- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Abdulla Gül-ün İrəvana gedəcəyi qətiləşib

BayBək, Azərbaycan | Monday, 1st September , 2008 , 04:33 [am] | İç Xəbərlər

. Gürcüstanın xarici işlər naziri Eka Tkeşelaşvili ilə birlikdə İstanbulda mətbuat konfransı keçirən Ə. Babacan əməkdaşımızın Gülün İrəvana səfəri ilə bağlı sualını cavablandırarkən, bu səfərə hazırlıq məqsədi ilə diplomatik nümayəndə heyətinin bazar ertəsi İrəvana gedəcəyini deyib: “Biz bu səfərə çox önəm veririk. Türkiyə regiondakı problemlərin danışıqlar yolu ilə həll edilməsi üçün daim təşəbbüslərlə çıxış edəcək”.


Türkiyə prezidenti Abdulla Gülün Ermənistana getməsi qətiləşib. Bunu APA-nın Türkiyə bürosunun əməkdaşının Gülün İrəvana səfəri ilə bağlı sualını cavablandıran Türkiyənin xarici işlər naziri Əli Babacan təsdiqləyib.

Gürcüstanın xarici işlər naziri Eka Tkeşelaşvili ilə birlikdə İstanbulda mətbuat konfransı keçirən Ə. Babacan əməkdaşımızın Gülün İrəvana səfəri ilə bağlı sualını cavablandırarkən, bu səfərə hazırlıq məqsədi ilə diplomatik nümayəndə heyətinin bazar ertəsi İrəvana gedəcəyini deyib: “Biz bu səfərə çox önəm veririk. Türkiyə regiondakı problemlərin danışıqlar yolu ilə həll edilməsi üçün daim təşəbbüslərlə çıxış edəcək”.

Türkiyə xarici işlər naziri “Qafqaz Sabitlik Paktı” ilə bağlı prosesin hələ başlamadığını, A.Gülün səfərindən sonra Ermənistanın da bu prosesə qoşulacağına ümid etdiklərini bildirib.

Əli Babacan region ölkələri arasındakı müzakirələrin davam etdirilməsinin münasibətlərdə yeni səhifələr açacağına diqqəti cəlb edərək, bölgədəki sülh proseslərində ölkələrin özlərinin razılığa gəlməsini istədiklərini deyib.apa

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_3098.azr
azeribaybak[at]gmail.com