- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Abdulla Gül Ermənistana gedir

BayBək, Azərbaycan | Thursday, 4th September , 2008 , 02:14 [am] | İç Xəbərlər

. “Xüsusilə də Qafqaz bölgəsindəki xalqların narahatlığına səbəb olan hadisələrin yaşandığı bir vaxtda belə bir imkanın bütün tərəflərdən ən yaxşı formada dəyərləndirilməsinin lazımlılığına inanırıq. Bu oyun səbəbilə ediləcək səfərin bölgədə yeni bir dostluq şəraiti yaranması üçün əlverişli imkan olacağını düşünürük. Hörmətli prezidentimiz dəvəti də bu səbəbdən qəbul edib. Biz bu futbol oyununun ortaq tarixi olan iki xalqın yaxınlaşmasının qarşısnı kəsən ünsürlərin aradan qaldırılmasına və yeni bir zəmin hazırlamasına vasitə olacağına inanırıq. Bu səfərin iki ölkə xalqlarının bir-birlərini daha yaxşı anlamaları


Rəsmi açıqlama: “Biz bu futbol oyununun ortaq tarixi olan iki xalqın yaxınlaşmasının qarşısnı kəsən ünsürlərin aradan qaldırılmasına və yeni bir zəmin hazırlamasına vasitə olacağına inanırıq”!

Türkiyə prezidenti Abdullah Gül Ermənistan prezidenti Serj Sarkisyanın İrəvanda oynanacaq Türkiyə-Ermənistan milli komandalarının oyununu izləməklə bağlı dəvətini qəbul edib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Türkiyə prezidentinin mətbuat mərkəzindən yayılan yazılı açıqlamada bildirilib. Açıqlamada bu futbol oyununun bir idman qarşılaşması olmaqla yanaşı, həm də önəmli fürsətlər yaratdığı vurğulanıb:

“Xüsusilə də Qafqaz bölgəsindəki xalqların narahatlığına səbəb olan hadisələrin yaşandığı bir vaxtda belə bir imkanın bütün tərəflərdən ən yaxşı formada dəyərləndirilməsinin lazımlılığına inanırıq. Bu oyun səbəbilə ediləcək səfərin bölgədə yeni bir dostluq şəraiti yaranması üçün əlverişli imkan olacağını düşünürük. Hörmətli prezidentimiz dəvəti də bu səbəbdən qəbul edib. Biz bu futbol oyununun ortaq tarixi olan iki xalqın yaxınlaşmasının qarşısnı kəsən ünsürlərin aradan qaldırılmasına və yeni bir zəmin hazırlamasına vasitə olacağına inanırıq. Bu səfərin iki ölkə xalqlarının bir-birlərini daha yaxşı anlamaları üçün fürsət yaradacağına ümid edirik”.apa

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_3127.azr
azeribaybak[at]gmail.com