- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Bakıda iki məktəb müəlliməsinə işə hicabda gəlmək qadağan edilib

BayBək, Azərbaycan | Monday, 15th September , 2008 , 22:06 [pm] | İç Xəbərlər

. Tədris ilinin ilk günü - sentyabrın 15-də Azərbaycanın iki paytaxt məktəbində müəlliməyə işə hicabda gəlmək qadağan edilib.

Hüquq müdafiəsi mərkəzi DEVAMM-a (Vicdan və Dini Etiqad Azadlığının Müdafiəsi Mərkəzi) 167 və 162 saylı məktəblərin iki müəlliməsindən şikayət daxil olub. Şikayətdə bildirilir ki, məktəb rəhbərləri tərəfindən onlara məktəbə baş örtüyündə - hicabda gəlmək şifahi surətdə qadağan edilib



Tədris ilinin ilk günü - sentyabrın 15-də Azərbaycanın iki paytaxt məktəbində müəlliməyə işə hicabda gəlmək qadağan edilib.

Hüquq müdafiəsi mərkəzi DEVAMM-a (Vicdan və Dini Etiqad Azadlığının Müdafiəsi Mərkəzi) 167 və 162 saylı məktəblərin iki müəlliməsindən şikayət daxil olub. Şikayətdə bildirilir ki, məktəb rəhbərləri tərəfindən onlara məktəbə baş örtüyündə - hicabda gəlmək şifahi surətdə qadağan edilib.

“DEVAMM-da artıq şikayətləri araşdıracaq monitorinq qrupu yaradılıb”, - bu gün mərkəzin sədri İlqar İbrahimoğlu deyib.

İbrahimoğlu şəraiti şərh edərək bildirib ki, çox təəccüblüdür ki, hər il “özlərini təhsil müəssisisələrinin sahibi zənn edən” bu və ya digər məmurlar, öz dini etiqadlarına və Konstitusiyanın vicdan və dini etiqad azadlığına uyğun baş örtüyü - hicab geyinən vətəndaşların hüquq və azadlığını pozmağa çalışırlar.

Ötən il Bakının təhsil müəssisələrinə müəllim və tələbələr hicabda buraxılmayıblar, lakin sonradan bu problem həll olunmuşdur.

“Azərbaycan Təhsil Nazirliyi müəllimlər müraciət edəcəyi təqdirdə, onların şikayətlərinə baxmağa hazırdır”, - deyə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynov deyib.trend

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_3215.azr
azeribaybak[at]gmail.com