- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

RUSİYA AZƏRBAYCANLA QAZ DANIŞIQLARINA BAŞLADI

BayBək, Azərbaycan | Thursday, 18th September , 2008 , 20:07 [pm] | İç Xəbərlər

. Medvedyevlə Əliyev arasındakı görüşdən sonra rəsmi Bakı enerji məsələsində manevr edir!

Rusiya prezidenti ilə İlham Əliyevin bir gün əvvəl Moskvada apardığı danışıqlardan sonra “Qazprom”la ARDNŞ arasında “Şahdəniz” qazının alınmasına dair müzakirələr başlayıb. Bu barədə Rusiya mənbələri xəbər yayıb. Kremldəki mənbələrdən bildiriblər ki, tərəflər danışıqlar zamanı



Medvedyevlə Əliyev arasındakı görüşdən sonra rəsmi Bakı enerji məsələsində manevr edir!

Rusiya prezidenti ilə İlham Əliyevin bir gün əvvəl Moskvada apardığı danışıqlardan sonra “Qazprom”la ARDNŞ arasında “Şahdəniz” qazının alınmasına dair müzakirələr başlayıb. Bu barədə Rusiya mənbələri xəbər yayıb. Kremldəki mənbələrdən bildiriblər ki, tərəflər danışıqlar zamanı Cənubi Qafqaz regionundakı vəziyyəti, iki ölkə arasında iqtisadi, o cümlədən enerji sahəsindəki əməkdaşlığı, habelə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər. Mənbə enerji məsələsi ilə bağlı əməkdaşlığı genişləndirmək haqda razılaşma əldə edildiyini xəbər verir.

Bildirilir ki, artıq “Qazprom”la ARDNŞ qaz məsələsinə dair danışıqları davam etdirməyə qərar veriblər.

Əliyevlə Medvedyevin enerji məsələsini müzakirə etdiyini Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Sergey Prixodko da “İnterfaks” agentliyinə təsdiqləyib. Bununla belə, o deyib ki, “Nabukko” qaz kəməri ilə bağlı məsələ prezidentlərin görüşündə qaldırılmayıb. “İzvestiya” qəzeti isə yazır ki, Əliyevi Moskvaətrafı Mayendorf qəsrində qəbul edən Medvedyevə Azərbaycan prezidenti indi daha çox qaza görə lazımdır. Çünki Rusiya Azərbaycanın öz qazını başqa ölkələrin ərazisindən Qərbə satmasını istəmir: “Lakin bütün bunlara o saat razılaşsaydı, Əliyev də Əliyev olmazdı” - deyə qəzet yazır. “İzvestiya” qeyd edir ki, son üç ay yarımda Medvedyev Əliyevlə artıq üçüncü dəfə görüşür, lakin görüşlərin sıxlığı heç də münasibətlərin yüksək effektivliyindən xəbər vermir. “Xüsusən də bu görüşlər məharətlə ikili oyun aparmağı bacaran tərəfdaşla keçirilirsə” - deyə “İzvestiya” yazır.

Bildirilir ki, Əliyev Medvedyevlə görüş zamanı Rusiya prezidentinin “Biz öz saatlarımızı Qafqazda baş verən son hadisələrə uyğun çevirməliyik” sözlərinin qarşılığında iki ölkə arasındakı münasibətlərin uğurla inkişaf etməsi haqda standart fraza ilə cavab verib. Həmçinin deyib ki, regionda stabillik üçün ümumi səylər göstərmək gərəkdir: “Belə sözləri isə Əliyev təkcə Medvedyevə yox, Buşa,Ərdoğana və başqalarına da deyə bilərdi”. Qəzet xatırladır ki, bu ilin iyulunda Medvedyev Bakıya səfər edərək Əliyevlə “Şahdəniz” qazının alınmasına dair ümumi razılaşma əldə etdi. O vaxt çoxları hesab etdi ki, artıq Azərbaycan və Türkmənistan qazına bağlı olan “Nabukko” layihəsini dəfn etmək olar. Çünki Azərbaycan öz qazını Rusiyaya satmağa razılıq versə, bu kəməri doldurmağa qaz tapılmayacaq. Lakin sonradan məlum oldu ki, “Nabukko” hələ sağdır və Azərbaycan ABŞ, Avropa Birliyi təmsilçiləri ilə bu layihəyə dair danışıqlar aparır. Qafqazda baş verən son hadisələrdən sonra isə Qərb onun reallaşdırılmasını daha da sürətləndirməyə çalışır, bu məqsədlə ABŞ vitse-prezidenti Dik Çeyni Əliyevin Moskvaya səfərindən az əvvəl Bakıda səfərdə olub.

Rusiya mətbuatı yazır ki, Çeyninin Bakıdan “Nabukko” layihəsi ilə bağlı məyus getdiyi haqda xəbərlər var. Belə məlumatlar yayılıb ki, Əliyev ona Azərbaycanın “Nabukko”nu tələsdirmək üçün heç nə etməyəcəyini deyib. Lakin digər tərəfdən “Qazprom” kommersiya baxımından Azərbaycana çox sərfəli təklif versə də, Əliyev qazın Rusiyaya satılmasına dair prinsipial razılıq vermir. Bildirilir ki, Azərbaycanın qazın verilməsinin əvəzində Rusiyadan nə alacağı maraqlıdır. Azərbaycan üçün indi Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həllinə Rusiyanın köməyi çox lazımdır. Əliyevlə danışıqlardan sonra Medvedyev vəd edib ki, münaqişənin həlli üçün səyləri davam etdirəcək. Belə görünür ki, Azərbaycanın “Qazprom”a nə qədər qaz satması da bu səylərin nə dərəcədə effektli olmasından asılı olacaq.

Rusiyalı ekspert Yevgeni Voyko Əliyev-Medvedyev danışıqlarını şərh edərək bildirir ki, Azərbaycanın üzünü birmənalı olaraq Rusiyaya döndərdiyini demək tezdir. Onun sözlərinə görə, Azərbaycan böyük güclərin regionda maraqlarının toqquşduğunu nəzərə alaraq “risklərin diversifikasiyası” siyasətini yeridir. Bir tərəfdən Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə üz-üzədir, digər tərəfdən enerji ehtiyatları ilə regionda kifayət qədər cəlbedici mövqelərə malikdir: “Azərbaycan hələlik Rusiya ilə enerji əməkdaşlığı məsələsində, eləcə də Qərblə münasibətlərdə kəskin addımlar atmayacaq. Çünki qarşıdan seçkilər gəlir, Əliyevə isə təkcə bu seçkilərdə qələbə yox, öz legitimliyini beynəlxalq ictimaiyyətə qəbul etdirmək lazımdır. Ona görə də biz yaxın vaxtlarda regionda siyasi alverin davam etməsinin şahidi olacağıq”.

Qeyd edək ki, Qərb indi Avropanın Rusiyadan enerji asılılığını azaltmaq üçü alternativ mənbələr axtarır. 12.5 milyard dollara başa gələcək “Nabukko” layihəsi Avropanın Xəzərin qaz ehtiyatlarına birbaşa, Rusiyanın vasitəçiliyi olmadan çıxışını təmin edə bilərdi. Rusiya Avropanın qaz bazarlarında 40 faizdən çox paya malikdir və bundan siyasi silah kimi istifadə edir. Məhz Rusiya qazından asılılıq Avropa Birliyini Gürcüstana müdaxilə zamanı Kremlə qarşı hədsiz yumşaq davranmağa məcbur etdi. Ona görə də ABŞ “Nabukko” layihəsini həyata keçirmək üçün Gürcüstan ətrafında baş verən hadisələrdən sonra səyləri artırıb.

Lakin bu layihənin reallaşması üçün Azərbaycanın rolu həlledicidir. Çünki Azərbaycan böyük qaz ehtiyatlarına malik olmaqla yanaşı, həm də “Nabukko”da tranzit ölkə rolunu oynamalıdır. Belə ki, Türkmənistan qazı bu kəmərlə Azərbaycandan keçib Gürcüstana, oradan isə Türkiyə üzərindən Avropaya çıxmalıdır. Lakin Azərbaycan rəhbərliyi vəziyyətin kifayət qədər mürəkkəb olduğunu nəzərə alaraq çıxış yolunu ikili oyun aparmaqda görür. Bir tərəfdən bəyan edilir ki, Azərbaycan “Nabukko”da öndə gedən tərəf deyil, lakin bu layihədən imtina etmir və onda iştirakda maraqlıdır.

Digər tərəfdən, Azərbaycan qazın Rusiyaya satılması üçün danışıqlara razılıq verir. Belə görünür ki, Azərbaycan qazın bir hissəsini “Nabukko”, bir hissəsini isə Rusiyadan nəql etməklə hər iki tərəfi narazı salmamağa çalışır. Ancaq o da faktdır ki, Moskvanı belə ikili oyun qane etmir. Rusiya “Nabukko”nun reallaşmaması üçün bütün vasitələri işə salıb və əgər Azərbaycan az da olsa bu layihənin həyata keçməsinə dəstək versə, o zaman Kremlin qəzəbinə tuş gələcək. Bu səbəbdən hələlik Əliyev “Qazprom”la danışıqlara başlamaq tapşırığı verməklə vəziyyətdən çıxmağa çalışıb.musavat

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_3250.azr
azeribaybak[at]gmail.com