- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Ölkədə kütləvi aksiyaların qadağan olunduğu yerlərin siyahısı açıqlanıb (Siyahı)

BayBək, Azərbaycan | Friday, 3rd October , 2008 , 13:07 [pm] | İç Xəbərlər

. Bir sıra inzibati binaların ətrafında, hətta 200 metr radius çərçivəsində yığıncaqların keçirilməsi qadağan edilib!

Azərbaycanda kütləvi aksiyaların- mitinqlərin, piketlərin, nümayişlərin və küçə yürüşlərinin qadağan olunduğu yerlərin siyahısı açıqlanıb. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.



Bir sıra inzibati binaların ətrafında, hətta 200 metr radius çərçivəsində yığıncaqların keçirilməsi qadağan edilib!

Azərbaycanda kütləvi aksiyaların- mitinqlərin, piketlərin, nümayişlərin və küçə yürüşlərinin qadağan olunduğu yerlərin siyahısı açıqlanıb. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Nazirlər Kabinetinin 234 saylı qərarı ilə bir sıra inzibati binaların ətrafında, hətta 200 metr radius çərçivəsində yığıncaqların keçirilməsi qadağan edilib. Bununla bağlı təsdiqlənən qərarda göstərilir ki, ətrafında mitinq keçirilməsi qadağan edilən binalara nazirliklərin və mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının binaları daxildir.

Bu dəyişikliklər “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” prezidentinin 2008-ci il 24 iyun tarixli 787 nömrəli Fərmanına uyğun olaraq həyata keçirilib.

Ətrafında mitinq keçirilməsi qadağan edilən binaların siyahısı:

1. Mərkəzi icra hakimiyyəti orqanları:
Daxili İşlər Nazirliyinin inzibati binası;
Dövlət Gömrük Komitəsinin inzibati binası;
Dövlət Sərhəd Xidmətinin inzibati binası;
Ədliyyə Nazirliyinin inzibati binası;
Fövqəladə Hallar Nazirliyinin inzibati binası;
Xüsusi Dövlət Mühafizə Xidmətinin inzibati binası;
Milli Təhlükəsizlik Nazirliyinin inzibati binası;
Müdafiə Nazirliyinin inzibati binası;
Müdafiə Sənayesi Nazirliyinin inzibati binası;
Vergilər Nazirliyinin inzibati binası;
Maliyyə Nazirliyinin inzibati binası;
Xarici İşlər Nazirliyinin inzibati binası;
Dövlət Miqrasiya Xidmətinin inzibati binası;

2. Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanlarının inzibati binaları.ans

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_3370.azr
azeribaybak[at]gmail.com