- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -

ياشاسين آذربايجان - Long live Azerbaijan

Sabir Rüstəmxanlı-nın başçılığ etdigi DAK Amerikada görüşlər keçirməkdədir

BayBək, Azərbaycan | Monday, 6th October , 2008 , 16:03 [pm] | İç Xəbərlər

. Tədbirdən sonra S.Rüstəmxanlı, F.Pərvizniya və Ə.Tağızadə ABŞ Dövlət Departamentində, o cümlədən həm Respublikaçılar, həm də Demokratları təmsil edən ayrı-ayrı qruplarla Senatda görüşlər keçiriblər. Avroatlantik məkan, Qafqaz və İran məsələləri üzrə mütəxəsislərin də iştirak etdiyi bu görüşlərdə DAK nümayəndə heyəti Dağlıq Qarabağ, Türkmənçay müqaviləsinin 180 illiyi və Azərbaycan xalqının bölünmüş xalq olması və İranda insan haqlarının hazırkı vəziyyətinə dair hazırlanmış 3 sənədi konqresmenlərə təqdim ediblər.


DAK rəhbərliyi ABŞ konqresmenləriylə görüşdü Vaşinqton universitetində «Qafqazda enerji təhlükəsizliyi və Azərbaycan» mövzusunda konfrans keçirildi!

Xəbər verildiyi kimi, DAK həmsədrləri Sabir Rüstəmxanlı, Firudin Pərvizniya və Daimi Şuranın sədri Əjdər Tağızadə ABŞ-ın Vaşinqton və Nyu-York şəhərlərində təşkil olunan konfrans və seminarlarda iştirak etmək üçün sentyabrın 29-da bu ölkəyə səfər ediblər.

DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlının Nyu-Yorkdan verdiyi xəbərə görə, oktyabrın 1 və 2-də Vaşinqton Universitetində «Qafqazda enerji təhlükəsizliyi və Azərbaycan», həmçinin «ABŞ-Azərbaycan əməkdaşlığında diasporanın rolu» mövzularında konfrans keçirilib. USAN-ın təşkilatçılığı ilə düzənlənən bu konfransa ABŞ, Türkiyə və Azərbaycan diaspor təşkilatları, Kanada, o cümlədən bir sıra Avropa ölkələrindən nümayəndələr, ABŞ konqresmenləri və Azərbaycanın ABŞ-dakı səfirliyi qatılıblar.

Tədbirdən sonra S.Rüstəmxanlı, F.Pərvizniya və Ə.Tağızadə ABŞ Dövlət Departamentində, o cümlədən həm Respublikaçılar, həm də Demokratları təmsil edən ayrı-ayrı qruplarla Senatda görüşlər keçiriblər. Avroatlantik məkan, Qafqaz və İran məsələləri üzrə mütəxəsislərin də iştirak etdiyi bu görüşlərdə DAK nümayəndə heyəti Dağlıq Qarabağ, Türkmənçay müqaviləsinin 180 illiyi və Azərbaycan xalqının bölünmüş xalq olması və İranda insan haqlarının hazırkı vəziyyətinə dair hazırlanmış 3 sənədi konqresmenlərə təqdim ediblər.

Hazırda Nyu-Yorka gələn DAK həmsədrlərinin bu gün BMT rəsmiləri ilə görüşü nəzərdə tutulur.vhp

BayBak, All about a Nation, Bir millətin səsi
Paylaş | Print
Şəkil yaziya bağli olmaya bilir.
Bura bağli yazılar:


Görüş Yox

Görüş yox.

RSS çixişi, bu yazi üçün.

Bağişlayin, görüş alinmir


Bu adresdən print olunub: http://www.baybak.com
Yazının URL adresi: http://www.azr.baybak.com/il_2008_say_3384.azr
azeribaybak[at]gmail.com