- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Ermənistan, Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü ATƏT-in Minsk Qrupunun səlahiyyətinə daxil deyil

BayBək, Azərbaycan | Thursday, 18th September , 2008 , 02:02 [am] | İç Xəbərlər

. Bernar Fasye onu da deyib ki, səfərin əsas məqsədi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yeni görüşünü təşkil etməkdən ibarətdir: «Ermənistan, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünə gəldkdə isə, bu, ATƏT-in Minsk Qrupunun səlahiyyətinə daxil deyil».


Bernar Fasye: «Bölgəyə bu dəfəki səfərimizin əsas məqsədi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yeni görüşünü təşkil etməkdən ibarətdir»

«ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona hazırkı səfəri Cənubi Osetiyadakı müharibədən sonra yaranmış yeni vəziyyətə təsadüf edir. Mən Xankəndidə olmuşamö İndi İrəvandayam. Buradan Tiflisə gedəcəm və cümə günü Bakıda olacam. Hazırda həmsəlrlər tək-tək gəlir. Lakin bu, o demək deyil ki, ATƏT-in Minsk Qrupunun formatında dəyişiklik baş verib. Sadəcə olaraq, iş qrafikimiz belədir». ANS PRESS-in məlumatına görə, bunu ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye İrəvanda bəyan edib. Onun sözlərinə görə, amerikalı həmsədr Metyu Brayza və onun özünün dedikləri rusiyalı həmkarları Yuri Merzlyakovla razılaşdırılıb.

Bernar Fasye onu da deyib ki, səfərin əsas məqsədi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yeni görüşünü təşkil etməkdən ibarətdir: «Ermənistan, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünə gəldkdə isə, bu, ATƏT-in Minsk Qrupunun səlahiyyətinə daxil deyil».

Fransalı diplomat bildirib ki, Azərbaycanda oktyabrın 15-də keçiriləcək prezident seçkilərindən əvvəl və sonra Madrid təklifləri ətrafında danışıqlar davam etdiriləcək: «Ötən ilin sonları və bu ilin əvvələrində təkliflər demək olar ki, tərəflərlə razılaşdırılıb. Lakin Kosovonun müstəqilliyinin tanınması, Dağlıq Qarabağda qeydə alınan atışmalar və Ermənistandakı prezident seçkiləri danışıqlar prosesini dondurdu. Biz ümid edirik ki, Azərbaycandakı prezident seçkilərindən sonra Madrid təklifləri ətrafında danışıqlara yeni stimul veriləcək».ans

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_3240.azr
azeribaybak[at]gmail.com