- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Avropa Şurası Parlament Assambleyasının seçki-qabağı Nümayəndə Heyətinin Bəyanatı
BayBək, Azərbaycan | Sunday, 21st September , 2008 , 07:33 [am] | Bildirişlər
![]() |
. | Avropa Şurası Parlament Assambleyasının seçkiqabağı vəziyyəti qiymətləndirən 5 nəfərdən ibarət nümayəndə heyəti (*) yaxşı seçkilər keçirilməsi üçün şərait yarada biləcək irəliləyişlər qeydə almışdır. Həmin irəliləyişlər Avropa Şurasının Venesiya Komissiyası tərəfindən irəli sürülmüş bir sıra tövsiyələri nəzərə almışdır. Lakin, edilən tövsiyələrin heç də hamısı tam şəkildə həyata keçirilməmişdir. Bununla belə, nümayəndə heyəti qəbul edir ki, seçki komissiyalarında |
Avropa Şurası Parlament Assambleyasının seçkiqabağı vəziyyəti qiymətləndirən 5 nəfərdən ibarət nümayəndə heyəti (*) yaxşı seçkilər keçirilməsi üçün şərait yarada biləcək irəliləyişlər qeydə almışdır. Həmin irəliləyişlər Avropa Şurasının Venesiya Komissiyası tərəfindən irəli sürülmüş bir sıra tövsiyələri nəzərə almışdır. Lakin, edilən tövsiyələrin heç də hamısı tam şəkildə həyata keçirilməmişdir. Bununla belə, nümayəndə heyəti qəbul edir ki, seçki komissiyalarında bərabər təmsil olunma və ya kampaniyanın ədalətli şəkildə həyata keçirilməsi kimi bəzi mühüm məsələlər qanunun mətnindən daha çox seçki təcrübəsinə aid olan məqamlardır. Azərbaycan tərəfinin yüksək səviyyəli rəsmiləri ifadə etmişlər ki, onların məqsədi yaxşı təşkil olunmuş və yaxşı idarə olunan və Avropa standartlarına cavab verən seçkilərin keçirilməsidir. Bu fikir nümayəndə heyəti tərəfindən məmnuniyyətlə qarşılanmışdır.
Cəmiyyətin qarşıdan gələn seçkilərə maraqsız olduğu barədə ehtimallardan narahat olan nümayəndə heyətinin qəti arzusu ondan ibarətdir ki, seçicilərin dünən başlanmış seşkiqabağı təşviqat kampaniyasına marağı getdikcə artsın.
Prezidentliyə yeddi namizədin qeydə alınması ilə plüralist seçim və rəqabət şəraitinin təmin olunacağı gözlənilsə də, beş müxalif partiyanın seçkilərdə iştirak etməmək barədə qərarı bu seçkilərin ən uğursuz cəhətidir. Belə ki, əgər hətta siyasi partiya və onun liderləri seçki yolu ilə hakimiyyətə gəlmək üçün real imkanların mövcud olduğunu görmürlərsə və ya onlar demokratik hüquqlarının məhdudlaşdırıldığı və ya pozulduğu qənaətindədirlərsə, onlar yenə də öz ardıcıllarının maraqları naminə seçki marafonunda iştirak etməlidirlər.
Bu baxımdan, nümayəndə heyəti seçkidə iştirak etməyən partiyalar da daxil olmaqla bütün siyasi qüvvələri təcili olaraq məsuliyyətli davranmağa və öz aralarında əsaslı dialoqda iştirak etməyə çağırır.
Aralarındakı fərq nə olursa olsun, bütün siyasi partiyalar qarşılıqlı ittihamlardan çəkinməli və bunun əvəzində mahiyyət etibarı ilə əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi ilə konstruktiv şəkildə və birgə məşğul olmalıdırlar.
Nümayəndə Heyəti Bakıda 16 – 18 sentyabr 2008-ci il tarixlərində Azərbaycan Respublikası Milli Məclisi Sədrinin dəvəti ilə səfərdə olmuşdur. Səfərin keçirilməsində məqsəd ölkədəki seçkiqabağı siyasi mühiti və 15 oktyabrda keçiriləcək seçkilərə hazırlığin səviyyəsini qiymətləndirməkdən ibarət olmuşdur.
Nümayəndə heyətinin Bakida görüşdüyü tərəflər arasında Azərbaycan Respublikasının Prezidenti, Parlamentin Sədri, bütün prezidentliyə namizədlər, müxalifət partiyalarının liderləri, Daxili İşlər və Ədliyyə Nazirləri, Konstitusiya Məhkəməsinin Sədri, vətəndaş cəmiyyəti və media nümayəndələri, eləcə də Bakıdakı diplomatik korpusların təmsilçiləri olmuşlar. AŞPA-nın 30 nəfərdən ibarət tam tərkibli nümayəndə heyəti səsverməni müşahidə etmək məqsədilə oktyabr ayında Azərbaycana gələcəkdir.
(*) Cənab Andres Herkel, Nümayəndə Heyətinin Rəhbəri, Estonia, Avropa Xalq partiyası Qrupu (EPP/CD), cənab İndrek Saar, Estonia, Sosialist Qrupu (SOC), cənab Mövlud Çavuşoğlu, Türkiyə, Avropa Demokrat Qrupu (EDG), cənab Paul Wille, Belçika, Avropa üçün liberalların və demokratların ittifaqı (ALDE), cənab Hakkı Keskin Almaniya, Birləşmiş Avropa Solçuları Qrupu(UEL).coe
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir