- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
Birlik donunda gəzən dağıtıcı güclər – Təbrizli Baybək
BayBək, Azərbaycan | Wednesday, 24th September , 2008 , 03:00 [am] | Məqalə-Yazi
![]() |
. | Savadsız şəxslərin söz sahibi olmalari o qədər təhlükəlidir ki atom bombası! Azərbaycanı kökündən dağıtmağ üçün, bu saxta ziyalılar atom bombasının görəvin yerinə yetirirlər!
Bizə Latin dərsi verirlər ama sanki xurafi bir törəndəimiş kimi, düşmanımızın gözü kor olsun sözləri deiylir! Müəllimə o qədər savadlıdır ki Ərəb kəlimələrin yazaraq deiyrki baxın görün Türk dili nə qədər zəngindir! Bu faktlara baxaraq, əlifba, bayrağ və sınırlarımıza yaranan sorunların nəqədər önəmli və təhlükəli olduqların aydınca görmək olur. |
İttifaq əsəri ola bilməz, yox, elə belə ola bilməz axi, bəs nədən belə oldu?
İllər öncə Azərbaycan milli hərəkatı adında bir termin qulağlara dəyməzdi, olsaydıda, kütlənin ondan xəbəri yoxidi. Nə vardıisa ziyalıların arasında dolaşan sözləridi.
Ama, son illərdə bu termin daha geniş çapda gəzməyə başladi, sönmüş alovların közündən yeni qıvılcımlar baş qaldırdı. Qoca və yaramaz ideolojilrdə həbs olunan düşüncələr gərnəşməgə başladı, və, bir zaman gördük çoxlu fikirdaş toplanəb və bir qurum yaratdılar.
Qurumlara gəlincə, naşı, təcrübəsiz və güncəl siyasətdən xəbəri olmayan bir sıra milliyətçi milli savaşımızın önəmli olduğun anlayaraq bir sıra addımlar atmağa başladılar. Bu addımlar bəzən xarici güclər (İran daxil olaraq) ətkisi altında qalmışdır. Danılmazdır ki 100 ildən çoxdur ki Azərbaycanli Türk ziyalısı öz dili və siyasətindən qadağa olub və bu kimi səhvlər göznənilənidi.
Ama, indi o yaranış dönəmindən illər soğuşub. Azərbaycanlılar xaricdə özgür ortamda yaşarkən ayılmağa başladılar. Ama bu ayılmanın yarari olmadan zərər verməgə doğru yönəltildi.
İçəridəki oyanışsa Fars basqısı altında, iqtisadi və bilgi basqısı altında yavaş iləriləsədə daha güclüdür.
Buna görə xaric və içəridə gedən hərəkəti bir səviyədə görmək və ya bir xarekterdə bilmək səhv olacaqdır.
Mən çalışmışam ki hər zaman sorunların olduğu yərə baxam və sorunun mahiyətinə görə ona yaxlaşam. Quzey, Güney, xaric və daxil terminləri və varlıqlarına öz yerlərində yanaşaraq, onların birləşməsindən, Bütöv Azərbaycana vara bilməgə inanıram.
Son səsli köylü olaylardan ad aparsam, içəridəki fəalların tərəfindən simgə ya bayrağ önərisin deməli olacağam.
Bu önəri gəlmədən öncə, hər kəs birlikdən və bir bayrağdan danəşırdı! Ama, bu simgənin ortaya çıxması, onların gərçək üzlərin bəlləndirdi və aşağıda yazacağ olduğum gərçəklərə görə, mənimsəmək və birligə qarşı olmanın nədənlərilə tanəş olacaqsınız.
Azərbaycan milli hərəkatının ilk aşamasın mən 3 sorunda özətləmişəm. Bu 3 özət yetərincə önəmsənsə və onların təhlükə olacaqlarını önləyən önləmlər alənərsa, demək milli hərəkatımızın verəcək olan sonucu daha milli, daha güclü və daha davamlı olacaqdır.
Dedigim 3 özət, Sınır, Bayrağ və Əlifbadır. Bu 3 sorun ortadan qalrırılırsa, demək milli birlik və milli hərəkət gərçək xarakterə sahib olacaqdır. Bu 3 özətlədir ki daxili və xarici siyasət, iqtisadi və sosiyal inkişaf və müdafiə sistemi yaranacaqdır.
Ən azından bayrağ məsələsində hamı bir görüşü paylaşmağa döğru gedirdi ki, içəri fəalları önəridə bulundular. Ən əl qabağında olan taptanağsa GAMOH bayrağı olaraq, başqa bayrağlarda təhlükəyə düşdülər! Taptanağ dedigim ondan görədir ki hər kəs istir özün görüş sahibi tanıtsın, ora bura saldırır və popolisti addımlar atır. Yani, diktatorluğ və özbaşınalığ kötü tanətəlaraq, GAMOH-a diktator və işlərinə özbaşınalığ denilir. Bu sözlər doğru olsalarda, deyənin amacına varmadan onları yararlı adlandırmağ səhv olacaqdır.
Bayrağ məsələsi gərçəkdən önəmlidir və bu günə qədər milli hərəkatımızı parçalamağ üçün ən işə yarayan silah olubdur. Ona görədir ki bu sorun bir an əvvəl çözülməlidir. Nədən ki göründügü kimin, bir sıra şəxslər, öz qazancları üçün yeni fətvalar sadir etməklə gələcəkdə yaranacaq olan bayrağlar və ayrılığlara zəmin hazırlamağa başlayıblar.
Dünən GAMOH təşkilatı Azərbaycana təhlükədir deyən şəxslər, bu gün GAMOH-dan ayrılanların ən yaxın müttəfiqi olublar. Siyasi təşkilatların dağılmalari və ya kovalisiya qurmaları normaldır, ama bu arada onların yapdıqlarının xarakteri heç zaman dəiyşməz.
Misal üçün, əgər GAMOH bayrağı saxta, təhmili və yaramazdırsa, elə indi GAMOH-dan ayrılanlarında əlində qaldırılırsa eyni xarakterdə olmalıdır və ona olan təpkilər dəiyşməməlidir.
Ama mələsəf görünür ki muxalif olanlar, dünən özlərinə özəl bayrağ boyadılar, və indi çeşitli bayrağların olmasından yana olduqların deiyrlər! Bu don dəiyşdirmələrin anlamı nədir?
Birinci nədən o dur ki bu şəxslər, Azərbaycan milli hərəkatında birligin yaranmasına qarşıdılar. Çünkü nə zaman birlik ufuqları görünürsə, tez qara bulutların havaya verirlər! DAK-da olan parçalanmalar, onlarca tək başına partiya yaranmalar, dağıdıcı güclərin GAMOH və ya başqa qurumlara pəncə atmaları v.s kimi faktlar bu xarakterdələr.
İkincisi budur ki bu şəxslər öz bayrağlarına daha çox önəm verirlər və zaman qazanmağa çalışırlar ta boyadıqları bayrağa sabit xarakter yaratsınlar. Geçmişdə saxta və demokratik olmayan yol ilə seçilən bayrağlara qarşı olaraq başqa qurumlari təxriybat edənlər, bu gün boyadıqları parça çiginlərində orda burda sümsünürlər.
Üçüncüsü budur ki, milli hərəkatın içəridə güclənməsi və ilərlənməsinin qarşısıdılar. Mən geçınlərdə bir məqalə yazaraq içərinin durumuyla tanış olan millətçilərə daha çox rol verilməsindən yana olduğumu deməklə, sanki bu xaricdə birlik donu geymiş şəxslərin çörək ağacın yerdən qoparmış olmuşam.
Mənim məqalələrimi günlərcə təxrib etməgə çalışan GünAz və GAİP, özlərin Azərbaycan bilərək, məni anti-Azərbaycan tanıtmağa çalışırlar! Ama bunlar bir önəmli məsələni ünütüblar! O da budur ki Azərbaycan milli hərəkati mən deiyləm, və, Azərbaycan milli hərəkati onların deiyl!
Danışanda 40-45 miliyon Azərbaycanlıdan danışılır, ama işə gələndə hamı özünə qərar vermək haqqı tanıyaraq, başqaların dışlamağa çalışır.
İndiki yaranmış ortamda, nə sağlam tartışma alanı var və nə sağlam düşüncəli sağlam insanlar. Ortada qalanlar təxribatçılar və gələcək üçün dağıtıcı planlari olan satqınlardılar. Az çox yazan və ya danışan düüncə sahibisə, bir iki saldırıya məruz qaldıqdan sonra meydandan qaçır.
Yaxın zamanlarda müstəqil olan ölkələrə baxanda, onların nədən müstəqil olduqlarına və necə müstəqilliklərin qoruyaca1qlarına düşünmək lazimdir. Yeni müstəqil olan ölkələrin bir neçə yöndə iştiraklari vardır.
Örnəiyn, Kozovo, İraq-da Kürdüstan iqlimi, Ossetiya və Abxaziya v.s. Sizcə onların ortağ oldüqları yön nədir? Silahli güclərinin var olmasi və illərcə silahlanmanın keyfini yaşamalarıdır.
Mənsə mudafiə amacıyla silahlanmadan danışanda, Azərbaycanın müstəqil olmasına qarşı olan xarici güclər və onların quyruğlarının saldırısına məruz qalıram.
Bəri başdan demək lazimdir ki Azərbaycan milləti Əhməd Çələbi və ya Həmid Kərzai kimi oyuncağlara baş əyən olmayacaqdır. Elə ona görədir ki Azərbaycanın müstəqilligindən qorxanlar, çalışırlar ta Azərbaycan müstəqil olmasın. Bu doğrultuda əllərindən gələni yapırlar, son günlərdə birlik yaratmağa doğru gedən önərilən simgənin sağlam ortamıni təhlükəyə çevrilmələr, əlifba ayrılığın dərinlədən dərslər və son günlərdə çox bayrağlılığı tərif etmək çabaları!
Bayrağ bir olmalıdır, əlifba sorunu Quzeydəki latinilə paralel çözülməlidir və birligin yaranmasi üçün birgə düşüncənin güclənməsi önəmlidir. Bu düşüncəni dayağları sadədir, Azərbaycanın tam anlamında müstəqilligi.
Ama, son günlərdə yaranan sorunlar və savaşların kimə qazancı olacaq sorusuna cavab axdararkən, Azərbaycanı sevməyən və gələcəgimizi satanlara rastlanılır! Sizcə bu şəxlərin toruna düşmək ağıllı bir seçimmidir?
Görünür ki xaricdə yaşayan, bir sıra adları milli fəal olanların ipi başqa yerə bağlıdır! Olaylara baxanda və onları incələyəndə, son zamanlarda şəxs mənə və BayBak sitəsinə olan saldırıların haralardan qaynağlandığı bəlli olur.
Açıqcasına Azərbaycanı dəfələrcə işqal edən, Azərbaycanın indiki batağda olmasına nədən olan və millətin qandamarı, nəftimizi və qazımızı çox ücüz şəkildə oğurlayan devlətlərin yanlısı olan bu satqınlara, bilərək ya bilməyərək qulluğçulara nə zaman yox deiyləcək? Fərq etməz, Quzey ya Güney fəqri yoxdur, bu gün önü alınmayan oğruluqların tüsdüsü sabah bizim evlarlarımızın gözünə gedəcək. Milli müstəqillikdən danışanda, milli varlığımızın sofrasın güclü devlətlərə açmağdan söz getmir.
Savadsız şəxslərin söz sahibi olmalari o qədər təhlükəlidir ki atom bombası! Azərbaycanı kökündən dağıtmağ üçün, bu saxta ziyalılar atom bombasının görəvin yerinə yetirirlər!
Bizə Latin dərsi verirlər ama sanki xurafi bir törəndəimiş kimi, düşmanımızın gözü kor olsun sözləri deiylir! Müəllimə o qədər savadlıdır ki Ərəb kəlimələrin yazaraq deiyrki baxın görün Türk dili nə qədər zəngindir! Bu faktlara baxaraq, əlifba, bayrağ və sınırlarımıza yaranan sorunların nəqədər önəmli və təhlükəli olduqların aydınca görmək olur.
Mən demişəm ki dünən bayrağ, bu gün əlifba və sabahda sınır məsələsini satqın fəalların dilindən eşidəcəiyk və milli hərəkatımızda daha yeni parçalanmalar yaranacaqdır.
Baxın, indi elə gündə Amerika ya İngilis ya Rus ya … devlətlərinə aiyd olan qaynağlar Azərbaycan torpağın Kürdüstan adlandırırlar! Sizcə bunlarda mı ittifaq əsəridir? Əlbəttəki deiyldir, bunlar sabah üçün yaradılacaq olan, və, satqınların tərəfindən uyqulanacaq olan dağıtıcı planlardırlar!
Son söz dəfələrcə yazdığım olacaqdır, Azərbaycanı qurtaran Azərbaycan mehvərli düşüncə sistemidir. Yoxsa ona buna aslanan satqınların ipi ilə quyuya düşmək, ölmək demək olacaqdır.
Bizi biz qurtarmalıyıq, ama, öncə o bizi tanımalıyıq!
Təbrizli Baybək
23/09/2008
Croydon
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir