- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Ağdamın Quzanlı qəsəbəsində yanacaqdoldurma məntəqəsində güclü yanğın baş verib

BayBək, Azərbaycan | Sunday, 5th October , 2008 , 18:03 [pm] | İç Xəbərlər

. Yanğının söndürülməsinə Ağcabədi, Bərdə və Tərtər rayonundan yanğın təhlükəsizliyi xidmətlərinin əməkdaşları cəlb edilib. Ümumilikdə 8 yanğınsöndürən maşınla çalışan yanğınsöndürənlər yanacaqdoldurma məntəqəsində alovun başqa tikililərə keçməsinə imkan verməyiblər. Artıq yanğının qarşısı alınıb.


Bu gün Ağdamın Quzanlı qəsəbəsində yanacaqdoldurma məntəqəsində güclü yanğın baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, yanacaqdoldurma məntəqəsi Qamboy Verdiyev adlı şəxsə məxsusdur. Yanğın yanacaqdoldurma məntəqəsində ehtiyat yanacağın boşaldılması zamanı baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Yanğın Təhlükəsizlik Xidmətinin və rayon polis şöbəsinin əməkdaşları gəliblər. Onlar dərhal yaxınlıqda yaşayan sakinləri və ətrafda fəaliyyət göstərən mağazalardakı satıcıları evokuasiya ediblər.

Yanğının söndürülməsinə Ağcabədi, Bərdə və Tərtər rayonundan yanğın təhlükəsizliyi xidmətlərinin əməkdaşları cəlb edilib. Ümumilikdə 8 yanğınsöndürən maşınla çalışan yanğınsöndürənlər yanacaqdoldurma məntəqəsində alovun başqa tikililərə keçməsinə imkan verməyiblər. Artıq yanğının qarşısı alınıb.

Ağdam Yanğın Təhlükəsizlik Xidmətindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, yanğın əhatə etdiyi ərazidə ümumi həcmi 45 ton olan üç yanacaq çəni olub. Onlardan biri 5 tonluq dizel, digər ikisi isə 20 tonluq benzin çənləridir. Xoşbəxtlikdən çənlərdən heç birində partlayış baş verməyib.

Mütəxəssislərin sözlərinə görə, əgər partlayış baş vermiş olsaydı, ətravdakı binaların və yaşayış evlərinin əksəriyyəti zərər çəkərdi.

Faktla bağlı araşdırma aparılır.apa

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_3378.azr
azeribaybak[at]gmail.com