- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Abdullah Gül bu gün Bakıya səfərə gələcək

BayBək, Azərbaycan | Wednesday, 10th September , 2008 , 06:43 [am] | İç Xəbərlər

. Türkiyənin dövlət başçısı, Azərbaycan prezidenti İlham Əliyevlə əsasən üç məsələ ətrafında müzakirələr aparacaq!

Türkiyənin prezidenti Abdullah Gül bu gün Bakıya səfərə gələcək. Türkiyə mətbuatının yaydığı məlumata görə, Abdullah Gül Azərbaycan prezidenti İlham Əliyevlə əsasən üç məsələ ətrafında müzakirələr aparacaq-Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakı səfərində təklif etdiyi Qafqaz sabitlik



Türkiyənin dövlət başçısı, Azərbaycan prezidenti İlham Əliyevlə əsasən üç məsələ ətrafında müzakirələr aparacaq!

Türkiyənin prezidenti Abdullah Gül bu gün Bakıya səfərə gələcək. Türkiyə mətbuatının yaydığı məlumata görə, Abdullah Gül Azərbaycan prezidenti İlham Əliyevlə əsasən üç məsələ ətrafında müzakirələr aparacaq-Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakı səfərində təklif etdiyi Qafqaz sabitlik paktı, Abdullah Gülün sentyabrın 6-da İrəvana etdiyi səfər və ABŞ-ın vitse-prezidenti Dik Çeyninin ötən həftə Bakıya səfəri çərçivəsində Cənubi Qafqazdakı təhlükəsizlik və enerji məsələləri.

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, nazir Əli Babacan sentyabrın ikinci yarısında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək. Görüş BMT-nin Nyu-Yorkdakı iclasında həyata keçiriləcək. İki nazir arasındakı ilk görüş isə sentyabrın 6-da olmuşdu.ans

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_3174.azr
azeribaybak[at]gmail.com