- BayBək, Bir Millətin səsi - http://www.azr.baybak.com -
İran hava məkanını ABŞ təyyarəsi pozmayıb
BayBək, Azərbaycan | Wednesday, 8th October , 2008 , 02:57 [am] | İç Xəbərlər
![]() |
. | “FARS” agentliyi səhv məlumat yayıb!
İran səmasında tutulan təyyarə hərbi təyyarə olmayıb və onun ümumiyyətlə ABŞ-a heç bir aidiyyatı yoxdur. Lent.az-ın “France Presse” agentliyinə istinadən |
“FARS” agentliyi səhv məlumat yayıb!
İran səmasında tutulan təyyarə hərbi təyyarə olmayıb və onun ümumiyyətlə ABŞ-a heç bir aidiyyatı yoxdur. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Dəqiqləşdirilmiş məlumata görə, hadisə hələ oktyabrın 5-də baş verib. Sərnişin təyyarəsi İran səmasına daxil olandan sonra qırıcı təyyarələr onu yerə enməyə məcbur ediblər. Təyyarədəki sərnişinlər 24 saat ərzində dindirildikdən sonra sərbəst buraxılıblar. Bu zaman təyyarənin hansı ölkəyə məxsus olduğu bildirilmir.
Qeyd edək ki, bundan əvvəl “FARS” agentliyi ABŞ hərbi təyyarəsinin İran hava məkanını pozduğu və qırıcı təyyarələr tərəfindən endirildiyi barədə məlumat yaymışdı.lentaz
, Bir millətin səsi
Görüş Yox
Görüş yox.
RSS çixişi, bu yazi üçün.
Bağişlayin, görüş alinmir