- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
İranın xarici işlər naziri Azərbaycana gəlir, İlham Əliev Moskovaya gedir
BayBək, Azərbaycan | Saturday, 13th September , 2008 , 17:04 [pm] | İç Xəbərlər
![]() |
. | Bu gün İran İslam Respublikasının xarici işlər naziri Mənuçöhr Mottaki Azərbaycana bir günlük işgüzar səfərə gəlir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim məlumat verib. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 16-da Moskvaya işgüzar səfər edəcək. Səfər Rusiya prezidenti Dmitri Medvedyevin dəvəti ilə həyata keçiriləcək. |
APA: Bu gün İran İslam Respublikasının xarici işlər naziri Mənuçöhr Mottaki Azərbaycana bir günlük işgüzar səfərə gəlir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim məlumat verib. O bildirib ki, günün ikinci yarısında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iranlı həmkarını qəbul edəcək.
Qeyd edək ki, M. Mottaki Bakıya Moskvadan gəlir. O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb və regiondakı son vəziyyəti müzakirə edib.
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 16-da Moskvaya işgüzar səfər edəcək. “Qaynar.info”-nun məlumatına görə, səfər Rusiya prezidenti Dmitri Medvedyevin dəvəti ilə həyata keçiriləcək.
İki dövlət baçsısının görüşündə son vaxtlar Cənubi Qafqazda baş verən proseslər, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətləri, o cümlədən, Türkiyənin təklif etdiyi “Qafqaz İttifaqı Platforması”nın müzakirə ediləcəyi gözlənilir.
Bundan əlavə, prezidentlərin regionda baş verənlərlə bağlı birgə bəyant verəcəyi gözlənirlir.
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir