- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
BMT eksperti: “Əti az yeyin”
BayBək, Azərbaycan | Sunday, 7th September , 2008 , 18:11 [pm] | Dış Xəbərlər
![]() |
. | İnsanlar qlobal istiləşmə ilə mübarizənin bir yolu kimi qidada ətdən istifadəni azaltmalıdırlar.
Bu sözləri BMT-nin iqlim üzrə baş alimi Rajendra Paçauri deyib. |
İnsanlar qlobal istiləşmə ilə mübarizənin bir yolu kimi qidada ətdən istifadəni azaltmalıdırlar.
Bu sözləri BMT-nin iqlim üzrə baş alimi Rajendra Paçauri deyib.
Hökumətlərarası İqlim Dəyişikliyi üzrə Panelə sədrlik edən Paçauri bu çağırışla bazar ertəsi günü Londonda çıxış edəcək.
BMT-nin məlumatları göstərir ki, ət istehsalı zamanı havaya karbon qazı nəqliyyat çirklərindən daha artıq buraxılır.
Ancaq Böyük Britaniyanın Milli Fermerlər Birliyi bildirib ki, fermalardan havaya metan buraxılması halları azalıb.
Doktor Paçauri ikinci 6 illik müddətə Nobel mükafatı almış Panelin sədri seçilib.
Panel dünya ölkələrinin hökumətləri üçün iqlim üzrə məlumatları toplayır və giymətləndirir.
Cənab Paçauri BBC-ə bildirib ki, BMT-nin Qida və Kənd Təsərrüfatı təşkilatının (FAO) hesablamalarına görə, ət istehsalı zamanı havaya buraxılan karbon qazı dünyanın karbon qazı tullantılarının 18 faizini təşkil edir.
O, deyib ki, bu rəqəmi azaltmaq üçün insanların öz qida rasionuna dəyişiklik etməsində fayda var.bbc
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir