün, onların bir-birinə qarşı qullanmalıyıq!

Son olaylardan bizə çıxar nə olacaqdır?
Son olaylardan bizə çıxar nə olmalıdır?

Sizcə yuxarıdaki iki sorudan hançısında bizim milli maraxlarımıza uyqundur? Məncə ikincisi bizim qazanmamız üçün ilgiyə alınmalıdır. Çünkü, birincisində biz qurbanlığ qoyun kimi başımıza gətirilənləri qəbul təməli olacayıq, ama ikincisində bu durumdan yararlanmağ üçün bir sıra işləmlər yaparaq, gələcəkdə baş verənləri özümüzə sarı yönləndirməli olacayıq.

Görünür ki indiki vəziyətdə, Azərbaycan yetkililəri və hətta muxalifəti durumdan anladıqlari yoxdur. Onlar unutublar ki indi və hətta yaxın gələcəkdə Qafqazlarda Rusiyasız bir addım atmağ mümkün olmayacaqdır.

Bu o demək dəiyldir ki ABŞ ya Batıdan qopub və Rusiyaya bağlanmamız lazimdir! Yox, mən açıqca vurquladım ki köləlik və tabe olmağın anlami birdir və hər ikisi millətə xiyanət etməkdir.

Burda vurquladığım budur ki, Gürcüstanın başına gələnləri və Batıdan aldığı yaşıl ışıqların yalancil olduğunu gərərək, Batının Rusiyanı savaşa çağırmasındansa, Gürcüstani qurban etmələrinə şahid olaraq, nədən gün-bə-gün güclənən tərəfin gücündən yararlanmayaq?

Bir filosofun sozünə görə, İmperiyalar insan kimilər, doğarlar, yaşayaraq qocalıb və ölərlər! Demək bu ilginc ifadə tarix boyu təkrar olunubdur. VƏ yeni dönəmdə, biz görürük ki ABŞ denilən İmperiya çökməgə doğru gedir. Hər haldə bu doğru bir fakt olamaya bilər, muxalifət edənlərdə vardır hər haldı, ama, atalar demişkən: “Gprüşən kəndə bələdçi lazim dəiyl”. ABŞ günü-gündən gücün əldən veriri, ölkə içindəki muxalifət, infilasiya və iqtisadi çöküş artır! Dünyanın başabaşında yaratdığı savaşların kontrolun əldən verir, BMT-də sözünün kəsəri azalır v.s.

Hələ bəlki bizlərə tez olsun ki dünyanın gələcək düzənində söz sahibi olaq, ama, önəmlidir ki yüni düzənə girmək üçün, güclənib və güclülərin gücündən yararlanaq. Onsüzda, bizim sərvətlərimiz talan olmaqdadır, iqtidarımız yoxdur və milli maraxlarımız başqalarına yaltaxlığ edən İlham Əliev kimilərin əlində bir paralıq olub.

Azərbaycanlıların durumu nə olacaq?

Gürcüstanda yaxlaşıq 500.000 Azərbaycanlı öz doğma torpağlarında yaşayırlar. Buna isbat gətirmək bir o qədərdə çətin dəiyldir. Yaxın geçmişdə Azərbaycanın tarixi torpağlari, insanlarilə birlikdə Gürcüstana verilibdir! Güney Azərbaycanda 40-45 miliyon Azərbaycanlı öz doğma yurdlarında Fars əsarətindələr!

Gürcüstanda yaxlaşıq 100.000 gəlmə Erməni yaşayır! Azərbaycanda 25.000 gəlmə Erməni yaşayır!

Bu sözlərdən nə sonuc almağ istəiyrəm?

Gürcüstandaki Azərbaycanlıların rəhbərligi ilginc bir şəkildə Gürcüstan ərazi bütövlügün dəstəklədilər! Azərbaycan Respoblikasi rəhbərligi, muxalifət və adlım alanistlərdə eyni işi gördülər! Güney Azərbaycan adına başqalarına qulluğö edənlərsə, Gürcüstanın ərazi bütövlügün dəstəklədilər!

Azərbaycanlılar birbirilə danışanda ama, Gürcüstanda Borçalı bizimdir, Qarabağ bizimdir və Güney Azərbaycan bizimdir ifadələri sərgələiyrlər! Daha iləri gədənlərsə, Türk dünyasi bizimdir deiyrlər!

Ermənilərsə, Gürcüstandan ayrılmağları üçün bəyanat veriblər, illərdir özlərin müstəqil bir ölkə elan edirlər və hətta Ermənistanla birləşmək istədikləri açıqcasına bəyan edirlər!

Ermənilər Qarabağı işğal edərək, Azərbaycanlılari qırdılar, didərgin saldılar və bölgəni dünyaya Erməninindir kimi tanıtdılar! Yaxı görünür ki Azərbaycan hakimiyəti oranın müstəqilligin tanısın!

İndi, hər haldə anlata bilmişəm ki biz Azərbaycanlıların ağıılı olmağımızın anlamı nədir!

Bir işqalçı ölkənin ərazi bütövlügün dəstəkləyən devlət, təşkilat və ya şəxs, necə olar ki oturanda, Qarabağ bizimdir, Borçalını alacayıq, Güney Azərbaycan müstəqil olmalıdır v.s kimi danışığlar apara bilər! Bunlar özlərin mi qandırırlar yoxsa milləti mi? Mən belə düşünürəm ki, ya yox, belə inanıram ki bunlar milləti qandırırlar. Bilərək ya bilməyərək işqalçılara dəstək verməgin xiyanətdən başqa bir anlamı ola bilər mi?

Qarabağ və ardındanda Güney müsəqilligi üçün, düzgün şahmatçılar lazim olacaqdır. Mən ki elə bir oyuncu, ən azından bu günkü durumda görmürəm.

Siyasətimiz geniş olmalıdır. Güclər ilə muvafiq olan və muxalif olan təşkilatlarımız olmalıdır, qurumlarımız bir bir ilə muxalifət oyunu oynayaraq, Bütöv Azərbaycan ideasi üçün qulluğ etməlidirlər. Eyni qazanalar kimin, nə zaman uyqun olursa muxaliflər və nə zaman yuqun olursa muvafiqlər hakimiyətə gəlməlidilər! Siyasət deiyşdə olmamalıdır ki məsələn insan haqlari üçün savaşdan uzaq durmalı olmaq lazimdir! Sözüvü de, ama milli maraxların üçün tam tərsini yap! Eyni güclülərin yapdığı kimin!

Kəhlik kimi başı qara quylayıb və mədəniyətdən danışmağla, nə Qarabağ azad olar və nə Bütöv Azərbaycan gərçəkləşər.

Günlərdir ki gözləiyrəm bəlki Azərbaycanlılarında kəskin mövqe tutan siyasətçiləri üzə çıxsın! Hətta mənə qarşi məqalə yazmağ aksiyasına çağrış verənlərin sözünün ətkisini bilmək üçün oturdum və gözlədim! Mələsəf, Güneylilər tərəfindən daha çox üzüldüm. Hətta siyasi təşkilatlar ki özlərinə huquqi status vermək istəiyrlər bilə bu önəmli qonuya toxunmadılar!

Araşdırma mərkəzlər yaranıb və öyrəncilər tərəfindən yetərsiz olmasına baxmayaraq yazılar oxumağ olur. Ama, olay elə Rus-Gürcü savaşı və sabah biri gün dəiyldir. Bu olayların kökü var və dallarıda uzamaqdadır! Geniş baxışlı siyasətçilərimiz nə zaman özlərin göstərəcəklər?

Qarabaın düyünü məncə Rusiyanın əlindədir. Elə ona gərədir ki Bakı Batıya söykəndikcə, Qarabağ bir addım daha Azərbaycandan uzaqlaşır.

Batıda bunu bilərək, Qarabağ problemi çözülməsin diyə, Rusiyanı danışığlardan dışlamağ sitəiyr. Ama, sizcə, Rusiyaya Ermənistanın çox faydası var yoxsa Azərbaycanın? Təbidir ki Azərbaycanın bənzərsiz faydalari vardır. Elə məhz buna görədir ki konfiliktin bizim ölkədən uzaqlaşdırılmasi üçün, Qafqazlardaki yeni oyanmış güc ilə dostluq numaiyşi başlatmağ lazim görünür.

Rusiya Azərbaycanda Batıdan aldığı təhlükələrin azaldığın görürsə, Azərbaycana daha yaxınlaşacaq, elə onsuzda indi Azərbaycanın bir bölümü, devlə içində bilə Rusiyadan yönətilir, ancaq çürük ipə yük bağlamağda israr olunursa, Qarabağ ki heç, görünüşdə olan müstəqilligimizi bilə əldən verməli olacayıq.

Super güclərin savaşına zəmin olmamağ üçün, iki tərəfidə əldə saxlamağ lazim olacaqdır. Ancaq, hançi tərəf və nə zaman dəstəklənməlidir sorusuna, usta şahmatçılar cavab verməlidilər. İndiki vəziyətdə, şahmat oyununda ən utuzan biz olmuş görünürük.

Rus üçağları Ermənistandan qalxıb və Gürcüstanı bombaladılar, casuslar Ermənistandan Gürcüstana girdilər, Ermənilər Gürcüstandan ərazi iddeasındalar v.s. Sizcə, Rusiyasa, Qarabağ munaqişəsində kimi dəstəkləməli olacaq? Ermənistanı mı, yoxsa Azərbaycanı mı? Bilməliyik ki Qafqazlarda yeni dəiyşimlər, ən azi Kozovonun müstəqilligindən sonra Rusiya ilə bağdaşacaqdır. Bu durumu gözdən çıxartmağ, milli intihar olacaqdır.

Azərbaycan düşmanları olan Farslar və Ermənilərə utuzmaqdansa, siyasi oyunumuzu bir az olsada onların dayandıqları gücə yanaşdırmalı olacayıq. Bizim hər baxımdan yararımız daha çoxdur, Rusiya onların qarşısında bizə yanaşmağ istəyəcəkdir! Ama, Amerika və umumilə Batınıda unutmamağ lazimdir, inkişaf etmək üçün onlardan uzağ durmamağ lazimdir.

Güclü hər zaman zorlu olan yox, ki ağıllı olandır!

Təbrizli Baybək
30/08/2008
Croydon

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_3086.azr
azeribaybak[at]gmail.com