- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Ermənilərin Tərtər çayını zəhərləməsi səbəbindən çayın suyundan istifadə qadağan edilib

BayBək, Azərbaycan | Sunday, 5th October , 2008 , 00:13 [am] | İç Xəbərlər

. Eyni zamanda, ermənilər işğal altında olan Sərsəng su anbarında lil qatını təmizləməyə başlayıblar. APA-ya daxil olan məlumata görə, təmizləmə işləri Rusiya şirkəti tərəfindən həyata keçirilir. Təmizləmə prosesi hətta Dağlıq Qarabağda fəaliyyət göstərən erməni televiziyalarında da nümayiş etdirilib. Sərsəng gölü də daxil olmaqla, ətrafdakı su mənbələrindəki çirkab sular Tərtər çayına axıdılır.


Tərtər çayı boyunca yerləşən yaşayış məntəqələrində çay suyundan istifadə qadağan edilib. Buna səbəb son günlər ermənilər tərəfindən çaya zəhərli maddələrin axıdılmasıdır.

APA-nın Qarabağ bürosunun yerli sakinlərə istinadən verdiyi məlumata görə, Tərtər çayının suyu həddindən artıq bulanıb, çayda kütləvi şəkildə balıq və digər suda yaşayan canlıların cəsədi aşkarlanıb.

Eyni zamanda, ermənilər işğal altında olan Sərsəng su anbarında lil qatını təmizləməyə başlayıblar. APA-ya daxil olan məlumata görə, təmizləmə işləri Rusiya şirkəti tərəfindən həyata keçirilir. Təmizləmə prosesi hətta Dağlıq Qarabağda fəaliyyət göstərən erməni televiziyalarında da nümayiş etdirilib. Sərsəng gölü də daxil olmaqla, ətrafdakı su mənbələrindəki çirkab sular Tərtər çayına axıdılır.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nəzdindəki Su Problemləri İnstitutunun əməkdaşları tərəfindən analizlər aparılıb. Məlum olub ki, çayın suyu 90% istifadəyə yararsızdır. Suyun tərkibində ammonyak maddəsi də aşkarlanıb. Ən son məlumatlara görə, Tərtər və Bərdə rayonlarının çay boyu yaşayış məntəqələrinin su təchizatında çətinlik yaranıb.apa

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_3374.azr
azeribaybak[at]gmail.com