- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Azərbaycan və Türkiyə (1) - Semed Niknam
BayBək, Azərbaycan | Saturday, 6th September , 2008 , 19:11 [pm] | Məqalə-Yazi
![]() |
. | Xalq Cəbhəsinin xofu
Türkiyə prezidenti Abdulla Gülün Ermənistana səfəri Azərbaycanda şok vəziyyəti yaradıb. Azərbaycanda elə təsəvvür var ki, Türkiyə onlar deyəni etməlidir və Azərbaycanın xətrinə dəyməməlidir. Bu sadə və primitiv düşüncəyə inananlar və onu təbliğ edənlər azad insanlar deyil , bəlkə kölə fikirlidirlər. Bu sıraya bir siyasi-ictimai qurumların rəhbərləri, çoxsaylı jurnalistləri və özəlliklə, Xalq cəbhəsi törəmələrini aid etmək olar. |
(Diqqət: Bu məqalə BayBak sitəsinin görüşü dəiyldir və yazarın düşüncəsini əks etdirir. Azad media olaraq, hər tür düşüncəyə yer verməklə milli hərəkatın inkişafına yardımcı olmaq bizim borcumuzdur. Ancaq yazar ünütmamalıdır ki Türkiyə öz adı və gücündən sıff daxili mənafesi uğrunda yox, ki Türk ölkələrin inkişafı doğrultusunda qullanmalıdır. Türk ölkələrinin aralarında güclü dostluğun olmaması, bu ölkələrin çökməsi yönündə xarici güclərin tərəfindən yapılan siyasətdir. Artıraq ki Abdullah Gül-ün Ermənistana səfəri Türkiyə maraxlarına görə yox, ki Amerika və müttəfiqlərinin aydın əmiri ilə gərçəkləşib. Ermənistan Türkiyənin daxili savaşlara girməsi, parçalanmasi və dünyada yüksəlməməsi üçün çalışan ən böyük təhlükədir. Ermənistanla işbirliginə girmək, o ölkəni təhlükəsiz halə gətirmək demək deiyldir. BayBak)
Xalq Cəbhəsinin xofu
Türkiyə prezidenti Abdulla Gülün Ermənistana səfəri Azərbaycanda şok vəziyyəti yaradıb. Azərbaycanda elə təsəvvür var ki, Türkiyə onlar deyəni etməlidir və Azərbaycanın xətrinə dəyməməlidir. Bu sadə və primitiv düşüncəyə inananlar və onu təbliğ edənlər azad insanlar deyil , bəlkə kölə fikirlidirlər. Bu sıraya bir siyasi-ictimai qurumların rəhbərləri, çoxsaylı jurnalistləri və özəlliklə, Xalq cəbhəsi törəmələrini aid etmək olar.
Türkiyə hökumətinə belə sadəlövh və emosional münasibətin əsası, siyasət, diplomatiya və bütövlükdə dövlət anlayışından heç bir şey anlamayan Xalq Cəbhəsi və onların bir illik təsadüfi və fəlakətli hökmranlığı zamanı qoyulub. Bu bir ildə, Xalq Cəbhəsi Azərbaycanı Türkiyənin bir əyalətinə çevirdi. Azərbaycan Respublikasının Prezident aparatının 5-ci mərtəbəsini Türkiyədə iki kvadrat metirlik ofisə sahib olmayanların ixtiyarına buraxdı. Azərbaycanda 19-cu əsrin köləlik təfəkkürü təbliğ olmağa başladı. Azərbaycanla Türkiyənin tarixi münasibətlərində baş verən tarixi olaylar tərsə yozuldu və millət yalan təbliğata məruz qaldı.
Türkiyə ilə Azərbaycanın tarixi münasibətlərində çox önəmli olaylar var. Biz hər şeyi olduğu kimi görməsək, əyriyə əyri və düzə düz deməsək tariximizdə baş verən fəlakətləri və istilamıza nədən olayları təkrar etmək zorunda qalacayıq.
Milli Azərbaycan Dövləti ilə Çağdaş Türkiyə Dövlətinin əlaqələri 1920-ci illərə təsadüf edir. Türkiyə Dövləti bütün məsələlərdə öz maraqları baxımından çıxış etmiş və nəyin bahasına olursa olsun öz maraqlarını qorumuşdur. Buna görə heç kəs Türkiyəni qınaya bilməz. Lakin, heç kəsi də öz milli maraqları baxımından məsələyə yanaşdığına görə damğalamaq olmaz.
Azərbaycan da heç kəs qaragüruhçu cəbhəçilərin şantajından, damğasından və hücumu qorxusundan bu mövzulara toxunmur. Xalq Cəbhəsinin xofu hələ də millətin üzərindən çəkilməyib. Xalq haqlıdır. Ona görə ki, millət hələ Xalq Cəbhəsi törətdiyi fəlakətlərin şokunu yaşayır. Elçibəydən başqa Xalq Cəbhəsinin rəhbərlərinin hamısı diridir. Onlardan bir sualım var :
Kəlbəcəri nə uçün ermənilərə TƏHVİL verdiniz və bu işdə Türkiyə prezidenti Turqut Özalın rolu nədən ibarət idi ?
1920-ci il
1920-ci il Azərbaycan Xalq Cümhuriyyətinin devirmə panını ruslardan öncə Türkiyə cızdı. Azərbaycanda dövlətimizi çevirmək üçün çevriliş komitələri yaradıldı. Bu komitənin biri də rus-türk birliyindən ibarət “ Qafqaz Mərkəzi İxtilal Komitəsi “ idi. Bu komitə Azərbaycanı işğal edəcək rus ordusunun planın cızdı və Azərbaycanı “ fəth “ edəcək rus qoşunlarına komandanlığı Türk komandanı Hilal Paşaya tapşırıldı. Azərbaycanı işğal edən rus qoşunlarını daşıyan qatarların üzərinə türk bayrağı dalğalandı. Türklər rus qoşunlarını daşıyan qatarların önündə gedərək, ruslara müqavimət göstərmək istəyən azərbaycanlılara müqavimət göstərməyin dedilər.
Azərbaycan Xalq Cümhuriyyətinin rəhbəri Məmməd Əmin Rəsulzadə parlamentdə türklərə müraciət edərək dedi:“Yapmayın Əfəndilər”.
Amma Türklər yapdı, ona görə ki, onların mənfəəti elə icab edirdi.
Baş nazir Nəsib bəy parlamentdə ağladı, yalvardı və dedi “ Ümid bəslədiyimiz qardaşlarımız ürəyimizi parçalayır “. Nəsib bəyin ağlaması bu ürəyin parçalanmasına mane ola bilmədi. Ona görə ki, ortada mənfəət var idi.
Təəssüflər olsun ki, 1991-ci il Azərbaycan müstəqil olandan sonra, bütün bu tarixi həqiqətlər xalqdan gizlədildi. Biz bunları deməliyik. Ona görə deməliyik ki, Kəlbəcər hadisəsi baş verməsin. Bir də ona görə deməliyik ki, hamı bilsin ki, hər dövlətin öz marağı və mənfəəti var. Bizim üçün Azərbaycan Dövlətinin marağı və mənfəəti hər şeydən üstündür. Birdə ona görə deməliyik ki, aydın olsun ki, heç kəsin ipinin üstünə odun yığmaq olmaz.
2008-ci il sentyabrın 6-sı Türkiyə Prezidenti Abdulla Gülün Ermənistana səfəri Türkiyə dövlətinin maraqları üzərində köklənib. Buna görə Gülə gülməcə yazanlar, siyasətçi deyil, kölədirlər.
Gül Ağıllı adamdır
Türkiyənin maraq və mənfəətini qorumaq onun borcudur. O, Türkiyə Ana Yasasına and içərkən deməmişdi ki, Azərbaycanın maraqlarını nəzərə almaq şərti ilə, Türkiyənin mənfəətini qoruyacaq. O öz maraqlarını reallaşdırmaq üçün hətta erməni ordusunu daşıyan qatarın üstünə türk bayağı da sanca bilər. Necə ki, 1920-ci ildə Rus qatarı üzərinə taxdılar. Bütün bunlar bizə, hər şeydən öncə və ilk növbədə öz milli maraqlarımız üzərində düşünməyi, birləşməyi və bir sözlə millət olmağı bacarmağı xatırladır.
Kölə fikirli cəbhəçilərin şantajından, hədəsində və hücumundan qorxmaq lazım deyil.
Bu faktlar Azərbaycanın dərslik kitablarına salınmalıdır. Millətə özünə inam hissi aşılanmalıdır. Millətə xatırlamaq lazımdır ki, özü istərsə və iradə edərsə hər şeyə qadirdir.
Müstəqillik, müstəqil ölkə, müstəqil düşüncə və milli mənfəət üzərində qurulur.
Semed Niknam
2008/09/06
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir