- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Sabir Rüstəmxanlı ABŞ-da Güney Azərbaycandan danışacaq

BayBək, Azərbaycan | Monday, 29th September , 2008 , 03:37 [am] | İç Xəbərlər

. Nümayəndə heyəti ABŞ Konqresində, ABŞ Dövlət Departamentində, ABŞ-dakı diaspor təşkilatları, türk cəmiyyətlərinin üzvləri və Azərbaycan dərnəklərində görüşlər keçirəcək. Görüşlərdə Azərbaycan diasporunun indiki durumu, Güney Azərbaycan problemi, İran adlanan ölkədə Azərbaycan türklərinin insan haqları və Qarabağ məsələsi müzakirə olunacaq. Bununla bağlı DAK “Türkmənçay müqaviləsi və Azərbaycanın parçalanması”, “İranda Azərbaycan türklərinin insan haqlarının pozulması” və “Qarabağda erməni cinayətləri” mövzusunda hesabatlar hazırlayıb.


Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərvizniya, eləcə də DAK Daimi Şurasının sədri Əjdər Tağızadə ABŞ-a səfərə gedir. Onlar oktyabrın 1-2-də Vaşinqtonda “Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin inkişafında diasporun rolu” mövzusunda keçiriləcək konfransda iştirak edəcək.

“Qaynar.info”-nun məlumatına görə, tədbirin təşkilatçısı Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi və ABŞ-da fəaliyyət göstərən “US Azeris Network” (USAN) şəbəkəsidir. Konfransda Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev, Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin rəhbəri Aqşin Mehdiyev, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov və digər rəsmi şəxslərin iştirakı gözlənilir.

Nümayəndə heyəti ABŞ Konqresində, ABŞ Dövlət Departamentində, ABŞ-dakı diaspor təşkilatları, türk cəmiyyətlərinin üzvləri və Azərbaycan dərnəklərində görüşlər keçirəcək. Görüşlərdə Azərbaycan diasporunun indiki durumu, Güney Azərbaycan problemi, İran adlanan ölkədə Azərbaycan türklərinin insan haqları və Qarabağ məsələsi müzakirə olunacaq. Bununla bağlı DAK “Türkmənçay müqaviləsi və Azərbaycanın parçalanması”, “İranda Azərbaycan türklərinin insan haqlarının pozulması” və “Qarabağda erməni cinayətləri” mövzusunda hesabatlar hazırlayıb.qaynar

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_3343.azr
azeribaybak[at]gmail.com