- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Amerika hökuməti AİG-ni xilas etdi, amma öz “caynağına” keçirməklə

BayBək, Azərbaycan | Wednesday, 17th September , 2008 , 22:25 [pm] | Dış Xəbərlər

. Bu arada Amerikanın Federal Ehtiyatlar mərkəzi bankı Amerikanın ən iri sığorta şirkəti olan AİG-ni xilas etmək üçün işə qarışıb.

Ciddi maliyyə böhranına düşən qrupa Mərkəzi Bank 85 milyard dollar həcmində kredit ayırıb.



Amerikada Lehman Brothers investisiya bankının çökməsindən sonra bütün dünyada kredit qovğası davam edir.

Artıq 2 gündür ki, Avropa və Asiyanın, Rusiyanın maliyyə bazarları təlatüm içində çırpınırlar.

Bu arada Amerikanın Federal Ehtiyatlar mərkəzi bankı Amerikanın ən iri sığorta şirkəti olan AİG-ni xilas etmək üçün işə qarışıb.

Ciddi maliyyə böhranına düşən qrupa Mərkəzi Bank 85 milyard dollar həcmində kredit ayırıb.

Bunun əvəzində Mərkəzi bank qrupun səhmlərinin 80 faizini nəzarətinə alacaq.

Başqa sözlə, bu o deməkdir ki, AİG-nin mülkiyyət hüquqları birbaşa olaraq dövlətə keçir.

AIG qrupu dünyanın ən iri sığorta şirkətidir.

Şirkətin dünya boyu 100 minə yaxın işçisi var.

Qrupun aktivləri 1 trillion dollardan artıqdır, bunların təxminən 30 faizi Avropada yerləşir.

Şirkət dünyanın təxminən 130 ölkəsində iş görür.

Bu arada məlum olub ki, Britaniyanın aparıcı ipoteka kredit provayderi, “HBOS” qrupu ölkənin ən iri banklarından biri olan “Lloyds” bankıyla birləşmək barədə danışıqlar aparmaqdadır.bbc

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_3237.azr
azeribaybak[at]gmail.com