- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Qusarda əməliyyat nəticəsində üç vəhabi öldürülüb
BayBək, Azərbaycan | Sunday, 7th September , 2008 , 19:20 [pm] | İç Xəbərlər
![]() |
. | Avqustun 24-dən həyəcan siqnalı ilə gücləndirilmiş iş rejiminə keçən Qusar polisi, hüqüq-mühafizə orqanları və daxili qoşunları Rusiyadan Azərbaycana qaçmış dini eksterizmi təbliğ edən 4-6 nəfərlik dəstə üzvlərinin axtarışı istiqamətində keçirdiyi xüsusi əməliyyat tədbirləri sentyabrın 6-da daha da intensivləşib və 3 nəfər vəhabi təriqətli şəxs öldürülüb.
Sentyabrın 5-dən başlayaraq Qusar ərazisində yenidən hərbi texnika və vertolyotlar müşahidə edilməyə başlayıb. Sentyabrın 6-da Qusar şəhəri və Avaran |
Hərbçilərə tərəf atılan qumbara partlasa da, xəsarət alan olmayıb!
Avqustun 24-dən həyəcan siqnalı ilə gücləndirilmiş iş rejiminə keçən Qusar polisi, hüqüq-mühafizə orqanları və daxili qoşunları Rusiyadan Azərbaycana qaçmış dini eksterizmi təbliğ edən 4-6 nəfərlik dəstə üzvlərinin axtarışı istiqamətində keçirdiyi xüsusi əməliyyat tədbirləri sentyabrın 6-da daha da intensivləşib və 3 nəfər vəhabi təriqətli şəxs öldürülüb.
Sentyabrın 5-dən başlayaraq Qusar ərazisində yenidən hərbi texnika və vertolyotlar müşahidə edilməyə başlayıb. Sentyabrın 6-da Qusar şəhəri və Avaran meşə yolu tərəfdən hərbçilər tərəfindən mühasirəyə alınıb. Təxminən 10 dəqiqə sonra həmin istiqamətdən atışma səsləri eşidilib. ANS TV-nin çəkiliş qrupu atəş səslərini videolentə ala bilib.
ANS PRESS-in bölgə müxbirinin verdiyi xəbərə görə, ev mühasirəyə alınarkən əks tərəf hərbçilərə tərəf qumbara atıb və partlayışdan xəsarət alan olmayıb və təxminən 4-5 dəqiqəlik atışma başlanıb.
Atışma nəticəsində yaralanmış vəhabi təriqətli şəxslərdən biri- 34 yaşlı Qusar şəhər sakini Kamil Əsədulla oğlu Əsədullayev Qusar rayon mərkəzi xəstəxanasına çatdırılsa da, ölüb. Bundan başqa, əməliyyat nəticəsində təriqət üzvləri olan 31 yaşlı Elman Abdullayev və 33 yaşlı Gülşad Əlixanov da öldürülüb. Qusar Prokurorluğu faktla bağlı araşdırmalara başlayıb.
Xatırladaq ki, avqustun 24-dən başlanan əməliyyat çərçivəsində avqustun 29-da vəhabilərin açdığı atəş nəticəsində Daxili Qoşunların 23 yaşlı Əli Yolçuyev öldürülüb, daha bir əsgər isə yaralanmışdı. Hadisəni törədən şəxslər isə qaçmışdı.
Avqustun 30-da isə Daxili Qoşun hissələrinin vəhabilərə qarşı keçirdiyi əməliyyatla bağlı cinayət işi açılıb. Baş Prokurorluqdan ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan Cinayət Məcəlləsinin 120-ci (qəsdən adamöldürmə) maddəsi ilə başlanmış cinayət işinin istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində aparılır. Hadisənin təfərrüatları barədə isə əlavə məlumat verilmir.ans
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir