- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Azərbaycanın Stokholmdakı səfirinə açıq məktub - Babək Azəri
BayBək, Azərbaycan | Tuesday, 23rd September , 2008 , 20:40 [pm] | Məqalə-Yazi
![]() |
. | 1.Nə yaxşı olardı ki, siz, Stokholma gəldikdən sonra, ayrı-seçkilik qoymadan, azərbaycanlılarla bir ümumi və açıq görüş keçirəydiniz. Bu növ görüş iqtidar-müxalifət davasından uzaq və diaspora fəaliyyəti və mühacirətdə yaşayan azərbaycanlıların vəziyyəti ilə tanış olmanızda sizə yardımçı olmalıydı. Çox təəssüf ki, siz saydıqlarımın əvəzinə, müəyyən adamlarla əlaqə saxlayıb, gizli görüşlər keçirməyə üstünlük vermisiniz. Hal-hazırda |
Azərbaycanın Stokholmdakı səfirinə açıq məktub
Hüquqçu, Babək Azəri
Hörmətli səfir Rafail İbrahimov, salam!
Hər nədən qabaq mənə icazə verin Müstəqil Azərbaycanın İsveçdə səfirliyinin açılması ilə bağlı azərbaycanlılara gözünüz aydın deyim. Bir neçə aydır Stokholmda Azərbaycan səfirliyi açılıb, amma çox təəssüf, sizin fəaliyyətinizlə əlaqədar ciddi noqsanlar görünür. Mən faktlara dayanıb, bəzi mülahizələrimi sizə çatdırmağı özümün milli borcum bilirəm.
1.Nə yaxşı olardı ki, siz, Stokholma gəldikdən sonra, ayrı-seçkilik qoymadan, azərbaycanlılarla bir ümumi və açıq görüş keçirəydiniz. Bu növ görüş iqtidar-müxalifət davasından uzaq və diaspora fəaliyyəti və mühacirətdə yaşayan azərbaycanlıların vəziyyəti ilə tanış olmanızda sizə yardımçı olmalıydı. Çox təəssüf ki, siz saydıqlarımın əvəzinə, müəyyən adamlarla əlaqə saxlayıb, gizli görüşlər keçirməyə üstünlük vermisiniz. Hal-hazırda hər ikimiz Stokholmda yaşayırıq və amma mən sizə sözümü açıq məktub vasitəsi ilə çatdırmağa məcburam. Sizin davranışınız belə göstərir ki, Azərbaycanın səfiri kimi azərbaycanlıların təmsilçisi yox, əslində müəyyən siyasi fikirdə olan adamların təmsilçisisiniz. Elə bu səbəblərə görə, mənim sizə açıq məktub yazmaqdan başqa imkanım yox idi. Mənim sizə birinci tənqidim də elə budur: özünüzlə azərbaycanlılar arasında Çin səddi yaratmayın. Siz İsveçə təzə gəlmisiniz və İsveçi yaxşı tanıyıb, diplomatik fəaliyyətinizdə uğur qazanmaq üçün sizin düzgün məlumata daha çox ehtiyacınız var. Müəyyən fikirli adamlarla yaxın əlaqə saxlayıb, onlar verən məlumatın təsiri altında olmaq, buna oxşar ki, insan mənzərəyə pəncərə dalından baxa. Aydındır ki, o zaman, o, mənzərəni ancaq pəncərə çərçivəsində görəcək. Əgər qapını açıb eşiyə çıxsa, mənzərəni hərtərəfli görəcək. Mənim sizə məsləhətim budur: qapını öz üzünüzə bağlayıb, Azərbaycanın həqiqətlərinə pəncərə dalından baxmayın.
2.Demokratik siyasi sistemlərin bir tanınmış və aydın prinsipi bundan ibarətdir ki, bir ölkədə sərbəst şəraitdə çoxluğun səsi ilə hakimiyyət seçilir. Bu tərzdə seçilən hakimiyyət ancaq onlara səs verənlərin yox, öz müxaliflərinin, yəni azlığın hüququnu da müdafiə etir. Məsələyə bu cür yanaşmaq heç də əxlaq mövzusu sayılmır, əslində bir aydın zərurətdir. Çünki tərəqqi tapmış ölkələrin təcrübələri göstərir ki, məntiqə əsaslanıb tənqidi fikirləri yaymaq, informasiyanın kamilləşməsinə yardımçı olur. O da öz yerində siyasət və xüsusən iqtisadiyyat sahəsində tərəqqi və inkişafla nəticələnir. Elə bu aydın faktların əsasındadır ki, dünyanın azad ölkələrində məntiqə əsaslanan tənqidçilər siyasət sahəsində qabaqcıl elita sayılırlar. Bundan da əlavə, azad ölkələrin səfirləri başqa ölkələrdə siyasi baxımdan neytral mövqe tuturlar. Əsas vəzifələri ölkənin milli mənfəətləri, mühacirətdə yaşayan vətəndaşların hüququ, diaspora fəaliyyəti və s. ibarətdir. Elə bu səbəbə görə, dünyanın azad öِlkələrində hakimiyyət dəyişəndə, ölِlkənin səfirlərinin çoxu dəyişilmir. Bu o, mənadadır ki, səfirlərin siyasi göِrüşləri yox, onların iş qabiliyyətləri əsas götürülür.
Hörmətli Rəfail bəy, siz neçə aydır ki, Stokholma gəlmisiniz və bu iki tanınmış qaydanı kobudcasına pozmusunuz. Fikrimə aydınlıq gətirmək üçün sizə xatırlatmalıyam ki, siz azərbaycanlıların arasına ayrı-seçkilik salmadan, onların hüququnu müdafiə etməlisiniz. Amma siz bu işin yerinə, azərbaycanlıların yaxşı-pisliyin onların iqtidarda olan hakimiyyətə münasibəti ilə ölçürsünüz. Elə ona görə də, o müəyyən adamlarla ki, iş birliyi aparırsınız, sizə yetərlidir ki, aktiv formada indiki hakimiyyətə simpatiya gِöstərirlər. Onların bəzilərinin mənfi imicinin olması sizin üçün heç bir əhəmiyyət daşımır. Burdan belə bir nəticə almaq olar, Azərbaycanın səfirliyi səfirlikdən çox Yeni Azərbaycan Partiyasının qərargahına oxşayır.
3.Azərbaycan səfirliyinin 16 sentyabr 2008-ci ildə Stokholmda verdiyi konsert mərasimində çoxlu sayda, o cümlədən bəzi ölkə səfirliklərinin nümayəndələri iştirak etmişdirlər. Bu mərasimin xərcin Azərbaycan səfirliyi öِdəmişdir. Əlbəttə, bu mərasimə nə qədər pul xərcləndiyi barədə kütləyə məlumat verilməyib. Guya bu mərasimdən əsl məqsəd səfirliyin açılışı və Azərbaycanla bağlı müsbət rəy yaratmaq olmuşdur. Müəyyən və konkret səbəblərə göِrə bu fikir yanlış bir fikirdir. Çünki, dünya səviyyəsində müxtəlif beynəlxalq orqanlar tərəfindən hər bir öِlkə ilə bağlı korrupsiya, söِz azadlığı, insan haqları, seçkilər, qadınların və uşaqların vəziyyəti, ətraf mühit və s. əlaqədar hesabatlar verilir. Əslində bunlar konkret məlumatlardır ki, bir öِlkəyə mənfi və ya müsbət imic verir. Bunlardan da əlavə, dünyanın azad ölkələrində müxtəlif araşdırma mərkəzləri və informasiya vasitələrində hər ölkə ilə bağlı məlumat yayılır. Misal üçün, Norveçdə və İsveçdə Skandinaviyanın ən çox baxılan iki sitəsi var - [1] e24.no/ və [2] www.e24.se/. Bunlar Skandinaviya ölkələrinin iş adamlarının mötəbər sitələridir ki, çox etibarlı xəbər qaynaqları sayılırlar. Norveç dilində yayılan bu sitədə İlham Əliyev diktator adlandırılıb və belə iddia olunur ki, Norveçin Statoil neft şirkəti Azərbaycanda lisensiya almaq üçün İlham Əliyevə 41 milyon Norveç kronu rüşvət verib. Qeyd etdiyim xəbəri bu linkdən oxuya bilərsiniz [3] e24.no/boers-o…
Məlumat üçün qeyd edirəm, azad ölkələrin informasiya orqanları bu qaynağa istinad edərək bu xəbəri dünyaya yaymışdırlar. Amma horməti səfir, siz nə səbəbə görə, indiyə kimi bu xəbərə qarşı bir qaneedici izahat vermirsiniz? Siz özünüz yaxşı bilirsiniz ki, bu növ xəbərlərin yayılması dünya ictimaiyyətində Azərbaycanın imicinə nə qədər zərbə vura bilər. Totalıtar ölkələri kənara qoyub unutmalıyıq. Amma azad ölkələrin elçiləri sizin təntənəli şənliklərinizə gəlsələr də, onlar Azərbaycan gərçəklərindən az da olsa xəbərdardırlar. Bilirlər, Müstəqil Azərbaycanda 1 milyon qaçqın var ki, ağır vəziyyətdə yaşayır. Yenə də onlar bilirlər ki, Azərbaycan hakimiyyəti müxtəlif sahələrdə layihələrin həyata keçirilməsi üçün dünya bankından milyonlarla dollar borc alır. Necə ola bilər ki, bu cür vəziyyətdə olan bir ölkənin səfirliyi şəhərin mərkəzində bir lüks konsert mərasimi keçirə? Azərbaycanın acı durumun bilən və bu mərasimi görən, ölkə büdcəsinin tarimar edildiyini düşünər. Bu anlayış da Azərbaycanın imicinə müsbət təsir əvəzinə, əksinə mənfi təsir edər.
4.Əxlaq qayda-qanunlarında bir tanınmış və sadə prinsip var: o da bundan ibarətdir ki, varlı kasıba yardım edər. Elə bu səbəbə görə də, əxlaq baxımından Avropada rifahda yaşayan azərbaycanlılar xeyir işlərlə bağlı Azərbaycanda yaşayan yurddaşlarımıza yardımçı olmalıdırlar. Bir müddət bundan əvvəl xaricdə yaşayan Türkiyəlilər Türkiyədəki xeyir işlərlə bağlı 400 milyon kron pul yığmışdılar. Əgər hər nədən qabaq sizə inam olsaydı və əgər siz də konsert bəhanəsi ilə Azərbaycanda hər hansı xeyir işlə bağlı pul yığsaydınız, onu dəyərləndirib, dəstək vermək olardı. Amma siz büdcənin bir hissəsini İsveçdə havayı, lüks konsertə xərcləmisiniz. Adam bu işi görəndə şübhələnib, özündən soruşur: Sizin bu işdən əsas məqsədiniz nədir?
Siz özünüz bunu yaxşı bilirsiniz ki, dünyanın totalitar rejimləri çalışarlar pul gücünə seçkilərdə səsi və reklam şoularında millətin dəstəyin alalar. Misal üçün, Latın Amerikasının bəzi ölkələrində seçkilər zamanı səsi 5 dollara alırlar. Amma İran inkişaf tapdığına görə, çoxlarının rəyini bir vədə bozbaşla da almaq olur. Elə siz də sentyabrın 16-da Stokholmda konsert keçirməklə Azərbaycan hakimiyyətinə reklam şou üçün adamların dəstəyin təqribən adambaşına 200 krona alıbsınız. Bu gizli deyil, hamımız bilirik, siz bu cür toplantıdan hesabat, film hazırlamısınız və Azərbaycanda hakimiyyətin nəzarəti altında olan mediya vasitələri ilə yayacaqsınız. Sizin bu işiniz büdcənin bir hissəsini tarimar edib İlham Əliyev rejiminə təbliğat şousu yaratmaqdır. Məşhur bir söz var: “Kaş müsəlmanın ikinci ağlı məndə olaydı!”. Bu sözdən məqsəd odur ki, insan bir işi görüb, peşman olandan sonra fikirləşib, özünə deyər: “O işin yerinə, bu işi görsəydim daha yaxşı olardı.” Bizim bəzi milli fəallarımız da sizin təbliğat şounuzda iştirak edib və fasilə zamanı səfirliyin işçilərinin Bakıdan gələn konsert verənlərlə rus dilində və sizin Cənubi Azərbaycanlılar arasından çağırdığınız qonaqların çoxusunun fars dilində danışdığını görəndən sonra, müsəlmanın ikinci ağlı ilə dərk edib, konsertə gəldiklərinə peşman olublar.
Hormətli səfir, bu məktub vasitəsi ilə Azərbaycan imicini daim qorumağa çalışan bir şəxs və informasiya vasitələri ilə çalışan bir qələm sahibi kimi sözümü sizə çatdırdım. Əgər siz mənim fikirlərimlə razı olmasanız, qaneedici izahınızı yazılı formada bizə göndərin və biz onu azadtribun sitəsində yerləşdirək.
Hörmətlə;
Babək Azəri
20/09/2008
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir