- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
KREML QARABAĞLA BAĞLI TƏKBAŞINA VASİTƏÇİLİYƏ BAŞLAYIR
BayBək, Azərbaycan | Monday, 15th September , 2008 , 13:47 [pm] | İç Xəbərlər
![]() |
. | Türkiyə, Rusiya, Ermənistan və Azərbaycan arasında “Qafqaz platforması” ideyası ilə bağlı intensiv məsləhətləşmələr gedir. “Kommersant” qəzeti yazır ki, yeni təşkilatın yaradılması Rusiya və Türkiyənin regiona təsirini gücləndirəcək, eyni zamanda Amerika Birləşmiş Ştatlarının Qafqazdakı mövqelərini zəiflədəcək. Bu ideya ilə Gürcüstan ətrafında yaranmış böhran zamanı Türkiyə çıxış edib. Qəzetin yazdığına görə, regionda yeni alyansın yaradılmasına dair danışıqların növbəti mərhələsi kimi Rusiya və Azərbaycan prezidentlərinin sabahkı şəxsi təkbətək görüşü ola bilər. |
“Kommersant” qəzeti: “Rusiya prezidenti İlham Əliyevlə Serj Sərkisyanın görüşünü təşkil edəcək”!
Türkiyə, Rusiya, Ermənistan və Azərbaycan arasında “Qafqaz platforması” ideyası ilə bağlı intensiv məsləhətləşmələr gedir. “Kommersant” qəzeti yazır ki, yeni təşkilatın yaradılması Rusiya və Türkiyənin regiona təsirini gücləndirəcək, eyni zamanda Amerika Birləşmiş Ştatlarının Qafqazdakı mövqelərini zəiflədəcək. Bu ideya ilə Gürcüstan ətrafında yaranmış böhran zamanı Türkiyə çıxış edib. Qəzetin yazdığına görə, regionda yeni alyansın yaradılmasına dair danışıqların növbəti mərhələsi kimi Rusiya və Azərbaycan prezidentlərinin sabahkı şəxsi təkbətək görüşü ola bilər.
Ötən həftə hər iki dövlət başçısı telefonla söhbət edib və belə qərara gəliblər ki, xarici işlər nazirlərinin görüşü onların təkbətək şəxsi danışıqlarına hazırlıq xarakteri daşımalıdır. Qəzet Kremldəki mənbələrə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin danışıqlarının təşkili də müzakirə oluna bilər. Amma bu dəfə Dağlıq Qarabağ probleminin həllinə dair İlham Əliyev və Serj Sərkisyanın görüşü ATƏT-in Minsk Qrupunun yox, Rusiya prezidenti Dmitri Medvedyevin şəxsi vasitəçiliyi əsasında baş tutacaq.
Xəbər verildiyi kimi, Gürcüstan ətrafında yaranmış böhrandan sonra ABŞ-da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün təkbaşına vasitəçilik missiyasına başlamağı qərara alıb. Bu məqsədlə dövlət katibi Kondoliza Rays öz köməkçisini, Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanı regiona ezam edib. Ötən həftə Ermənistana gələn Brayza danışıqlarına gözlənilmədən Dağlıq Qarabağdan başlayıb və daha sonra İrəvana qayıdıb. Onun bu gün Bakıda danışıqları davam etdirəcəyi gözlənilir. Amerikalı həmsədrin təkbaşına regiona gəlməsi bir daha təsdiq edib ki, Gürcüstan ətrafındakı böhrandan sonra Vaşinqtonla Moskvanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair birgə vasitəçiliyi artıq mümkün deyil. Bu isə Minsk Qrupunun de-fakto dağılması mənasını verir. Göründüyü kimi, Moskva da Qarabağ münaqişəsinin nizamlanması üçün Vaşinqtonla birgə vasitəçiliyə maraqlı deyil və prezident Medvedyev təşəbbüsü ələ alaraq təkbaşına vasitəçiliyə başlamaq niyyətindədir.
Türkiyə də ilk dəfə Qarabağ münaqişəsinin nizamlanması üçün birbaşa vasitəçiliyə qoşulub. Prezident Abdullah Gül əvvəl İrəvanda, ardınca Bakıda səfərdə olub. Qərara alınıb ki, Nyu Yorkda BMT Baş Assambleyasının sessiyası zamanı Türkiyə, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilsin, bu sessiya zamanı prezidentlərin də üçtərəfli görüşü istisna edilmir. Lakin ekspertlərə görə, indiki məqamda Türkiyənin təkbaşına vasitəçiliyi haqda danışmaq çətindir, Ankara Moskva ilə razılaşdırılmış şəkildə hərəkət edir və Rusiya Türkiyəni prosesə qoşmaqla ABŞ-ı kənarlaşdırmağa çalışır.musavat
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir