- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Türkiyənin Qafqaz paketi, yoxsa Azərbaycani güdaza verən oyun? – Təbrizli Baybək
BayBək, Azərbaycan | Wednesday, 10th September , 2008 , 00:31 [am] | Məqalə-Yazi
![]() |
. | Son zamanlarda adlım xəritə firmalarının ürünlərinin yayılmasında axsaqlıqlar olub, diqqət edibsiniz mi? Özəlliklədə Qafqazlar və bəzən Ortadoğu bölgələrinə güncəl xəritələr yapılmır vı bir çoxlu firma bilgilərimizi gücəlləşdiririk izahında bulunurlar! Sizcə bu işin sırrı nə olabilir?
Yeni Ortadoğu plani qulağınıza dəiybmidir? Qafqazlarda veriləcək olan dəiyşiklərdən xəbəriniz varmıdır? Yaxud bilirsiz Qarabağ və Naxçivan üçün nə yuxula görülür? |
Daha öncəki məqaləmdə yazdığım kimi, Rusiyanın Qafqazda yenidən güc qullanmasına nədən olanlardan biri enerji qaynağlarıdır və elə ona görədə Azərbaycan Qafqazlarda ən təhlükədə olan ölkədir.
Rus-Gürcü savaşın başlatan ABŞ, İsrail və müttəfiqləri çox gözəl bilirlər ki əgər Rusiya Qafqazlarda yeqanə güc olursa, o zaman batı dünyasının gələcəgi çox bərbad olacaqdır. Bu həm enerji və həm stratejik baxımdan batı üçün önəmlidir ki, 1- Rusiyanın problemlərin artırsın və 2- Qafqazlarda özenə pişik yolu saxlasın.
Uşağ kən, tutdu-tutdu oyunun hər haldə oynayıbsız. O oyunda əgər birisi girə düşəndə, utuzmadım diyə etiraz edib və tutandan pişik yolu istərdi. Bu pişik yolu əslində cığallığdır və oyunu öz qazancına yönəltmək üçün, tutulanın tərəfindən yapılan hilədir.
Danmağ olmaz ki yaxın geçmişə qədər Rusiya öz probləmlərilə məşquludur və dünyanın təməl siyasətlərində rol ala bilmirdi. Ama, anidən sıçrayan bir alov kimi, hərbi gücüylə Gürcüstan adli bir ölkəni işqal etməgə qalxışdı.
Sovetlər birligindən ayrılan ölkələrin arasında Gürcüstan çox zəif oyuncu olaraq meydanda qaldı. Həmən Rusa qarşı batı güclərinə yem olan Gürcüstan, son illərdə nə imtahanlardan geçibdir artıq aydın olub. Lazimsiz silahlanmalar, yersiz maddi yardımlar, hərbi əməkdaşlığlar v.s kimi işlər bu gün dillərdə gəzir.
Ama, Gürcüstana oyun yazan batının amaci nə olmuşdur?
Rusiya gərək izolə olasun və əli dünyanın təməl siyasətlərindən kəsilsin. Habelə, Rusiya və ona müttəfiq olan bir neçə ölkə içəridən çöksün və gücün itirsin. Bu iki əsldir ki Qafqazlarda özəlliklə, Rusiya maraxlarına aday olan yerlərdə görüşməkdədir.
Buna qarşı, Rusiyada boş oturmayıb və əlindən gələni yapmağdadır ki ən azından Qafqazlari əlinə geçirsin. Bu işi başarırsa, demək dünya siyasətlərin yazan güclərin hamısıila bir gücdə olacaqdır. Qafqazlar başlanqıc olaraq, söz dünyadan gedir və orda yer alan qaynağlardan.
Mələsəf bizim siyasətçilərin başı çox boş işlərlə məşquldur və lazim olanda hazır olmayırlar. Elə ona görədir ki mən üzülərək öz ölkəmizə qurbanlıq qoyun, sütlü inək və dondurulmuş yemək adi verməli oluram. Hər kəs bir tərəfdən yeməkdədir ama millət özü acından ölür!
Söz bu məqalədə Rusiya ya Amerikadan getmir. Söz qardaş deiylən Türkiyədən gedir.
Gizli və uzun zamanlı bir plana qulluğ etməkdə olan qardaş, son məmuriyətində Ermənistan terrorçularının ayağına getdi! Nədən? Məhz insanlar sevinsinlər mi diyə ora getdi? Hər haldə bilinir ki elə olmayıb və bu görüşün daha geniş amacları vardır.
Rus-Gürcü savaşında ən çox təhlükədə olan yerlər haralar oldu? Baki-Tiblisi-Ceyhan nəft kəməri, qaz və nəft marşrutlari və daşıma yolların alt yapısı! Nədən belə oldu? Çünkü nə Gürcüstan devləti Gürcüləri sevdigindən insanların başına bomba yağdırdı, və nə Rusiya insansevərligi üzündən hər yeri dar-madağan etdi, və nə də, Amerika və Avrupa ataları xeyrinə Gürcüstana hərbi gəmilərlə çay göndərməgə qalxdılar!
Söz dünyanın enerjisinin təminatından gedir, sadə sözlə, Azərbaycan kimi ölkəni sümürgəçılərin əlində gəzdirməkdən gedir!
Bu savaşdan alınacaqlarımız çoxdur, ama, oyağ göz və uzaq düşüncəli beiyn lazimdir. Bu günün səhvi bizlərin məhv olmasına bilə nədən olacaqdır.
Son zamanlarda adlım xəritə firmalarının ürünlərinin yayılmasında axsaqlıqlar olub, diqqət edibsiniz mi? Özəlliklədə Qafqazlar və bəzən Ortadoğu bölgələrinə güncəl xəritələr yapılmır vı bir çoxlu firma bilgilərimizi gücəlləşdiririk izahında bulunurlar! Sizcə bu işin sırrı nə olabilir?
Yeni Ortadoğu plani qulağınıza dəiybmidir? Qafqazlarda veriləcək olan dəiyşiklərdən xəbəriniz varmıdır? Yaxud bilirsiz Qarabağ və Naxçivan üçün nə yuxula görülür?
Yaxın illərdə Qafqazlarda böyük diyışikliklər olacaq, habelə Ortadoğunun xəritəsi yenidən çiziləcək. Bunu bilən ağıllı iş adamlari, indidən o güclərə planların hazırlayıb və çeşitli senariyolarla zaman gözləiyrlər.
İttifaqi dəiyldir ki Azərbaycan firmalari, hətta devlətə bağlı olanlar Erməni Dağlığ Qarabağ Respoblikasıila əməkdaşlıq edirlər! İnanılmaz dəiyldir ki Türkiyə firmalari bilmədən Erməni Qarabağ Respoblikasına yatırım yapırlar, yalan dəiyldir ki bati ölkələri Erməni Qarabağ Respoblikasına turist və yatırım göndərirlər! Pəki, biz Azərbaycanlılara heç şübhəli görünmür ki abala bu oyunlar nə deməkdir?
Mən bir daha təkrar edirəm ki yaxın zamanlarda Qarabağı güzəştə getməli olacayıq, nədən ki hakimiyətin məmuriyəti budur. İllərdir bir qarış torpağ azad edə bilməyən devlətdən artıq nə ummağ olar? Əslindən, belə hakimiyətdən umana ağılli demək olar mı?
Qarabağ belə gedirsə, millət özü işə başlamadığı sürəcə getmiş sayılmalıdır. Orasına artıq status verilib və mən ya sizin etirazlarınızla dəiyşə bilən deiyldir. Ama, elə oturub ölməmizə mi baxacayıq?
Türkiyənin məmuriyəti nədir?
BTC nəft kəmərinin utuzmağa doğru getməsin Rusiya üçün böyük zəfər adlandırmak səhv olacaqdrı. Nədən ki o kəmərdən daha önəmlisinin planlari çizilib. Gürcüstanda savaş yaratmağsa elə yeni tikiləcək olan kəməri indidən qorumağ amacıila yapılmışdır.
Yeni kəmər hər zaman olduğu kimin Azərbaycanın milli sərvətin pulsuz olaraq xaricə göndərmək üçün hazırlanır. Millətin qanın damla damla yadlara satan hakimiyət və qardaşımızın məmuriyəti elə məhz buna görə hazırlanıb.
Olay belədir ki iki olaraq Qarabağa muxtarlığ verilsin, batının sülh əsgərləri ora yerləşsin və ən önəmlisi, Gürcüstan NATO qorumasına daxil olaraq, Rusiya ilə Qarabağ arasında duvar yaradılsın. Ama, sizcı Ermənistan tarixi müttəfiqinə xiyanət edər mi? Önəmli olanda budur və elə onu çızmək üçün Abdulla Gül Ermənilərin ayağına gedibdir! İranlada anlaşmalar o doğrultuda olubdur və Naxçivanda ona görə önəmlidir.
Hər haldə bu çox qarmaşıq olandır və qazanıb qazanmayacağı bəlli deiyldir. Ama, bir əsl vardır və oda budur ki Qafqazlarda nəqədr Türk öldürülürsə, ayağınan altındaki milli sərvətlər üçün olub və olacaqdırda. Xəzər ətrafına girmək üçün can atan batı devlətləri, hər haldə o bölgənin ən güclü olanıyla dalaşacaqlar. Ama, doğada olduğu kimi, iki fil savaşanda ayağ altındaki böcəklər əzilər! Biz böcək olacaq bir millətə bənzirik mi?
Nədən öz sərvətlərimizi öz əlimizə geçirmək və onları öz qazancımıza qullanmağ vərinə, onlari necə daha üçüz vermək yönündə qaçırıq!
Əgər dedigim plan basamağlari bir bir qoyulursa, yeni mərhələ NATOnun və Amerikanın hərbi gəmilərinin Qaradəniz və Xəzər dənizində daiymi bazalari yaranacaqdır. Hər haldə son günlərdə sözü gedən olaylarada etinasız qalmağ olmaz. Deiyşlərə görə, Rusiya çalışır ta İran adlanan ölkənin vasitəçiligilə, Azərbaycan sınırlarında hərbi baza yaratrsın və hətta Körfəzdə hərbi gəmiləri üçün daiymi yerlər hazırlasın!
Buna görədir ki ağıllı firmalar Ortadoğu və Qafqazların xəritəsin artıq yaymırlar. Görəsən yeni yapilacaq olan xəritələrdə Bütöv Azərbaycan yox, Azərbaycan Respoblikası indiki halində adi olacaqmı?
Dedigim kimi, yeni dönəmlər və yeni dəiyşimlər başlayıb və yeni savaşlar yaranmaqdadır. Fillər savaşır və bizlər gərək indidən öz başımıza çarə qılağ. Anayurdumuzu buraxıb qaçmağ ağıllı bir təpki olmayacağına görə, çalışağ ki ən azından müstəqilligimizi suöer güclərin savaşından yararlanaraq qoruyağ.
Bizləri boyayacaqlar ama, nə yaxcı olar ki öz istəgimiz rəngdə boyasınlar.
Təbrizli Baybək
08/09/2008
Croydon
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir