- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Bakıdakı Əbu-Bəkr məscidində partlayış törətmiş silahlı qruplaşmanın lideri öldürülüb
BayBək, Azərbaycan | Monday, 8th September , 2008 , 14:53 [pm] | İç Xəbərlər
![]() |
. | İlqar Mollaçıyev milis əməkdaşlarına silahlı müqavimət göstərərkən məhv edilib!
Dağıstanda yerli silahlı qruplaşmanın lideri, silahlılar arasında «respublikanın əmiri» adı ilə tanınan İlqar Mollaçıyev öldürülüb. Bu barədə məlumatı Dağıstanın Daxili İşlər nazirliyi yayıb. Xəbər verilir ki, həyata keçirilmiş xüsusi əməliyyat tədbirləri zamanı İ.Mollaçıyevlə yanaşı daha iki şəxs zərərsi zləşdirilib |
İlqar Mollaçıyev milis əməkdaşlarına silahlı müqavimət göstərərkən məhv edilib!
Dağıstanda yerli silahlı qruplaşmanın lideri, silahlılar arasında «respublikanın əmiri» adı ilə tanınan İlqar Mollaçıyev öldürülüb. Bu barədə məlumatı Dağıstanın Daxili İşlər nazirliyi yayıb. Xəbər verilir ki, həyata keçirilmiş xüsusi əməliyyat tədbirləri zamanı İ.Mollaçıyevlə yanaşı daha iki şəxs zərərsi zləşdirilib. Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, silahlılar olduğu maşın mühasirəyə alınıb və hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahlı müqavimət göstərərkən məhv edilib. Qruplaşmanın bir üzvü yaralanıb, lakin o, hadisə yerindən qaçmağa müvəffəq olub və hazırda ətrafdakı meşə zolağında onun axtarışı həyata keçirilir.
Dağıstan DİN-in məlumatına əsasən, İ.Mollaçıyevin rəhbərlik etdiyi silahlı dəstədə 40-dək üzvü var. Onlardan üçü federal axtarışdadır. Bu ilin əvvəlindən onlar Respublikada üç milis əməkdaşını və iki mülki şəxsi öldürüb. Avqust ayında isə həmin silahlı dəstənin bir neçə üzvü Azərbaycan ərazisinə keçib və onların tutulması istiqamətində xüsusi əməliyyat tədbirləri həyata keçirilib. Əbu-Bəkr məscidində törədilmiş partlayışın da məhz həmin qrupun üzvləri tərəfindən həyata keçirilməsi sübuta yetirilib.
Dağıstanın Daxili İşlər Nazirliyi xəbər verir ki, hazırda Respublikanın Dərbənd rayonunda silahlı qruplaşmanın digər üzvlərinin zərərsizləşdirilməsi istiqamətində əməliyyat davam etdirilir. Bu gün səhər saatlarında əməliyyat zamanı daha bir silahlı məhv edilib.ans
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir