- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Türkiyə, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb

BayBək, Azərbaycan | Saturday, 27th September , 2008 , 03:57 [am] | İç Xəbərlər

. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan isə jurnalistlərin «Problemlər bu il həllini tapacaqmı» sualına «İllərdən yox, bu gündən danışmaq lazımdır» cavabını verib.


Türkiyənin xarici işlər naziri Əli Babacan jurnalistlərə bildirib ki, nazirlər üçtərəfli görüşlərin davam etdirilməsi təklifini irəli sürüb!

Bir qədər əvvəl Nyu-Yorkda Türkiyənin xarici işlər naziri Əli Babacan, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermınistan xarici siyasət idarəsinin başçısı Edvard Nalbandyan arasında görüş keçirilib. Türkiyənin “Anadolu” informasiya agentliyinin məlumatına görə, görüş başa çatıb. Türkiyəli nazir Əli Babacan görüşdən sonra yalnız “məsləkdaşlarım daha səmərəli siyasi dialoq üçün üçtərəfli görüşlərin davam etdirilməsini istədi” açıqlamasını verib.

Əli Babacan Türkiyənin TRT telekanalına verdiyi müsahibəsində görüşdə əsasən bölgədəki vəziyyət,Türkiyə-Ermənistan münasibətləri və Dağlıq Qarabağ probleminin həlli yollarının müzakirə olunduğunu deyib. Türkiyəli nazirin sözlərinə görə Türkiyə ilə Ermənistan və ya Azərbaycanla Ermənistan arasındakı probleməlin hər hansı birində əldə olunacaq irəliləyişlər digərinə də sirayət edəcək. O, bəyan edib ki, hazırda münaqişələrin həlli üçün həm əlverişli beynəlxalq şərait yetişib.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan isə jurnalistlərin «Problemlər bu il həllini tapacaqmı» sualına «İllərdən yox, bu gündən danışmaq lazımdır» cavabını verib.ans

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_3327.azr
azeribaybak[at]gmail.com