- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
İSRAİLDƏKİ SEÇKİYƏ DAHA BİR AZƏRBAYCAN YƏHUDİSİ QOŞULUB
BayBək, Azərbaycan | Friday, 12th September , 2008 , 13:43 [pm] | İç Xəbərlər
![]() |
. | Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (Azİs) İdarə Heyətinin üzvü olan Y.Boçarov Hayfa şəhəri merinin müavini vəzifəsinə namizədliyini irəli sürüb. Əhalisinin sayına görə İsrailin üçüncü şəhəri olan Hayfada Azərbaycandan köçmüş yəhudilər çoxdur.
Yuri Boçarov 1958-ci ildə Bakıda anadan olub. İsrailə 1991-ci ildə köçüb. 2007-ci ildən Hayfa şəhər bələdiyyəsində rusdilli əhali ilə iş üzrə əlaqələndiricidir |
Noyabrın 11-də İsraildə keçiriləcək bələdiyyə seçkisində Azərbaycandan olan daha bir yəhudi - Yuri Boçarov iştirak edəcək. Məlumat «Media forum» saytına Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilib.
Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (Azİs) İdarə Heyətinin üzvü olan Y.Boçarov Hayfa şəhəri merinin müavini vəzifəsinə namizədliyini irəli sürüb. Əhalisinin sayına görə İsrailin üçüncü şəhəri olan Hayfada Azərbaycandan köçmüş yəhudilər çoxdur.
Yuri Boçarov 1958-ci ildə Bakıda anadan olub. İsrailə 1991-ci ildə köçüb. 2007-ci ildən Hayfa şəhər bələdiyyəsində rusdilli əhali ilə iş üzrə əlaqələndiricidir. 1998-2003-cü illərdə deputat olub və Neşer şəhəri merinin müavini işləyib.
İsraildə keçiriləcək bələdiyyə seçkisində iştirak edən digər iki Azərbaycan yəhudisi - Adam Amilov və Mixemia Mixailli «Azİs»in vitse-prezidentləridir. M.Mixailli Akko şəhərinin meri vəzifəsi uğrunda mubarizə aparır. A.Amilov isə Kiryat Yam şəhərində merin muavini vəsifəsinə iddialıdır.
2007-ci ilin aprelində təsis edilmiş «Azİs» İsraildəki azərbaycanlıların təşkilatlanması, onların ölkənin ictimai-siyasi həyatında fəallığını artırmaq istiqamətində çalışır. «Azİs»in İsraildə 40 mindən çox üzvü var.mediaforum
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir