- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Höccət-ül-İslam Əbdüləziz Əzimi Qədim 10 günlük evə buraxılıb

BayBək, Azərbaycan | Saturday, 6th September , 2008 , 06:56 [am] | İç Xəbərlər

. Güney Azərbaycanda yaşayan azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan Höccət-ül-İslam Əbdüləziz Əzimi Qədim 10 günlük evə buraxılıb. İrandakı mənbələrdən APA-ya verilən məlumata görə, ailəsindən bildirilib ki, Qədiminin səhhətində problem yoxdur və 3 gündən sonra Qum şəhərindəki “Ləngəvud” həbsxanasına qayıdacaq.


Güney Azərbaycanda yaşayan azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan Höccət-ül-İslam Əbdüləziz Əzimi Qədim 10 günlük evə buraxılıb. İrandakı mənbələrdən APA-ya verilən məlumata görə, ailəsindən bildirilib ki, Qədiminin səhhətində problem yoxdur və 3 gündən sonra Qum şəhərindəki “Ləngəvud” həbsxanasına qayıdacaq.

Qeyd edək ki, Qədimi Səttarxan və Bağırxanın məzarı üzərində keçirilən mitinqlərdə, o cümlədən Babək qalasına yürüşdə ruhani paltarında iştirak edib, bu isə İranda dindarlar üçün nəzərdə tutulan mövcud qaydalara zidd hesab olunur. Bu səbəbdən iki il öncə Qədimi 1 illik şərti həbs cəzası ilə yanaşı, 10 il müddətinə ruhani paltarı geyinməkdən məhrum edilib.

Mayın 2-də isə onun barəsində 1 illik həbs qərarı verilib. Qədimi milli, irqi və sosial düşmənçilik salmaqda təqsirləndirilir. Avqustun 12-də isə ona qarşı daha bir ittiham irəli sürülüb. Təbriz İnqilab Məhkəməsinin həmin gün keçirilən hazırlıq iclasında onun dövlət quruluşuna qarşı fəaliyyət göstərdiyi elan olunub. Növbəti prosesin vaxtı hələlik məlum deyil.apa

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_3141.azr
azeribaybak[at]gmail.com