- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

İsveçrədə Ermənistan və Türkiyə diplomatlarının gizli danışıqları keçirilir

BayBək, Azərbaycan | Thursday, 18th September , 2008 , 13:15 [pm] | İç Xəbərlər

. İsveçrədə Ermənistan və Türkiyə diplomatlarının gizli danışıqları keçirilir. Bu barədə Turkish Daily News məlumat yayıb. Belə ki, Türkiyənin xarici işlər nazirinin müavini Ertoğrul Apakan və onun köməkçisi Əhməd Ünal Çeviköz bazar günü erməni həmkarları ilə Berndə görüşmək üçün İsveçrəyə yola düşüb. Qeyd edək ki, may və iyul aylarında da iki ölkə arasında gizli görüşlər keçirilmişdi və bu, Türkiyə pezidenti Abdulla Gülün İrəvana səfərinin əsasını qoymuşdu.


Əgər görüş uğurlu olsa, tərəflər bəyannamə imzalayacaq!

İsveçrədə Ermənistan və Türkiyə diplomatlarının gizli danışıqları keçirilir. Bu barədə Turkish Daily News məlumat yayıb. Belə ki, Türkiyənin xarici işlər nazirinin müavini Ertoğrul Apakan və onun köməkçisi Əhməd Ünal Çeviköz bazar günü erməni həmkarları ilə Berndə görüşmək üçün İsveçrəyə yola düşüb. Qeyd edək ki, may və iyul aylarında da iki ölkə arasında gizli görüşlər keçirilmişdi və bu, Türkiyə pezidenti Abdulla Gülün İrəvana səfərinin əsasını qoymuşdu.

Verilən məlumata görə, diplomatlar Türkiyə, Ermənistan və Azərbaycan xarici işlər nazirlri arasında gələn həftə Nyu-Yorkda baş tutacaq görüşü müzakirə edirlər. Əgər her şey uğurlu olsa, tərəflər “xoş məram” barədə bəyannamə imzalayacaq.

Sənəd Türkyə xarici işlər naziri Əli Babacanın erməni həmkarı Edvard Nalbandyanla BMT Baş Assambleyasının 23 sentyabr-1 oktyabr tarixlərində baş tutacaq sessiyası çərçivəsində keçiriləcək görüşlərində elan ediləcək. Diplomatik mənbələr xəbər verirlər ki, Ermənistan demək olar ki, 1915-ci il hadisələrinin araşdırılması məqsədilə tarixçilərdən ibarət birgə komissiyanın yaradılmasına yaşıl işıq verib.ans

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_3246.azr
azeribaybak[at]gmail.com