- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Rusiya ilə Azərbaycan prezidentləri arasında danışıqlar keçirilib

BayBək, Azərbaycan | Tuesday, 16th September , 2008 , 22:27 [pm] | İç Xəbərlər

. Bu gün Rusiya prezidentinin şəhər kənarındakı iqamətgahında Azərbaycan və Rusiya liderləri - İlham Əliyev və Dmitriy Medvedevin görüşü keçirilib.

Görüşdən sonra Rusiya prezidenti bildirib ki, danışıqlarda xüsusi diqqət Qafqazlarda Cənubi Ossetiya müharibəsindən sonrakı vəziyyətə yönəldilib.



Bu gün Rusiya prezidentinin şəhər kənarındakı iqamətgahında Azərbaycan və Rusiya liderləri - İlham Əliyev və Dmitriy Medvedevin görüşü keçirilib.

Görüşdən sonra Rusiya prezidenti bildirib ki, danışıqlarda xüsusi diqqət Qafqazlarda Cənubi Ossetiya müharibəsindən sonrakı vəziyyətə yönəldilib.

O bildirib ki, Azərbaycanla Rusiya arasında fəal əməkdaşlıq bölgədəki sabitliyin saxlanılmasında müstəsna əhəmiyyətə malikdir.

İqtisadi məqama da toxunulub, göstərilir ki, ilin axırına Azərbaycanla Rusiya arasında ticarət mübadiləsi 2 milyard dollara çatmalıdır.

Öz növbəsində Azərbaycan prezidenti bildirib ki, Qafqazlardakı vəziyyət müəyyən narahatlıq yaradır.

Azərbaycan lideri habelə Qarabağ münaqişəsinin nizamlanmasına da toxunub.

O bildirib ki, bölgədəki gərginliyə baxmayaraq nizamlanma işində irəliləyişə yaxşı əsaslar var.

Ümumən görüşün nəticələrini qiymətləndirən ekspertlərin zənnincə, Gürcüstan məsələsində Moskvayla Bakının mövqeləri yaxınlaşmayıb, ancaq eyni zamanda tərəflər bir-biriylə məqbul münasibətləri saxlamağa müəssər olublar.bbc

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_3227.azr
azeribaybak[at]gmail.com