- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Dağlıq Qarabağ problemi bu dəfə Azərbaycan, Ermənistan və Türkiyənin xarici işlər nazirləri səviyyəsində müzakirə olunacaq
BayBək, Azərbaycan | Wednesday, 10th September , 2008 , 15:31 [pm] | İç Xəbərlər
![]() |
. | Ermənistan-Azərbaycan münaqişəsi bu dəfə 3 ölkənin xarici işlər nazirləri səviyyəsində müzakirə olunacaq. Bu haqda məlumatı Türkiyənin xarici işlər naziri Əli Babacan verib. Danışıqların Azərbaycanda keçiriləcək prezident seçkisindən sonra daha da intensivləşəcəyini qeyd edən nazir bildirib ki, problemi o, azərbaycanlı və erməni həmkarları Elmar Məmməduarov və Edvard Nalbandyanla müzakirə edəcək. Əli Babacan Türkiyənin NTV telekanalına verdiyi xüsusi müsahibədə Dağlıq Qarabağın məsələsinin Türkiyənin də problemi olduğunu deyən Ə.Babacan görüşün təxmini yerini və vaxtını da açıqlayıb. Onun sözlərinə görə, İrəvanda olarkən E.Nalbandyanla 3 xarici işlər nazirinin görüşməsi barədə təklif |
Bu haqda məlumatı Türkiyənin xarici işlər naziri Əli Babacan verib!
Ermənistan-Azərbaycan münaqişəsi bu dəfə 3 ölkənin xarici işlər nazirləri səviyyəsində müzakirə olunacaq. Bu haqda məlumatı Türkiyənin xarici işlər naziri Əli Babacan verib. Danışıqların Azərbaycanda keçiriləcək prezident seçkisindən sonra daha da intensivləşəcəyini qeyd edən nazir bildirib ki, problemi o, azərbaycanlı və erməni həmkarları Elmar Məmməduarov və Edvard Nalbandyanla müzakirə edəcək. Əli Babacan Türkiyənin NTV telekanalına verdiyi xüsusi müsahibədə Dağlıq Qarabağın məsələsinin Türkiyənin də problemi olduğunu deyən Ə.Babacan görüşün təxmini yerini və vaxtını da açıqlayıb. Onun sözlərinə görə, İrəvanda olarkən E.Nalbandyanla 3 xarici işlər nazirinin görüşməsi barədə təklif verib və təklif qəbul edilib. “Bunu azərbaycanlı həmkarımla da danışdıqdan və onun da fikirini aldıqdan sonra Nyu-Yorkda, BMT-nin sessiyası zamanı belə bir görüş keçirə biləcəyik”. Əli Babacan bildirib ki, Ermənistan-Türkiyə münasibətlərini birtərəfli həll etmək mümkün deyil. O, Türkiyə prezidenti Abdulla Gülün bu gün Azərbaycana səfəri zamanı da ölkələr arasında münasibətlərin müzakirə ediləcəyini deyib.
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan isə CNN-Türk telekanalına müsahibəsində bildirib ki, əgər ölkələr arasında münasibətlərin yaxşılaşdırılmasından söhbət gedirsə, o zaman heç bir şərtlər olmamalıdır. “Əgər biz ciddi və səmimi şəkildə əlaqələrin düzəlməsini istəyiriksə, heç bir şərtlər barədə danışmamalıyıq, çünki Türkiyə və Ermənistan arasında münasibətlərin bərpası hər iki ölkəyə xeyir gətirəcək. Ankara-İrəvan münasibətləri düzəlməyincə bölgədə sülh gözləmək doğru deyil. Çünki bölgənin tam inteqrasiyası sərhədlər bağlı olduğu zaman mümkün deyil”. E.Nalbandyan, belə olacağı təqdirdə Ermənistanın soyqırım iddialarını gundəmə gətirməyəcəyini və bütün məsələlərin müzakirə ilə həll ediləcəyini deyib.ans
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir