- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Rusiya öz qüvvələrini çıxarmağa razılaşıb

BayBək, Azərbaycan | Tuesday, 9th September , 2008 , 07:36 [am] | İç Xəbərlər

. Avropa İttifaqının yüksək rütbəli elçilərinin Moskvada prezident Dmitri Medvedelə danışıaqlarından sonra Gürcüstan böhranının çözüm planı açıqlanıb.

Fransa prezidenti Nikolə Sarkozi (Nicolas Sarkozy) və prezident DMitri Medvedev danışıqlar barədə jurnalistlərə məlumat verərək deyiblər ki, bir ay müddətində Avropa İttifaqının 200 müşahidəçisi Cənubi Osetiyada yerləşdiriləcək.



Avropa İttifaqının yüksək rütbəli elçilərinin Moskvada prezident Dmitri Medvedelə danışıaqlarından sonra Gürcüstan böhranının çözüm planı açıqlanıb.

Fransa prezidenti Nikolə Sarkozi (Nicolas Sarkozy) və prezident DMitri Medvedev danışıqlar barədə jurnalistlərə məlumat verərək deyiblər ki, bir ay müddətində Avropa İttifaqının 200 müşahidəçisi Cənubi Osetiyada yerləşdiriləcək.

Prezident Sarkozi bunu da bildirib ki, bir ay içində Cənubi Osetiya və Abxaziyanın mübahisəli əraziləri xaricindən bütün Rusiya qüvvələri çıxarılacaq.

Bundan başqa bir həftə ərzində mühüm əhəmiyyət kəsb edən liman şəhəri Potinin ətrafındakı Rusiya qüvvələrinin nəzarət məntəqəsi yığışdırılacaq.

Prezident Medvedev deyib ki, Rusiya Gürcüstanda münaqişəyə son qoymaq üçün qəbul edilmiş sülh planına tam şəkildə riayət edir, lakin gürcülər buna əməl etmirlər.

Prezident Medvedevin sözlərinə görə, Gürcüstan özünün hərbi potensialını gücləndirməyə çalışır, və Amerika Birləşmiş Ştatları ona bunda yardım edir.bbc

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_3167.azr
azeribaybak[at]gmail.com