- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Rusiya İcevanda hərbi baza yaradır
BayBək, Azərbaycan | Saturday, 20th September , 2008 , 03:19 [am] | İç Xəbərlər
![]() |
. | Qazaxla sərhəddə yerləşəcək həmin bazada əsasən ağır texnika saxlanacaq!
Rusiya 2010-cu ilə qədər Ermənistanın Azərbaycanla sərhədi yaxınlığında 2-ci hərbi bazasını tam formalaşdırmağı planlaşdırır. Artıq hərbi bazanın yerləşəcəyi ərazi müəyyənləşdirilib və hazırda həmin əraziyə düşən bəzi torpaq sahələrinin vətəndaşlardan alınması, həmçinin baza |
Qazaxla sərhəddə yerləşəcək həmin bazada əsasən ağır texnika saxlanacaq!
Rusiya 2010-cu ilə qədər Ermənistanın Azərbaycanla sərhədi yaxınlığında 2-ci hərbi bazasını tam formalaşdırmağı planlaşdırır. Artıq hərbi bazanın yerləşəcəyi ərazi müəyyənləşdirilib və hazırda həmin əraziyə düşən bəzi torpaq sahələrinin vətəndaşlardan alınması, həmçinin baza ilə bağlı digər hüquqi sənədləşmə işləri aparılır. Bu barədə “Həftə içi”nə Müdafiə Nazirliyinin adının çəkilməsini istəməyən yüksəkrütbəlisi məlumat verib. Məlumata görə, hərbi baza İcevan yaxınlığında yaradılacaq. Bazanın arsenalına əsasən ağır texnikalar, özüyeriyən artilleriya qurğuları, həmçinin 1 alay həcmində şəxsi heyət daxil ediləcək.
“Böyük ehtimalla Azərbaycan və Gürcüstan sərhədi yaxınlığında belə bir hərbi bazanın yaradılması hər iki dövlətin maraqlarına ziddir. Arsenalına ağır silahların, xüsusilə də artilleriya sistemlərinin daxil olacağı bu baza bölgədə - Ermənistan sərhədlərinə yaxın keçən beynəlxalq layihələrə bilavasitə təhdid doğurur”, - deyə mənbə vurğulayıb. Zabitin sözlərinə görə, 2006 - 2007-ci illərdə Axalkalakidəki hərbi bazadan Ermənistana daşınmış Rusiyaya məxsus hərbi texnikanın bir hissəsi məhz Ermənistan Silahlı Qüvvələrinin İcevan, Tavuş və Berd rayonu ərazisindəki hərbi hissələrinin ərazilərində yerləşdirilib. Hansı ki gələcəkdə bu texnikaların İcevan yaxınlığında tikiləcək hərbi bazaya dislokasiyası daha asan və az xərc tələb edəndir.
Bəzi məlumatlara görə, həmin bazanın yaxınlığında orta diapazonlu stasionar radiolokasiya stansiyası da qurulacaq. Azərbaycan zabiti onu da əlavə edib ki, Gürcüstan ətrafında baş verənlər Rusiyanın Cənubi Qafqazda 2-ci hərbi bazanı yaratmaq ideyasının reallaşmasını sürətləndirəcək. Məlumatlara əsasən, Gümrüdəki 102-ci bazadan bir neçə alayın daimi olaraq yeni hərbi bazaya dislokasiyası nəzərdə tutulur. Böyük ehtimalla bunlar 992-ci artilleriya alayı və 988-ci zenit-raket alaylarıdır. Mənbənin məlumatına görə, 922-ci artilleriya alayı “D-30″ haubitsalarından ibarət 3 batareya və 122 mm-lik “BM-21″ “Qrad” reaktiv-yaylım atəş sistemi divizionundan ibarətdir. 988-ci zenit-raket divizionuna isə “Kub” zenit-raket komplekslərindən ibarət 3 batareya və 2 “S-300″ birkanallı zenit-raket batareyası daxildir. Hər iki alayın birlikdə şəxsi heyəti 500 nəfərə yaxındır.haftaichi
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir