- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Azərbaycan milli hərəkatında inanılmayacaq dəiyşimlər olacaq!
BayBək, Azərbaycan | Monday, 8th September , 2008 , 22:30 [pm] | İç Xəbərlər
![]() |
. | Bu xəbərləri bizə çatdıran qaynağ artırıbdır ki halıhazırda Avrupada Güney Azərbaycan milli hərəkati gələcəgi barədə gizli toplantılar geçirilməkdədir və bir sıra şəxslər şübhəli şəkildə onlara qatılıblar. |
Azərbaycan milli hərəkatın yaxından izləyən BayBak-ə yeni bilgilər gəlib.
Bilgilərdə Azərbaycan adına illərdir az-çox çalışan fəallar koalisiya qurmağa fikirləşərək, bir sıra danışıqlar aparmaqdalar. Bu danışıqların əsas bölümündə Güney Azərbaycan milli hərəkatının xarici devlətlərlə əlaqələri tartışılır və elə ona görədə bəzi devlətlərin numayəndələri iclaslarda iştirak ediblər.
Aldığımız bilgilərə görə, son zamanlarda yenidən parçalanan DAK-da geniş dəiyşiklikıər verilir və bu barədə ilginc olaylar meydana çıxacaqdır. Rusiyada çalışan Azərbaycanlı bir iş adamın indidən DAK sədri olaraq aday etmək, DAK və ondan ayri çalışan ama adlarına DAK deyən qurumun arasında aşılmaz əngəllər törədilib. Beləki DAK adından yararlanaraq, hər ikin tərəf xarici devlətlərin numayəndəliklərilə görüşərək, o biri tərəfi pisləyərək umumi olaraq Dünya Azərbaycanlıları Konqresin abrısız ediblər.
Alınan bilgilərdə açıqlanıbdır ki DAK indilik çalışqan göstərilsədə, içdən parçalanmağa doğru gedir. Bu arada bəzi fəallar və yetkililər tərəfindən önərilən çıxış yolları, sədrlər tərəfindən rədd edilibdir.
Hər haldə DAK tüm Azərbaycan üçün çalışmalı olan bir qurumdur və onun nəqədr güclü olması bir o qədər gərəklidir. Buna görə bəzi qara oyuncuların iş başına girməsi və xarici devlətlərin nümayəndələrinin DAK-a nufuz etmələri düşündürücü bir durum yaradıbdır. Artıraq ki Azərbaycan Respoblikasi tərəfindəndə DAK-ın kontrolun ələ geçirmək üçün bir sıra işlə görülür.
Bu xəbərləri bizə çatdıran qaynağ artırıbdır ki halıhazırda Avrupada Güney Azərbaycan milli hərəkati gələcəgi barədə gizli toplantılar geçirilməkdədir və bir sıra şəxslər şübhəli şəkildə onlara qatılıblar.
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir